Ziya Məmmədov qardaşlarını danlayıb
11:16 05-07-2014
İQTİSADİYYAT
Ziya Məmmədov qardaşlarını danlayıb
Nəqliyyat naziri onlara qarşı niyə qəzəblidir?
Nəqliyyat naziri Ziya Məmmədov deputat olan qardaşı Elton Məmmədovu danlayıb. Nazirin danlağına səbəb isə son vaxtlar onun özü və oğlu Aynar Məmmədovla bağlı mətbuat səhifələrindən düşməyən qalmaqallı xəbərlər olub.Qeyd edək ki, son vaxtlar Aynar Məmmədova yaxınlığı ilə bilinən idmançı şəxsin "Yeni Müsavat" qəzetinin əməkdaşını döyməsi Məmmədovları, ən çox da nəqliyyat nazirini hədəfə gətirib.
Böyük rezonans yaradan bu hadisədən əvvəl isə Aynar Məmmədovla bağlı avtoşluq faktı ortaya çıxmışdı. Çox keçmədən isə onun sosial şəbəkələrdə özünün dəbdəbəli həyatını, bahalı saatlarını, avtomobillərini, geyimlərini nümayiş etdirməsi cəmiyyətdə geniş əks-səda yaratmışdı.Bütün bunlar isə Ziya Məmmədovu ictimai qınaq hədəfinə çevirməklə bərabər, onun iqtidar içindəki dayaqlarını da xeyli sarsıdıb. Nəqliyyat naziri hakimiyyət daxilindəki rəqiblərinin əlinə özü əleyhinə ciddi «kozırlar" verən qardaşı və qardaşı oğluna da məhz bu səbəbdən qəzəblidir.Qeyd edək ki, bundan əvvəl də Ziya Məmmədov digər qardaşı - Nəriman Məmmədova acıqlanmışdı. Belə ki, fevral ayında ölkə mətbuatı xəbər verdi ki, nəqliyyat naziri böyük qardaşı Nəriman Məmmədovu "Azəryolservis" rəhbəri Cavid Qurbanovun müşaviri təyin edib. Bundan əvvəl Nəriman Məmmədov "MMC 85" adlı qurumun rəhbəri olub və nazirin əmri ilə vəzifəsindən azad olunub.
Ziya Məmmədovun bu yerdəyişməsinə isə maraqlı səbəb göstərilirdi. Bildirilirdi ki, Nəriman Məmmədovun rəhbərlik etdiyi qurumun işi iri tonnajlı maşınlar üçün nəzərdə tutulan tərəzilərə nəzarət etməkdir. Hələ bir neçə il əvvəl Nəqliyyat Nazirliyinin rəhbərliyi yolların qısa müddətdə dağılmasını iri tonnajlı maşınların artıq yük götürmələri ilə izah etmişdi. Bunun qarşısını almaq üçün ölkəyə xüsusi tərəzilər gətirilmişdi. Lakin bununla da yol dağıntılarının qarşısını almaq mümkün olmadı. Deməli, Nəriman Məmmədov işinin öhdəsindən gələ bilməyib. Ziya Məmmədov da düşdüyü bu vəziyyətin fərqinə varıb, ona görə də məsələ böyüməmiş qardaşının yerini dəyişməyi qərara alıb. Nazir bununla həm də məsuliyyəti öz üzərindən atıb.Qeyd edək ki, Ziya Məmmədovun «Unikal"a müsahibəsindən sonra məsələ ətrafında daha da böyük ajiotaj yaranmışdı. Belə ki, qəzetimizin əməkdaşının nazirə ünvanladığı «Deyilənə görə, o, Dövlət Dəmir Yolunda işlədiyi dövrdə də işində verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılmışdı, bu gün də..." sualını yarımçıq kəsən Məmmədov belə cavab vermişdi: «Kişini işdən də çıxardarlar, yeni işə də qoyarlar, kişinin işdə nöqsanları da olar... Bunun sizə nə dəxli... Mənim bu nömrəmə niyə zəng eləmisiniz? Daha bu nömrəyə zəng etməyin".Nəqliyyat nazirinin həmin vaxtki bu əsəbi reaksiyası həm qardaşının iş yerini dəyişdirməsinin ictimailəşməsini istəməməsi, həm də ümumiyyətlə, onun doğrudan da Nəriman Məmmədova acıqlı olması ilə izah edilirdi.İndi isə Ziya Məmmədovun digər qardaşı - Elton Məmmədovu danlaması xəbəri gəlib. Bu da onu göstərir ki, nazir ən yaxın əqrəbaları ucbatından tez-tez ictimai rəydə və mətbuatda tənqid və ittiham hədəfinə çevrilməsindən bezib. Eyni zamanda yaxın qohumlarının davranışları ucbatından iqtidar içindəki dayaqlarının sarsıdıldığını hiss etməsi, nüfuz dairəsinin daralmağa başlayacağı təhlükəsini duyması da görünür, naziri özündən çıxarır və qardaşlarını danlamaqla bir daha özü və ümumiyyətlə, Məmmədovlar soyadı ətrafında yeni, səs-küylü qalmaqalın yaşanmamasına çalışır.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17