Milyarder erməni din xadiminə qarşı "xaç yürüşü" başladı
11:23 15-07-2014
CƏMİYYƏT
Milyarder erməni din xadiminə qarşı "xaç yürüşü" başladı
Dünyanın bütün yerlərindən, eyni zamanda Ermənistandan olan din xadimləri erməni katalikosu Qareginin əməlləri barəsində şikayət məktubu yazıblar.
Məlumata görə, Amerika Erməni Kilsəsinin ən varlı bölümü olan Şərq Eparxiyası erməni irsinin qorunması üçün külli iqdarda pullar xərcləyir. Lakin Nyu Yorkda yerləşən Erməni Milli Baş Eparxiyası erməni dini lideri II Qareginin qanunsuz, özbaşına səfərlərindən bezdiyini açıqlayıb. Onlar bildirirlər ki, "Xərac Toplayan" ləqəbi verdikləri II Qaregin hər səfərində diasporadan böyük məbləğdə pullar alaraq geri qayıdır. Şərq Eparxiyasının bank hesabları isə borcdan bağlanmaq üzrədir.
İş o yerə çatıb ki, erməni din xadimləri Nyu Yorkda yaşayan tanınmış dini nümayəndə Yakob ataya zəng vuraraq Qareginin "özbaşına Amerika sərgüzəştlərini" ona da bildiriblər.
Nyu Yorkdakı dini qurum deyir: "Qareginin səfərini bildirən qəfil telefon zəngləri bizi təəccübləndirmir artıq. Biz burada işlərin, problemlərin içində itib-batırıq, katalikos Qaregin də bizə digər tətəfdən yük olur. Ermənistan hökümətinin taladığı Erməni Apostol Kilsəsi indi də Qareginin əlindən təngə gəlib. Ölkənin dini lideri kilsəni soymaqla məşğuldur, onun kilsədən tələb etdiyi pulların məbləği ağlasığmazdır. Hər gəlişində katalikos utanmadan özünün 100.000 dollar "payını" tələb edir. Son zamanlar Los Ancelesdəki erməni icmasına bu cür dini səfərlərin sayı artıb. Katoliklərin marionetkaları burada on milyon dollarlıq kilsə tikdirir, erməni mədəniyyət və ədəbi mərkəzləri isə bir-birinin ardınca bağlanır. Fakt olaraq deyə bilərik ki, buradakı erməni məktəbləri və digər təhsil qurumları borcun içində batırlar.
Bu cür "ssenariləşdirilmiş" özbaşına səfərlər Fransa, İsveçrə, Çin və Honq-Konqda da artıb. Varlı ermənilərin yaşadığı bu ölkələr "xərac toplayan" katalikos üçün əsl cənnətə çevrilib. Saxta din xadimi öz bank kartları ilə bu ölkələrə gedir və heç bir fəaliyyət göstərmədən sərvət toplayıb qayıdır. Onun yığdığı sərvət Əlibabanın mağaradan tapdığı xəzinədən qat-qat çoxdur.
Bu hörmətsizlik nə zamana qədər davam edəcək!? Ermənilərdə bu qanqsterə dur deyəcək bir qeyrətli kişi yoxdurmu!?"
Qeyd edək ki, şikayət məktubunu İrəvan, Gümrü, İçmiədzin, Abovyan, Vanadzor, Goris, Moskva, Sankt-Peterburq, Rostov, Krasnodar, Soçi, Riqa, Vilnüs, Tallin, Stokholm, Upsala, Milan, Cenevrə, Paris, London, Köln, Berlin, Los Anceles, Qlendeyl, Toronto, Buenos Ayres, Afina, İstanbul və Qüdsdən olan din xadimləri imzalayıblar.
Əli
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22