Qulu Məhərrəmli: "Dilçilik İnstitutunda "qaynar xətt" payızda yaradılacaq"
14:17 04-07-2014
CƏMİYYƏT
Qulu Məhərrəmli: "Dilçilik İnstitutunda "qaynar xətt" payızda yaradılacaq"
"Dilçilik İnstitutunda "Qaynar xətt" xidmətinin yaradılması ölkə prezidentinin imzaladığı Dövlət Proqramında öz əksini tapıb". Bunu açıqlamasında Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib.
"Bu xidmət 2013-cü ildə yaradılmalı idi. Amma hansısa səbəblərdən yaradılmayıb. Düşünürəm ki, indi bunu yaratmaq ciddi problem olmamalıdır. Akademiyanın rəhbərliyi və Dilçilik İnstitutunun rəhbərliyi müraciət edib. İşlərlə ciddi məşğul olandan sonra bu xidməti yaratmaq mümkün olacaq. "Qaynar xətt" xidmətinin yaradılması dilçiliyin, ana dilimizin doğru, dürüst işlədilməsi ilə bağlı problemləri həm ictimailəşdirəcək, həm də onların aradan qaldırılmasına kömək edəcək".
Q. Məhərrəmlinin sözlərinə görə, bu xidmət payız aylarında yaradıla bilər: "Təbii ki, "Qaynar xətt" xidməti yaradıldıqda dilçilik məsələləri ilə bağlı xidmət genişlənir, Dilçilik İnstitutunun müəyyən strukturları bununla məşğul olub, məlumatlar əsasında həm media üçün, həm də dövlət qurumları üçün müəyyən tövsiyələr hazırlayır. Ona görə də belə xidmətin yaradılması çox vacibdir. Sözün düzü, mən bir aydır monitorinq şöbəsindəyəm. Bu məsələ ilə əvvəl də məşğul olublar. Yəni hələlik nəticəsi yoxdur. Xidmətin nə vaxt yaradıcalağı ilə bağlı proqnoz verə bilmərəm, çünki bu mənim iradəmdən asılı deyil".
Şöbə müdiri rəsmi dildən istifadənin müəyyən normalar əsasında gerçəkləşdirilməsi ilə bağlı təkliflər hazırlanacağını da bildirdi: "Rəsmi dil deyəndə çoxları qarmaqarışıq, terminoloji ifadələrdən ibarət çox mürəkkəb üslub qavrayır. Əslində rəsmi dil həddindən artıq mürəkkəb və qarışıq olmamalıdır. Rəsmi üslubun özünün leksikası, ifadə tərzi var və o anlama gəlmir ki, belə üslub xalqa anlaşılmamalıdır. İdarəçilik və kargüzarlıqda rəsmi dildən istifadənin müəyyən normalar əsasında gerçəkləşdirilməsi məsələsi var. Bununla bağlı əvvəllər də müəyyən işlər görülüb. İndi monitorinq şöbəsində kargüzarlıq sənədlərinin yenidən nəzərdən keçirilməsi, daha müasir dövrə uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlayacağıq. Ola bilsin bununla bağlı vəsaitlər çap olunsun və icra hakimiyyətlərinə, ədliyyə orqanlarına və digər dövlət qurumlarına paylansın ki, onlar əmr, göndəriş verəndə, qərar, məktub yazanda hansı formada etməyə diqqət yetirsinlər. İndi müəyyən formaları var. Amma bununla bağlı bir sistem olmalıdır. Bu çox uzun çəkən prosesdir, maliyyə, təşkilatı tədbirlər lazımdır, müəyyən texniki məsələlər həll olunmalıdır".
Misranə Həsənzadə
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22