Ayaz Mütəllibovdan Rusiyaya rədd cavabı
12:50 11-07-2014
İQTİSADİYYAT
Ayaz Mütəllibovdan Rusiyaya rədd cavabı
Eks- prezident daha Kremillə əməkdaşlıqda maraqlı deyil
Son günlər eks-prezident Ayaz Mütəllibov yenidən gündəmə gəlib. Belə ki, Kommunist Partiyasının lideri Rauf Qurbanov gələcəkdə keçmiş prezident Ayaz Mütəllibovun siyasətə qayıdacağı təqdirdə, onunla əməkdaşlıq etməyə hazır olduqlarını demişdi. Hətta bu da qeyd olunurdu ki, Ayaz Mütəllibov razılıq verərsə onu partiyanın lideri də elan etməyə hazır olublar.
Amma Ayaz Mütəllibov kommunistlərdən imtina etdi. "Mənim nəinki Kommunist Partiyası ilə, hətta başqa partiyalarla da əməkdaşlıq etmək fikrim yoxdur". Bunu Modern.az saytına eks-prezident Ayaz Mütəllibov Azərbaycan Kommunist Partiyasının səsləndirdiyi əməkdaşlıq təklifinə münasibət bildirərkən deyib: "Ola bilər ki, hansısa siyasi partiyanın lideri məni öz sıralarında görmək istəsin. Bu, onların fikridir. Mənim fikirlərimə gəlincə, siyasətdə sözümü nə dərəcədə demişəm, yaxud deməmişəm, bu artıq tarixə yazılıb. Siyasətlə məşğul olmaq, siyasi partiyalarla əməkdaşlıq etmək cavanların işidir. Qoy, cavanlar işləsin". Amma ekspertlər bildirir ki, bu təklif heç də təsadüfdən verilməyib və bunun arxasında ciddi siyasi maraqlar durur. İlk növbədə isə sözsüz ki, Rusiya kartı. Bildiyiniz kimi son bir neçə il ərzində Rusiya Azərbaycanın siyasi proseslərinə müdaxilə etmək, ölkədaxili siyasi qüvvələrlə əlaqə qurmaq və onların marağına cavab verəcək bir quruma sahib olmağa çalışırlar. Hələ prezident seçkiləri zamanı Milli Şuranın yaradılması "5-ci kalon"un əsas aktivistləri olan Abbas Abbasovu, Rüstəm İbrahimbəyovu gündəmə gətirmələri təsadüf deyildi. Düzdür, onlar üzərlərinə düşən vəzifəni qismən icra edə bildilər və AXCP kimi bir partiyanı Rusiya ilə əməkdaşlığa cəlb etməyi bacardılar. Amma Müsavat partiyasının sona qədər onlara inanmaması və prosesin sonunda Milli Şuradan imtina etmələri Rusiyanın planlarını pozdu. Əslində isə nəzərdə tutulmuşdu ki, Milli Şura prezident seçkilərindən sonra partiyaya çevrilsin və Rusiya konkret olaraq bu partiya ilə siyasi oyunları həyata keçirsin. Amma Milli Şuranın ifşası, Azərbaycan hakimiyyətinin güzəştə getməməsi situasiyanı dəyişdi və Milli Şura arxivə göndərildi. Həmin vaxt diqqəti cəlb edən başqa bir məqamda ortaya çıxdı. Aydın oldu ki, Rusiyanın Azərbaycandakı "5-ci kalon"u kifayət qədər ciddi sosial bazaya malikdir və onları səfərbər etmək çətin deyil. Bununla yanaşı hazırda Rusiyada milyondan çox azərbaycanlı yaşayır ki, onlardan da rahatlıqla istifadə etmək olar. Necə ki, seçkilər zamanı Abbas Abbasovun rəhbərliyi ilə gözlənilmədən Rusiyada yaşayan azərbaycanlıların siyahıya alınması prosesi başlamışdı. Amma ortaya tamam başqa problem çıxdı. Aydın oldu ki, Azərbaycandakı Rusiyaya bağlı qüvvələrin lideri yoxdur. Öncə lider kimi ortaya Söyün Sadıqov buraxıldı və aydın odlu ki, kremlin sağ əli hesab edilən bu şəxsi azərbaycanda itdə tanımır. Bundan sonra Rüstəm İbrahimbəyov meydana çıxarıldı. Amma onunda siyasi savadsızlığı, həddindən artıq çox qorxaq olması maraqlara cavab vermədi. Bundan sonra məcbur qalan Kreml özünün gizli gücü kimi dəyərləndirilən Abbas Abbasovu ortaya çıxartdı. Amma Abbas Abbasovun da sosial bazasının olmaması, sürüşkən siyasi xətt tutması və uzun illər hakimiyyətdə təmsil olunması lider kimi ortaya çıxa bilməməsi Rusiyanı düşündürməyə məcbur etdi. İndi isə qarşıdan parlament seçkiləri gəlir və Rusiya bu dəfə Azərbaycan hakimiyyətinə daha ciddi təsir etmək üçün axtarışa başlayıb. Hazırda Rusiyada kommunistlərin kifayət qədər aktivləşməsini və onların Azərbaycanla ciddi bağlılıqlarının olmasını nəzərə alaraq Azərbaycanda da kommunistləri aktivləşdirməyə çalışırlar. Bunun üçün isə hazır Azərbaycan Komunist Partiyası var və hesab edirlər ki, "5-ci kalon"u bu partiyanın ətrafına toplasınlar. Amma bunun da lidersiz çətin olduğunu bilirlər və buna görə də uzun illər Rusiyada yaşayan və kremillə bağlılığı olan eks-prezident Ayaz Mütəllibov yada düşdü. Ekspertlər hesab edir ki, Rusiyaya meyilli qüvvələr arasında Ayaz Mütəllibova inam var və bundan yararlanmaq olar. Amma Ayaz Mütəllibov bundan imtina etdi. Əslində bu imtina
, rəsmi Kremlin oyununda iştirtakdan imtina kimi dəyərləndirilməlidir. Maraqlıdır, bəs Ayaz Mütəllibov nədən imtina yolu seçdi? Müşahidəçilər hesab edir ki, on illərlə Rusiyada yaşamaqdan yorulan Ayaz Mütəllibov bundan sonrakı ömrünü Azərbaycanda rahat şəkildə yaşamaq istəyir. Və zamanında Ayaz Mütəllibovun Azərbaycana qayıdıb siyasətlə məşğul olmaq imkanları olan zaman Rusiya onun istəyinə qarşı çıxmışdı və buna görə də Ayaz Mütəllibov bu günkü imtinası ilə daha Rusiyaya inanmadığını göstərdi. Bununla yanaşı Ayaz Mütəllibov yaxşı bilir ki, Azərbaycanda Rusiya sevgisi kifayət qədər zəifləyib və buna görə də Rusiyanın cəhdləri uğursuz olacaq. Nəhayət, Ayaz Mütəllibov yaxşı bilir ki, Azərbaycan hakimiyyəti yenə də təzyiqlərə baxmayaraq yolunu dəyişməyəcək və sonda Rusiya yenə Azərbaycanla hesablaşmalı olacaq. Belə olan halda Ayaz Mütəlliobv da Rüstəm İbrahimbəyovun, Abbas Abbasovun taleyini yaşamalı olacaq. Bu yaşdan sonra Ayaz Mütəllibov növbəti yanlışlığı etməyə maraqlı olmadığını göstərdi.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53