Əli Kərimlinin boykot niyyəti qəbul olunmur
14:14 04-07-2014
CƏMİYYƏT
Əli Kərimlinin boykot niyyəti qəbul olunmur
Əksər müxalifət partiyaları bələdiyyə seçkilərində iştirakın vacibliyini vurğulayır
Məlum olduğu kimi, bu ilin payızında bələdiyyə seçkiləri keçiriləçək. Ancaq müxalifət düşərgəsində hər hansı bir tərpəniş yoxdur.
Maraqlı məqamlardan biri isə odur ki, AXCP sədri Əli Kərimli qarşıdan gələn bələdiyyə seçkilərinin boykot edilməsi üçün müəyyən iş aparır. Buna səbəbə isə partiyanın seçkiyə namizəd kimi çıxaracaq adamın olmamasıdır. Ona görə də Əli Kərimli seçkidə iştirak yox, boykot taktikasının səmərəli olacağı təbliğatını aparır. Hələlik bu barədə qərar verilməsə də, boykot tərəfdarlarının artacağı təqdirdə, bu barədə qərar verib mövqelərini rəsmiləşdirəcəklər. Ancaq əksər müxalifət partiyaları Əli Kərimlinin boykot niyyətinin yanlış olduğunu düşünürlər.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Vətən blokunun baş katibi Mayis Güləliyev boykotun indiki məqamda nəticə verməyəcəyini düşündüyünü deyib. Onun sözlərinə görə, gücü olmayan müxalifətin boykotunun da təsiri olmaz: "Seçkiləri boykot etmək siyasi mübarizə formalarından biridir. Amma bu formanın da digər formalar kimi tətbiqi və təsiri hesablanmadan reallaşmamalıdır. Yeni siyasi mübarizə aparan təşkilat fikirləşməlidir ki, əgər seçkidə iştirak etsə, hansı siyasi dividentləri olacaq. Və ya iştirak etməsə, hansı itkiləri ola bilər. Boykot variantına iki halda gedilir. Birincisi, siyasi partiya seçkiləri boykot etməklə seçkilərin keçirilməsinə mane olaraq hakimiyyəti çıxılmaz vəziyyətdə qoyur. Bu, o halda olur ki, seçkilərdə iştirak edənlərin sayı ilə bağlı qanunvericilikdə məhdudiyyətlər olur. Məsələn, belə bir məhdudiyyət qoyulur ki, seçicilərin 25%-dən az iştirak olarsa, seçkilər baş tutmamış olur. Beləliklə, seçkidən imtina edən partiya öz tərəfdarlarına səslənərək seçkinin keçirilməsini sual altına qoyur və seçki ilə bağlı öz tələbini irəli sürür. Azərbaycan qanunvericiliyində belə məhdudiyyətlər yoxdur. Digər tətəfdən, böykot yolunu tutan siyasi partiya bu yolla öz resurslarını da qorumağa çalışa bilər".
Mayis Güləliyev onu da vurğulayıb ki, bəzi partiyalar boykot məsələsini gündəmə gətirməklə reklam olunmaq niyyətini güdürlər: "Azərbaycanda hazırda siyasi partiyalar, xüsusilə müxalifət partiyaları nə birinci, nə də ikinci varianta əsasən boykot yolu tutulur. Burada daha çox üçüncü amil rol oynayır. Bu da ondan ibarətdir ki, siyasi partiyalar zəif olduqlarından və seçkiyə ciddi təsir imkanları olmadığı səbəbindən özlərini gündəmdə saxlamaq üçün bu variantdan istifadə edirlər".
ADP sədrinin müavini Taliyyət Əliyev də hazırkı mərhələdə seçkilərin boykot edilməsinin səmərəsiz olduğunu düşünür. Onun fikrincə, effektiv olmayandan sonar bu yöndə hansısa tədbirlər görmək yersizdir: "Azərbaycanda seçkilərin baykot edilməsi siyasi mübarizə üsulu olaraq öz effektini vermir. Bu mübarizə üsulunun onda effekti ola bilər ki, müxalifət düşərgəsi bu məsələdə yekdil mövqedən çıxış etsin. Baxmayaraq ki, Azərbaycanda seçkilərin boykot olunması üçün kifayət qədər əsaslar var, amma müxalifət düşərgəsi ümumilikdə bu məsələdə vahid mövqedən çıxış etməsə, bunun hər hansı bir seçkinin, o cümlədən qarşıdan gələn bələdiyyə seçkilərinə heç bir təsiri olmayacaq. Bələdiyyə seçkilərinə gəldikdə isə deyə bilərəm ki, bələdiyyələrin statusu, səlahiyyətləri o qədər əhəmiyyətsiz bir vəziyyətdədir ki, bu seçkilərdə partiyalar iştirak etməkdə o qədər də maraqlı görünmürlər. Amma hesab edirəm ki, indiki Azərbaycan reallığında seçkiləri boykot etmək partiyanın özünü siyasi proseslərdən təcrid etmək və 5 ildən bir insanlarla görüşmək şansını əldən verməkdir. Belə bir vəziyyətdə siyasi partiyalar yalnız seçkidən-seçkiyə insanlarla görüşmək, təmas qurmaq, öz fikir və ideyalarını onlara çatdırmaq üçün az da olsa imkan əldə edir. Ona görə partiyalar bu imkandan bəhrələnməlidir.Bələdiyyə seçkilərinə qoşulmadıqda belə üzvlərə sərbəstlik verməlidir".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32