Arif Əsgərov hansı naziri çətin vəziyyətdə qoymaq istədi?
09:46 10-07-2014
İQTİSADİYYAT
Arif Əsgərov hansı naziri çətin vəziyyətdə qoymaq istədi?
Qanunsuzluqların aşkarlandığı Dəmiryolçular Xəstəxanası ilə bağlı ilginc müəmma
Dünən mətbuatda belə məlumat yayıldı ki, Hesablama Palatası auditorları "Azərbaycan Dəmir Yolları" QSC-nin tibb xidmətində yoxlamalar aparıb və kifayət qədər ciddi maliyyə pozuntuları aşkarlayıb. Təkcə dəmiryolçuların mərkəzi xəstəxanasında bir neçə milyon manata yaxın yeyinti aşkarlanıb.
Yayılan bu xəbərə Hesablama Palatası aydınlıq gətirib. Palatanın Mətbuat Xidmətinin rəhbəri Nailə Qazıyevanın açıqlamasından belə başa düşmək olar ki, adıçəkilən xəstəxanada korrupsiya faktlarının olması barədə deyilənlər həqiqətəuyğundur. Belə ki, mətbuat xidməti rəhbəri bildirib ki, yoxlamaların nəticəsi və aşkarlanan faktlar kollegiyada təsdiq olunduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək: "Hesablama Palatasının əsas funksiyalarından biri də audit yoxlamalar aparmaqdır.Təsdiq olunmuş qaydalarımız var ki yoxlama baş çatmamış bu barədə məlumat verə bilmərik. İyun ayının 12-də keçirilən kollegiya iclasında dövlət büdcəsinin "Səhiyyə" bölməsi üzrə "Azərbaycan Dəmir Yolları" QSC-nin həkim-sanitar xidmətinə ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının hesablanılmasına dair Audit proqramı müzakirə edilərək təsdiq olunub. Yoxlama işləri hələ davam edəcək.Yoxlamanın nə vaxt yekunlaşacağını bilmirik".
Ən ilginc məqam isə korrupsiya hallarının aşkara çıxarıldığı Dəmiryolçular Xəstəxanasının hansı quruma aid olduğudur. Belə ki, bu səhiyyə müəssisəsinin Arif Əsgərovun sədri olduğu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) balansında fəaliyyət göstərdiyi bildirilsə də, adıçəkilən qurum bunu üzərindən atıb. Əsgərovun QSC-sindən həmin xəstəxananın onlara tabe olmadığı bildirilib. Qurumun mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov Dəmiryolu xəstəxanasının idarəyə aid olmadığını, Səhiyyə Nazirliyinin tərkibində olduğunu söyləyib: "Bizim dəmiryolçular o xəstəxanada müalicə ala bilərlər. Amma o xəstəxana Dəmiryolu İdarəsinin deyil. Ora Səhiyyə Nazirliyi baxır. Gedib onlardan soruşun!"
Bir sözlə, Arif Əsgərovun rəhbəri olduğu QSC məsuliyyəti Səhiyyə Nazirliyinin - yəni Oqtay Şirəliyevin rəhbəri olduğu qurumun üzərinə atıb. Amma Şirəliyevin nazirliyindən isə xəstəxananın onlara aid olmadığını söyləyiblər. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Səhiyyə Nazirliyinin yoxlama və onun acınacaqlı nəticələri barədə məlumatı yoxdur: "Dəmiryolu xəstəxanası Dəmiryolu İdarəsinin nəzdində olan MMC-nin tərkibinə daxildir. Həmin tibb idarəsi Səhiyyə Nazirliyinin balansına tabe deyil. Biz ora işçi götürə bilmirik. Səhiyə Nazirliyi həmin xəstəxanaya təyinat həyata keçirmir".
Bir sözlə, Şirəliyevin nazirliyi Arif Əsgərovun rəhbəri olduğu qurumun yalanını çıxarıb, aydınlaşıb ki, adıçəkilən xəstəxana dolayı yolla da olsa "Azərbaycan Dəmir Yolları" QSC-yə tabedir. Belədə Əsgərovun idarəsinin ortaya çıxan korrupsiya halları səbəbi ilə məsuliyyəti üzərindən atmağa çalışdığı qənaəti yaranır.
Bizim başqa mənbələrdən dəqiqləşdirdiyimizə görə də Dəmiryolçular Xəstəxanasının Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxdur və bu tibb müəssisəsi "Azərbaycan Dəmir Yolları" QSC-nin tərkibindəki strukturlardan birinə məxsusdur. Beləliklə, Arif Əsgərovun korrupsiya faktlarının üzə çıxdığı xəstəxananın məsuliyyətini özündən kənarlaşdırıb Səhiyyə Nazirliyinin üzərinə atdığı məlum olur. Buna səbəb də yuxarıda da dediyimiz kimi, onsuz da mütəmadi korrupsiya qalmaqalları yaşayan QSC rəhbərliyinin növbəti belə bir halla üzləşmək istəməməsi ola bilər.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53