Hesablama Palatasının məmurları hədəfə götürməsinin sirləri
11:40 08-07-2014
İQTİSADİYYAT
Hesablama Palatasının məmurları
hədəfə götürməsinin sirləri
Qurumun yeni rəhbəri Vüqar Gülməmmədov məmur korpusuna öz gücünü nümayiş etdirir
Hesablama Palatası bir neçə ay öncə Milli Məclisdə hesabat verəndən sonra bəzi dövlət qurumlarının fəaliyyəti barədə şok məlumatlat üzə çıxdı. Başda, Gənclər və İdman Nazirliyi olmaqla, bir sıra büdcə təşkilatlarının maliyyə əməliyyatlarında yol verilən əyintilər üzə çıxdı.
Qeyd edək ki, əvvəllər Hesablama Palatasının fəaliyyəti bu şəkildə qabarıq görünmürdü. Ölkə başçısının da məmurlarla bağlı kəskin qərarlar qəbul etməsi Hesablama Palatasını da hərəkətə keçirib. Diqqət etmisinizsə, artıq bu qurum icra hakimiyyəti başçılarını, bəzi komitələri, nazirliklərin regional təşkilatlarını, büdcədən maliyyələşən əksər strukturları hədəfə alıb. Son bir neçə ayda mətbuatı vərəqləməklə Hesablama Palatasının nə qədər büdcə təşkilatlarına və məmura "hücum" çəkdiyini aydın şəkildə görmək olar.
Dünən Hesablama Palatasının Kollegiya iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi, habelə "Azəriqaz" İstehsalat Birliyində vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri müzakirə olunub. Bu barədə "Unikal"a Hesablama Palatasının mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, "Azəriqaz"a dair nəticələrin Milli Məclisə təqdim olunması qərara alınıb. Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində vəzifəli şəxslər tərəfindən törədilən qanunsuzluqlar haqda da Baş Prokurorluq və Milli Məclisə təqdim edilib.
Eyni zamanda, Hesablama Palatasının 2014-cü ildə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Hacıqabul rayon İcra Hakimiyyətinə, dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt şəhər Təhsil İdarəsinə, həmçinin Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair Audit proqramları təsdiq olunub və yoxlamalar aparılır.
Bundan əlavə, Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasının Arxelogiya və Etnoqrafiya İnstitutunda yoxlama aparır. Palata əməkdaşları 3 aya yaxındır ki, yoxlamalar aparmaqdadır. Məlumatlara əsasən yoxlamalar nəticəsində kifayət qədər mühim yeyinti faktları aşkar edilib. Hələlik adıçəkilən İnstitutda aparılan yoxlamaların nəticələri ilə bağlı olaraq yekun akt tərtib edilməyib. Məlumata əsasən büdcə vəsaitlərinin istifadə edilməsi, büdcədən əsaslı investitsiya qoyuluşları, təmir və tikinti, ştat vahidləri, ezmaiyyə xərcləri və sair şişirtmələr aşkarlanıb. Həmçinin də ezmaiyyə xərcləri ilə bağlı müvafiq icra strukturları ilə razılaşmaların olmaması faktı ortaya çıxıb. Büdcədən ayrılmış vəsaitlər hesabına nəqliyyat xərclərində və mal və materialların alınmasında da mühim qüsurların aşkalandığı söylənilir. Məlumatlara əsasən "Satınalmalar haqqında" və "Tenderlərin keçirilməsi haqqında" Azərbaycan Respublikasının müvafiq qanunvericilik tələbləri də kobud şəkildə pozulub.
Bunlar hələlik ictimaiyyətə təqdim olunan məlumatlardır. Yəni, Hesablama Palatasının büdcə təşkilatlarında apardığı yoxlamaları barədə detallı bilgi əldə etmək mümkün olsa, o zaman bu qurumun məmurlar üzərində nə qədər təsir imkanlarının olduğu aydın görünür.
Bizi bilgiləndirən məlumatlə şəxs deyir ki, Hesablama Palatasının yeni sədri Vüqar Gülməmmədov büdcə təşkilatlarının fəaliyyəti ilə bağlı yoxlamaların aparılmasının intensivləşdirməsində maraqlıdır. Onun sözlərinə görə, yeni sədr bu günə kimi ortalıqda olmayan bir fiqurdur. Lakun bundan sonra məmur korpusunu özüylə hesablaşdırmaq üçün sərt addımlar atmaq yolunu tutub. O, ölkə başçısının məmurlarla bağlı mövqeyindən məharətlə istifadə edərək öz maraqlarını həyata keçirir. Məmurların fəaliyyətinin təftişi özündə müsbət hal olsa da, pərdəarxasındakı məqam V.Gülməmmədovu məmurlara əzələ nümayişidir. Hər halda, onun bu özfəaliyyətinin də müsbət qarşılanacağı inandırıcı deyil.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53