Hacıbala Abutalıbov 100 milyonluq layihənin reallaşmasına qarşı
12:19 08-07-2014
CƏMİYYƏT
Hacıbala Abutalıbov 100 milyonluq layihənin reallaşmasına qarşı
Meriyanın maneçiliyi ucbatından tələbələrimiz bu il də yataqxanasız qalacaqlar
Bu il də tələbələrimiz yataqxanasız qalacaq. Artıq Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarının söküntüsü dayandırılıb.
Maliyyə Nazirliyindən BDU-nun yataqxanasının tikintisinin ləngimə səbəblərini müxtəlif səbəblərlə izah ediblər. Nazirlikdən bildiriblər ki, 2014-cü il üçün təsdiqlənmiş investisiya proqramına Bakı Dövlət Universitetinin (BDU) tələbə yataqxanalarının söküntüsü və onun yerində salınacaq tələbə şəhərciyinin inşası məsələsi salınmayıb: "Dövlət büdcəsi vəsaiti hesabına istənilən layihənin maliyyələşməsi hər il Nazirlər Kabineti tərəfindən təsdiqlənən Dövlət investisiya proqramına əsasən həyata keçirilir. Sözügedən layihənin maliyyələşməsi yalnız dövlət investisiya proqramına salındıqda mümkün ola bilər"
Maliyyə Nazirliyindən universitetin yataqxanasının neçəyə başa gəlməsi məsələsinə də aydınlıq gətiriblər: "İlkin hesablamalara görə, universitetin mövcud tələbə yataqxanalarının söküntüsü və yerində yeni, müasir yataqxana kompleksinin tikintisi üçün 100 milyon manat vəsait tələb olunur".
Təhsil müəssisəsindən də yataqxananın inşasının gecikmə səbəbini vəsait çatışmazlığı ilə izah ediblər. Bildirilir ki, köhnə yataqxananın söküntüsü işlərinin 1 ildir k, dayandırılıb. Qeyd edilir ki, söküntü işlərinin davam etdirilməsi üçün vəsait çatışmır. Söküntü işlərinin aparılması üçün 2 il bundan öncə birinci dəfə 500 min manat, 2-ci dəfə 200min manat ayrıldı. Həmin vəsaitin bir hissəsi söküntüyə, bir hissəsi isə layihə işlərinin görülməsinə xərclənib.
Yeni yataqxananın layihəsi artıq hazırdır.
Bildirildiyinə görə, işlərin gecikməsində Maliyyə Nazirliyinin heç bir günahı yoxdur. İşə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mane olur. Belə ki, inşaat pasportunun alınması ilə bağlı dəfələrlə BŞİH müraciət edilib. Amma Hacıbala Abutalıbovun rəhbərlik etdiyi qurum inşaat pasportunu vermir ki, layihənin həyata keçirilməsinə başlanılsın. Bununla bağlı 5-6 dəfə BŞİH-ə yazılı müraciət göndərilib. Bir sözlə, 100 milyon manatlıq olduqca əhəmiyyətli layihənin reallaşmasına BŞİH və Baş Memarlıq İdarəsi problem törədir. Belə ki, edilən müraciətlərin heç birinə indiyədək cavab verilməyib.
Məsələ ilə əlaqədar olaraq müraciət edilən Bakı Şəhər İcra Hakimiyyətin ictimaiyyətlə əlaqələr bölməsi isə bu məsələ ilə bağlı məlumatsız olduqlarını bildirərək ittihamlara cavab verməkdən imtina edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, BDU-nun yataqxanalarında məskunlaşan qaçqınların hamısı oradan çıxarılıb. "Bu dövlət proqramına əsasən həyata keçirilir. Digər universitetlərin də yataqxanalarında məskunlaşan qaçqınların çıxarılmasına başlamışıq. Bu iş mərhələli şəkildə həyata keçirilir. Artıq yataqxanalardan çıxardığımız qaçqın və məcburi köçkünləri Müşfiqabad qəsəbəsində yeni salınan evlərdə yerləşdirmişik".
Göründüyü kimi yeni tədris ilindən də tələbələr elmdən daha çox, harda qalmaq haqda fikirləşməli olacaqlar. Dövlət qurumları bir-birlərini ittiham etməkdənsə yaxşı olardı ki, tələbələrin yerləşdirilməsi üçün yataqxanaların tikintisi ilə maraqlansınlar. Bəlkə onda tələbələr harda yerləşmək qayğılarından xilas olaraq savad qazanmağa daha çox vaxt sərf edərlər.
Ən əsası isə Hacıbala Abutalıbovun rəhbərlik etdiyi meriyanın səslənən ittihamları cavablandırmaq istəməsi maraq doğurur. Bu, qurumun ünvanına səslənən iradların haqlı olduğunu, məhz Abutalıbovun başçısı olduğu paytaxt icra hakimiyyətinin maneçiliyi ucbatından tələbələrimizin bu il də yataqxanasız qalacağını deməyə əsas verir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31