Azərbaycan bu ilin I yarısında 69 mln. dollarlıq meyvə-tərəvəz satıb
07:30 14-07-2014
İQTİSADİYYAT
Azərbaycan bu ilin I yarısında 69 mln. dollarlıq meyvə-tərəvəz satıb
Bu ilin birinci yarısında bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalının həcmində stabil artım davam edib və 2,3 mlrd. manatlıq məhsul istehsal olunub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,8% artım deməkdir.
Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu dövr ərzində bitkiçilik məhsulları istehsalının həcmi 973 mln. manat, heyvandarlıq məhsulları istehsalının həcmi isə 1,3 mlrd. manat təşkil edərək, keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 və 3% artıma nail olunub.
"Kənd təsərrüfatı məhsulları istehsalının ümumi daxili məhsulda payı əvvəlki ildə olduğu kimi sabit qalaraq 4,4% təşkil edib. Bu dövr ərzində ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsas hissəsini təşkil edən meyvə-tərəvəz məhsullarının ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 27,9% artaraq 68,9 mln. ABŞ dollarına çatıb", - deyə H.Əsədov qeyd edib.
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53