Məmurlar qorxu içində: korrupsiya həbslərinin yeni dalğası gəlir
11:57 13-07-2014
İQTİSADİYYAT
Məmurlar qorxu içində: korrupsiya həbslərinin yeni dalğası gəlir
Məsələ ciddidir və iri məmurlar belə öz "adamlarını" mümkün həbsdən qurtara bilməyəcək
Bir neçə gün öncə, daha dəqiqi iyul ayının 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Sözügedən toplantıda Prezident İlham Əliyev cari ilin birinci yarısında qarşıda duran məsələlərin uğurla həll olunduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, ilin birinci yarısında ölkə iqtisadiyyatı 2,1 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 6 faiz qeyri-neft sektoru 7 faiz artıb. İnflyasiya 1,6 faiz təşkil edib.
Bütün bunları ifadə etdikdən sonra isə dövlət başçısı korrupsiya və rüşvətxorluğa qarşı həyata keçirilən dövlət tədbirlərinə toxunaraq bu işlərin davam etdiriləcəyini vurğulayıb. Prezident ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində köklü tədbirlərin həyat keçirildiyini xatırlatması və tədbirlərin davamlı olacağını söyləməsi isə bəzi iri ranqlı məmurları ciddi şəkildə təşvişə salıb. 2014-cü ilin arxada qoyduğumuz aylarında baş verənləri xatırlamaq isə kifayətdir ki, həmin iri ranqlı məmurların narahatçılığının heç də əsassız olmadığı aşkarlansın.
Məlumat üçün xatırladaq ki, Prezident İlham Əliyev hələ 2014-cü ilin əsas prioritetləri müəyyənləşdirərkən sosial-iqtisadi sahədə problemlərin həllini və korrupsiyaya qarşı mübarizəni önə çəkmişdi. Bu sıraya maaşların, pensiyaların, müavinətlərin artımı, dövlət qurumlarında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, əhaliyə xidlmət səviyyəsinin yaxşılaşdırılması daxildir. Ötən müddət ərzində baş verənlər isə sözügedən istiqamətlərdə sözün həqiqi mənasında kardinal irəliləyişlərin olduğu təsdiqləndi. Əhalinin sosial iqtisadi durumunun yaxşılaşdırılması tədbirləri ilə yanaşı korrupsiyaya qarşı barışmaz addımların atılması da 2014-cü ilin özəlliklərindən birinə çevrildi.
Bu baxımdan təkcə bir məqamı xatırlatmaq kifayətdir ki, son günlər mətbuatda Hesablama Palatasının hesabatına istinadla dövlət müəssisələrində ciddi yeyinti faktları tirajlanmaqdadır. Korrupsiyaya uğramış dövlət qurumlarının siyahısı isə kifayət qədər genişdir. Prezidentin Nazirlər Kabinetinin sonuncu toplantısında yenidən həmin mövzuya toxunması isə məsələnin hələ də aktuallığını qoruması anlamına gəlir. Bu isə haqlı olaraq məmur düşərgəsində ciddi narahatlıqlara səbəb olub.
Bununla bağlı "Unikal" qəzetinin əldə etdiyi məlumatlara görə, qarşıdakı aylarda orta və aşağı ranqlı məmurların kütləvi həbsləri ilə yadda qalacaq. Aztəminatlı əhaliyə, sahibkarlara ayrılan dövlət vəsaitələrini mənimsəyən çoxlu sayda məmurun işdən azad olunması və istintaqa cəlb olunması gözlənilir. Fəaliyyətində korrupsiyaya yol vermiş məmurlara qarşı heç bir halda güzəştə gedilməyəcəyini söyləyən mənbəmiz bu işin birbaşa ölkə rəhbərliyinin nəzarəti altında olduğunu bildirdi: "Buna qədər bəzi hallarda fəaliyyətində nöqsanlar aşkarlanmış məmurlara qarşı hansısa güzəştlər edilirdi. Təbii ki, burada həmin məmurun hansısa daha yüksək ranqlı məmurla yaxınlığı da əhəmiyyətli faktor idi. Amma indi sitiuasiya tamamilə dəyişib, belə ki, korrupsiyaya yol vermiş məmurun kimin qohumu və ya yaxını olmasına baxmayaraq onun haqqında sərt cəza tədbirləri görüləcək. Odur ki, məmur ordusunun əndişə və təşvişini əsassız saymaq doğru olmazdı".
Orxan
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53