Əli Əliyev məhkəməyə müraciət edəcək
07:57 03-07-2014
CƏMİYYƏT
Əli Əliyev məhkəməyə müraciət edəcək
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev "EL" Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevi yenidən məhkəməyə verir.
VİP sədri Ə.Əliyev bildirib ki, onların E.Quliyevə qarşı qaldırdıqları iddia məhkəmə tərəfindən təmin edilmədiyindən üçüncü dəfə məhkəməyə müraciət edəcəklər: "Hakimlər iki tərəfin barışmasının, məsələnin sülhlə yekunlaşmasında maraqlıdır. Buna görə də iki dəfə etdiyimiz müraciət geri qayıdıb. Buna baxmayaraq üçüncü müraciəti hazırlayırıq. Məhkəmə prosesi bizə qarşı qanunsuz hərəkətə yol vermiş şəxsin cəzalandırılması ilə nəticələnməlidir".
Qeyd edək ki, VİP sədri Əli Əliyev Eldəniz Quliyevlə bağlı bu günədək 2 dəfə məhkəməyə müraciət edib. Onun iddiasına görə, E.Quliyev onu və partiya funksionerlərini təhqir edib. VİP sədri E. Quliyevlə bağlı Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) və 148 (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri əsasında cinayət işi açılmasını və həbs edilməsini istəyir. Bu maddələr yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22