Təriqətlər arasından gələn atəş səsi
09:29 09-07-2014
İQTİSADİYYAT
Təriqətlər arasından gələn atəş səsi
Azərbaycanda dini həssaslıq artır
Bu günlərdə Sabirabadda baş verən bir olay sözün həqiqi mənasında Azərbaycan üçün həyacan siqnalı rolunu oynadı. Belə ki, özünü şiə təriqətinin nümayəndəsi kimi təqdim edən şəxs sələf təriqətindən olan bir şəxsi kütləvi şəkildə təhqir etməklə yanaşı saqqalınıda qırxdı.
Bunun səhərisi günü isə 150 nəfərlik sələfinin Sabirabada getdiyi, amma heç bir inisident baş vermədən geri qayıtdıqları verilən xəbərlər sırasında oldu. Amma bu hadisə baş verdikdən sonra Bakı şəhəri Müşfiqabad məsçidində də şiə və sələf camaatı arasında qarşıdurma yarandığı bildirilidi.Məsçiddə ibadət edən şiə camaatının sözlərinə görə, onlarla sələfilər arasında heç bir problem yoxdur, tərəflər qarşılıqlı razılığa əsasən günün müxtəlif saatlarında ibadətlərini edirlər. Amma aydın oldu ki, məsciddə bir neçə ay bundan öncə sələfi camaatının bir nümayəndəsi şiə camaatının üzvünü təhqir edərək döyüb, hadisədən dərhal sonra isə həmin şəxs həbs olunub. Camaatın bildirdiyinə görə məscidin önündə nəzarət kamerası var, əgər ərazidə hər hansısa qanunsuzluq qeydə alınıbsa, polis əməkdaşları bunu araşdırıb qiymət verəcəklər
Sələfi camaatının nümayəndələri də şiə camaatı ilə münasibətlərinin normal olduğunu bildirdilər. Onların sözlərinə görə, hər iki tərəf normal qaydada öz ibadətlərini edir. Məscidin adının açıqlanmasını istəməyən yetkilisinin sözlərinə görə, Sabirabadda baş vermiş hadisədən sonra Teymur adlı şəxs ( məscid yetkilisi bildiri ki, Teymur keçmiş polis əməkdaşıdır, etdiyi nöqsanlara görə, işdən azad olunub) məscidə girərək sələfi camaatına "Sabirabadda baş verənlər sizə dərs olmadı? Hamınız rədd olun gedin burdan", deyə qışqırıb, nəticədə tərəflər arasında söz-söhbət yaşanıb, amma kimsə kimisə vurmayıb.Məsciddə ibadət edən və adının açıqlamasını istəməyən sələfi camaatının başqa bir nümayəndəsinin sözlərinə görə, isə cümə günü baş vermiş hadisələr zamanı onun dostu həbs olunub. Dostunun günahsız olduğunu və heç bir münaqişədə iştirak etmədiyini deyən şəxsin sözlərinə görə, məsciddə baş təfriqə salanlar tez-tez İrana səfər edən şəxslərdir. Gördüyünüz kimi, hər iki xəbər kifayət qədər həyacanlı xəbərdir və bu xəbərlər istənilən an nəzarətdən çıxacaq hadisəyədə çevrilə bilər. Belə ki, baş verən Sabirabad olayını təhlil edərkən ortaya çıxan məqam bu olur ki, hadisə məqsədli şəkildə öncədən planlaşdırılıb. Nəyə görə?
1. Hadisə baş verən zaman sələfi nümayəndəsinə təzyiq edən şəxsin yardımçılarıda olub və görünən o idi, öncədən həmin şəsxi gözləyirlərmiş
2. Hadisə telefonla çəkilir və sosial şəbəkələrdə, internet resurslarında anındaca yerləşdirilir
3. Hadisə baş verən kimi süni şəkildə olay sosial şəbəkələrdə qızışdırıcı formada müzakirəyə çıxarılır və ortaya iki məqam qoyulur.
- İddia olunur ki, sələfi nümayəndəsinin saqqalını qırxan şəxs İranla bağlıdır
- Sələfilər mütləq bunun intiqamını almalıdır.
Bütün bunlar nə deməkdir? Görünən budur ki, Azərbaycanda hansısa qüvvələr süni şəkildə təriqət savaşını qızışdırmaq istəyirlər və bunun üçün hətta kənar qüvvələrdən də yararlanmaq meyilləri ortaya çıxır. Bunu da qeyd edək ki, hazırda elə xarici ölkələr var ki, həqiqətən də Azərbaycanda təriqət savaşında maraqlıdırlar və elə bu günlərdə İran mətbuatında Azərbaycanın İŞİD-lə hədələnməsi də buna misaldır. Ekspertlər hesab edir ki, bu günlərdə Sabirabadda baş vermiş olayın video yazısı İraqda İŞİD aktivləri arasında süni şəkildə yayılmaqla, onlarda Azərbaycana qarşı nifrət daha da gücləndirilə bilər və intiqam almaq adı ilə müəyyən qüvvələr Azərbaycana göndərilə bilər. Əslində, bəzi qüvvələrin əsas marağı da budur. Hətta Sabirabad olayından öncədə xavaric deyilən qruplaşmanın bəzi üzvləri Azərbaycanda xilafət yaratmaqla bağlı çağırışlar da etmişdilər. Bunu da yada salaq ki, bu olaylar o zaman baş verir ki, Azərbaycan hakimiyyəti dini mövzuda maarifləndirmə işlərini gücləndirir, Suriyaya, İraqa qeyri-qanuni olaraq döyüşə gedənlərin qarşısı alınır və dini tolerantlığın qorunması üçün bütün tədbirlər həyata keçirilir. Amma baş verən son olaylar sübut etdi ki, adi bir ehtiyatsızlıqdan kifayət qədər ciddi qarşıdurmalar yarana bilər. Ekspertlər hesab edir ki, ən təhlükəli məqam ondan ibarətdir ki, müəyyən zamandan sonra Suriyada və İraqda döyüşən azərbaycanlılar geri qayıdandan sonra yeni ab-hava yaranacaq. Buna görə də indidən cəmiyyətin özünün olaylara reaksiyası olmalıdır. Bunu da sonda qeyd edək ki, Sabirabad olayı baş verən zaman istər sadə vətəndaşlar, istərsə də din xadimləri məsələyə soyuqqanlı yanaşdılar və təriqətindən asılı olmayaraq din nümayəndələri zorakılığı qəti şəkildə pislədilər.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53