Nizami Cəfərov yenə Elnur Astanbəylini döymək istəməsindən danışd
Nizami Cəfərov yenə Elnur Astanbəylini döymək istəməsindən danışdı

Millət vəkili, Azərbaycan Atatürk Mərkəzinin müdiri, filologiya elmləri doktoru, akademik Nizami Cəfərov AzVision.az oxucularının suallarını cavablandırıb. Nizami Cəfərova ünvanlanan suallardan biri isə onun tanınmış yazar Elnur Astanbəylini döymək istəməsi ilə bağlı olub.
Belə ki, Rafiq adlı oxucu alim-deputata belə bir sual ünvanlayıb: "Nizami müəllim, bir neçə il əvvəl müsahibənizdə demişdiniz ki, yerliniz Elnur Astanbəylini döymək istəyirsiniz. Amma sonradan döymədiniz. Bu, onunla eyni rayondan olmağınızla bağlıdır?".
Nizami Cəfərov isə oxucunun sualına təbəssümlə belə cavab verib: "Yox, onda zarafat etmişdim. Elnur Astanbəyli istedadlı oğlandır. Amma hərdən elə şeylər deyir ki, adam o fikrə düşür. Təbii ki, fikrə düşmək olar, amma işə keçmək olmaz".
Elnur Astanbəyli isə bununla bağlı bildirib ki, Nizami Cəfərovun onu döymək istəməsi artıq xeyli köhnəlmiş söhbətdir: "Bunu o, az qala 5 il əvvəl bir müsahibəsində demişdi, ondan sonra isə bəlkə 5 dəfə bu barədə Nizami müəllimdən soruşublar, hər dəfə də izah etməyə çalışıb ki, bu daha çox zarafatla deyilmiş sözdü. Bilmirəm, niyə hər dəfə ona bu sözlərini xatırladırlar. Mən həmin söhbəti çoxdan unutmuşam, amma görünür, insanlar unutmurlar. Yəqin ona görə ki, qələm adamını döyməklə hədələmək olmaz, xoşa gəlməyən yazının cavabı ancaq yazı ilə verilə bilər, sözün qarşısına sözlə çıxmaq lazımdır. Yoxsa bax beləcə, hər dəfə çətin suallarla üzləşməli olursan"(gülür).
Aliyə