Yaxın Şərq kartı: ABŞ, İsrail və Türkiyəyə müstəqil kürd dövləti niyə sərf edir?
12:54 11-07-2014
İQTİSADİYYAT
Yaxın Şərq kartı: ABŞ, İsrail və Türkiyəyə müstəqil kürd dövləti niyə sərf edir?
Böyük neft ehtiyatları Yaxın Şərqin xəritəsinə əhəmiyyətli dəyişikliklər gətirə bilər
İraq kürdlərinin müstəqil dövlət qurmaq istəyi artıq qarşıalınmaz görünür. "İraq Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının İraq şəhərlərinə hücumu isə bu istəyin həyata keçirilməsi üçün katalizator rolunu oynadı. Bağdad və Ərbil arasında qırılma son illər yetişirdi.
Şimali İraq kürd regional rəhbərliyi müstəqillik haqqında referendumun keçirilməsi məsələsini qaldırıb. Nuri əl-Malikinin rəhbəri olduğu mərkəzi hökumət öz bacarıqsızlığını yalnız hərbi deyil, həm də siyasi baxımdan bütün aşkarlığı ilə göstərdi.
İyulun 3-də Şimali İraq kürd muxtariyyətinin lideri Məsud Bərzani müstəqil seçki komissiyasının formalaşdırılması xahişi ilə regional parlamentə müraciət edib. Yeni struktur referendum hazırlıqlarına başlamalıdır. O, öz mövqeyini əsaslandıraraq bildirib ki, İŞİD-in Mosula hücumundan dörd gün əvvəl kürd muxtariyyəti Nuri əl-Maliki hakimiyyətinə terror hücumlarına qarşı mübarizə aparmaq üçün əməkdaşlıq təklif edib. Amma bu təklif rədd edilib.
Demək olar ki, İŞİD-in hücumları kürdlərin işinə yaradı. Kürdlərin peşmərgə qüvvələri yaranmış boşluqdan istifadə edərək Kərkükü nəzarət altına aldılar və gələcəkdə də onu saxlamaq niyyətindədir. Yaxın Şərqdə heç bir başqa güc, məsələn, ABŞ və Türkiyə İŞİD hücumundan İraqın şimal ərazilərinin müdafiəsi üçün qərar vermədi. Mosuldan sonra Kərkükün də terror təşkilatın əlinə keçməsi vəziyyət daha da gərginləşdirərdi. İndiki halda isə ABŞ, Türkiyə və İsrailə regional ekstremist qrup olan İŞİD deyil, öz hərbi-siyasi əsaslılığını göstərmiş, qərb partnyorlarına loyal olan Ərbildəki kürd hökuməti daha sərfəlidir.
Dünyanın supergücü ABŞ, həmçinin regional güclər İsrail və Türkiyə müstəqil kürd dövlətinin yaradılmasında maraqlıdır. İsrailin baş naziri Benyamin Netanyahu 29 iyunda müstəqil kürd dövlətinin yaradılmasının məqsədəuyğunluğunu dilə gətirib. Eyni mövqeyi İsrail xarici işlər naziri Aviqdor Liberman da dilə gətirib. Artıq sirr deyil ki, İŞİD-in özü Amerika Yaxın Şərq siyasətinin məhsuludur. İraqın bölünməsi ABŞ üçün məntiqi sonluq ola bilərdi. İsrail və Türkiyə isə kürd dövlətinin yaranması ilə "neft çəlləyi" olan Kərkükə giriş əldə edir.
Müstəqil Kürdüstan dövlətinin yaradılması Yaxın Şərqdə yalnız güclərin siyasi bölgüsünə təsir etməyəcək, eyni zamanda regionun neft xeyirlərinin bölgüsünə də təsir edəcək. Böyük neft ehtiyatları Yaxın Şərqin xəritəsinə əhəmiyyətli dəyişikliklər gətirə bilər. Kürdlər 2014-cü ilin sonuna kimi neft ixracının gündəlik həcmini 500 min barrelə , yaxın dörd ildə isə 2 milyon barrelə çatdırmağı hədəfləyir. Kərkükün birləşməsi də gələcək dövlətin neft potensialını gücləndirəcək.
Türkiyə şərhçiləri Ankara və Ərbilin qarşılıqlı cazibəsini yalnız neft və qazla izah etməməyə çalışırlar. Şimali İraq rəhbərliyi Ərdoğan hökuməti ilə kürdlər arasındakı sülh danışıqlarına əhəmiyyətli təsir göstərir.
Vaşinqtonun müstəqil kürd dövlətini dəstəkləməsinə gəlincə, amerikalılar regionun şimalında yaranacaq bir dövlətdə hərbi baxımdan yerləşmək imkanı qazanacaqlar. İsrail isə ona düşmən ərəb ölkələrinin içində ona loyal olan siyasi rejim əldə edəcəklər. Kürd dövləti həmçinin İsrailə Türkiyə ilə çətin münasibətlərdə manevr imkanı verəcək. Kürd dövləti həmçinin İsrail üçün İrana qarşı da bir meydan rolunu oynaya bilər.
Ömər Dağlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53