Rusiyanın Azərbaycan əleyhinə hazırlığı
11:17 05-07-2014
İQTİSADİYYAT
Rusiyanın Azərbaycan əleyhinə hazırlığı
Separatçıları bir araya toplayırlar
Rusiya heç bir halda Azərbaycandan imtina etmək niyyətində deyil. Çünki Ukraynasız və Azərbaycansız Rusiya heç vaxt dünyanın güc mərkəzi olaraq qala bilməz.Məhz buna görə də Rusiya Krımı işğal edərək Qara dəniz üzərində ki, nəzarətini qoruyub saxladı və hazırda Moldova istiqamətində də maraqlarını təmin etməyə çalışır.
Azərbaycana gəldikdə isə hələ ki, konkret addımlar ata bilmir. Bunun başlıca səbəbi isə Azərbaycanın Rusiyanın oyunlarına getməməsidir. Məsələn, Rusiya Ukraynaya o zaman hucum etdi ki, bu ölkə Avropa ilə Rusiyanın savaşına qatıldı. Prezident İlham Əliyev isə ilk gündən bəyan edib ki, Azərbaycan heç kimin oynuna qatılmayacaq və Avropa,Rusiya və ABŞ-la eyni məsafədə dayanacaq. Buna görə də Azərbaycan qəti şəkildə Avropa İttifaqına və Gömrük İttifaqına qatılmağı qəbul etmədi. Buna görə də Rusiya hələ ki, açıq qarşıdurmaya gedə bilmir, sadəcə olaraq Dağlıq Qarabağ kartından yararlanmaq istəyir. Amma Fransa prezidentinin regiona səfərindən və problemin həli ilə bağlı təkliflə çıxış edəndən sonra Rusiya qarabağ kartından da ehtiyatla istifadə etməyə başaldı. Amma deyəsən Rusiya bunlarla razılaşmaq niyyətində deyil və müəyyən addımların artıq ilk işartıları görünməyə başlayıb. Deyəsən ilk növbədə Rusiya Azərbaycanda yaşayan milli azlıqlardan yararlanmağa çalışacaq. Hələ bir neçə ay öncə Kremlə yaxın olan politoloqlar Azərbaycanı hədələyərək bildirmişdilər ki, Rusiya Azərbaycana elə şimal bölgəsi vasitəsi ilə də təsir edə bilər və etməlidir. Bu gün isə bunun şahidi oluruq. Belə ki, Kreml də Vladimir Putinin sədrliyilə Rusiya Prezidenti yanında Milli Məsələlər üzrə Şuranın iclası keçirilib.Toplantıda "AzerRos" Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Asif Məhərrəmov da iştriak edib. Bundan başqa Rusiyada fəaliyyət göstərən digər milli diaspor təşkilatlarının rəhbərləri Şuranın toplantısına qatılıblar.Onların arasında "Rusiya Erməniləri İttifaqının" sədri Ara Abramyan, Ləzgi Milli-Mədəni Muxtariyyətinin rəhbəri Arif Kərimov, Kürd Milli-mədəni Muxtariyyətinin rəhbəri Fərhad Patiyev və digər diaspor qurumlarının sədrləri də olub.İclasda çıxış edən prezident Vladimir Putin qeyd edib ki, dünyada hazırda sərt informasiya və ideoloji müharibə gedir. "Burada məqsəd bu və ya digər ölkələri zəiflətmək, siyasətdə və iqtisadiyyatda özləri üçün əlverişli rəqabət imkanları qazanmaq üçün milli problemlərlə bağlı olan münaqişələri süni şəkildə qızışdırmaqdır".
Putin bildirib ki, Rusiyaya öz ölkəsini müdafiə etmək, vətəndaş həmrəyliyini və milli barışı gücləndirmək üçün daimi, sistemli iş aparmaq vacibdir. Müşahidəçilər hesab edir ki, bu hələ ki, başlanığıcdır.Çox böyük ehtimal ki, bu görüşdən sonra milli azlıqlardan təşkil edilmiş təşkilatların aktivliyi artırılacaq və hər zaman separatçılığa hazır vəziyyətdə saxlanılacaqlar. Bununla paralel olaraq artıq Azərbaycan cəmiyyətinin mövqeyini öyrənmək, Rusiyaya meyilləndirmək üçün də addımlar atılır. Elə Rusiyada təşkil olunan sonuncu sorğuda buna misal ola bilər. Belə ki, Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzi bütün sadə rus vətəndaşlarının Avrasiya İqtisadi Birilyinin yaradılması ilə bağlı mövqeyini öyrənib. 42 subyekti və 130 yaşayış məntəqəsini əhatə edən sorğuda 1600 respondent iştirak edib. Sorğunun nəticələrinə görə, Rusiya vətəndaşlarının 70 faizi Avrasiya İqtisadi Birliyinin yaradılmasına isti baxıblar. Onlar Qazaxıstan və Belarusla genişlənən əməkdaşlığı da müsbət qiymətləndiriblər.
Sorğunu təşkil edən ekspertlərin təəccübünə səbəb olan başqa bir amil isə birliyə yeni üzvlər kimi Rusiya sakinləri Ermənistan və Azərbaycanı göstərmələridir.
"Mənim fikrimcə, bu araşdırmanın ən maraqlı bəndi Avrasiya İttifaqının hansı ölkələr hesabına genişləndirilməsi ilə bağlı sakinlərin fikirləridir. Bu mənada siyahıya Azərbaycan və Ermənistan başçılıq edir", - deyə "Şimal-Cənub" Araşdırmalar mərkəzinin rəhbəri Yuliya Yakuşeva sorğunun nəticələrini şərh edərkən deyib.
Rusiyanın yaratdığı iqtisadi birliyə üzv olmayacağı ilə bağlı Azərbaycanın heç bir bəyanat vermədiyini xatırladan ekspert sorğunun nəticələrini təəccübləndirici adlandırıb:
"Azərbaycan Avrasiya İttifaqı ilə əməkdaşlığın müxtəlif formatlarını nəzərdən keçirir. Lakin təşkilata daxil olmaqdan söhbət getmir. Sorğunun nəticələri onu göstərir ki. Rusiya Azərbaycana pozitiv yanaşır və qarşılıqlı əməkdaşlığın uğur gətirəcəyini anlayır".
Maraqlıdır ki, Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzinin sorğusunda yalnız 10 faiz Rusiya sakini Ukraynanın Avrasiya İttifaqına üzv olmasını dəstəkləyib. Bu göstərici Tacikistan və Özbəkistanın göstəricilərindən də aşağıdır. Əslində isə bununla Azərbaycan cəmiyyətinə bir mesaj ötürülür ki, yenə də ruslar azərbaycanlıları özlərinə daha doğma sayırlar və sözsüz ki, bunun qarşılığıda gözlənilir. Bunu da unutmayaq ki, bu gün Azərbaycanda "5-ci kalon" deyilən və Rusiyanın tam təsirində olan toplu da var və zaman-zaman onlarda aktivləşdirilir. Qeyd edək ki, Ukraynada daxili parçalanmanın yaranmasında da məhz "5-ci kalon"dan istifadə etdilər.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17