İmişli TSEK-ində dəhşətli mənzərələr ortaya çıxdı
12:56 11-07-2014
CƏMİYYƏT
İmişli TSEK-ində dəhşətli mənzərələr ortaya çıxdı
İnternetdə İmişli Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) binasında çəkilən kadrlar yayılıb. Kadrlar izləyənləri sözün həqiqi mənasında şoka salır.
Videogörüntülərdən göründüyü kimi, darısqal, heç bir şəraiti olmayan köhnə binada komissiya günləri fiziki qüsurlu insanlar o dünyanı görüb gəlirlər. Kimin artıq gücü varsa, o da başqalarından qabaq komissiyadan keçir. Qəbula nəzarət yoxdur.
Fiziki qüsurlu Məsləhət Məmmədov həftələrlə, aylarla üzləşdikləri süründürməçilikdən şikayətlənib: "Fakt budur ki, mən neçə vaxtdır, daha dəqiqi aprel ayından bir kağız gətirmişəm. Ancaq mənim sənədim qüvvəyə minməyib. Hələ də gəlib-gedirəm. Növbəli-növbəsiz kim necə istəyir, öz işini görür. Haqsızlıq baş alıb gedir. Danışmalı, deməli dərdimiz qalıbmı bizim? Pensiya vaxtı çatır, gəlirsən, günlərlə, həftələrlə ləngiyirsən".
Komissiyadan keçməli olan Kərim Kərimov isə şəraitsizlikdən gileylənib: "Bizim bu 34 saylı Tibbi Sosial Ekspert Komissiyasının vəziyyəti, ümumiyyətlə, acınacaqlıdır. Birincisi, əhalinin oturub gözləməsi üçün heç bir şəraiti yoxdur. Yer darlığı var. İkincisi, bu komissiya kənar şəxslərin qoltuğunda gətirdikləri qovluqlarla işləyir. Camaat da saatlarla burda əziyyət çəkir".
Qəbulun həftədə yalnız bir gün-1-ci gün olması fiziki qüsurlu insanların vəziyyətini daha da çətinləşdirir. Qarşı tərəfin mövqeyini öyrənmək isə mümkün olmayıb.
Qeyd edək ki, Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildikdən sonra TSEK-lərin fəaliyyətinə xüsusi nəzarətin olacağını vurğulamışdı. Nazir hələ noyabr ayının sonunda jurnalistlərə açıqlamasında "İlk tələb etdiyim məsələ Tibbi-Sosial Ekspert komissiyalarında mövcud qüsurların aradan qaldırılmasıdır" deyə bildirmişdi. Həmin vaxt Müslümov 14 TSEK sədrinin işdən azad edilməsinə münasibət bildirərkən demişdi ki, "biz statistik göstəricilər əsasında orta respublika göstəricisindən mənfi istiqamətdə yuxarı göstəricilərə malik olan komissiyaların sədrlərini cəzalandırdıq. Bu proses davam edəcək".
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31