Rusdilli media Qarabağ mövzusundan qaçır
11:28 15-07-2014
İQTİSADİYYAT
Rusdilli media Qarabağ mövzusundan qaçır
Azərbaycanla bağlı həqiqətlərin dünya miqyasına çıxarılmasında Azərbaycanda fəaliyyət göstərən rusdilli KİV-lərin rolu daha böyükdür. Təəssüf ki, bu kimi ümumilli məsələlərə rusdilli media qurumları ya yer ayırmır, ya da çox az yer ayırır. Bunu Mətbuat Şurası Beynəlxalq Əlaqələr Komissiyasının apardığı monitorinqin nəticələri də təsdiqləyir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, "Qarabağın Azərbaycanlı İcması" İdarə Heyətinin üzvü Rövşən Rzayev rahatsız olduğunu qeyd edib:
"Belə yazılar gündəmdən çıxmamalıdır. Mən rusdilli medianı oxuyuram. Həmişə o barədə deputatlarımız deyir, politoloqlar yazır, rusdillilər də onları oxuyur. Rusdilli mediamız Qarabağla bağlı yazılara yer verir. Əlbəttə ki, belə yazıların sayı artsa, daha yaxşı olar, ən azından gündəmdən çıxmamalıdır. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı Azərbaycanın ərazi bütövlüyü uğrunda öz sözünü deməlidir".
Azərbaycanda fəaliyyət göstərən "Vesti.Az" xəbər saytının baş redaktoru Araz Zeynalov bildirib ki, Qarabağla bağlı yazılar rusdilli mediada nə qədər çox olsa, bir o qədər yaxşıdır:
"Əvvəla, monitorinq Qarabağla bağlı yazıların az verilməsini göstərirsə, bu çox pisdir. Mən hesab edirəm ki, vaxtaşırı olaraq Qarabağ mövzusunda yazılar verilməlidir. Bizim sayt rusdilli olduğuna görə demək olar ki, hər gün Qarabağ problemi ilə bağlı yazılar veririk. Bunda əsas məqsədimiz odur ki, rusdilli oxucular, yəni tək Azərbaycanda yox, Azərbaycanın hüdudlarından kənarda olan digər millətin nümayəndələri də probemimizi, dərdimizi bilsinlər. Çox sevindirici haldır ki, biz Qarabağ problemi ilə bağlı yazılar verdikcə, hiss olunur ki, digər millətlərin nümayəndələri də buna maraq göstərir, bir çox MDB ölkələrinin nümayəndələrini də bu söhbətlərə cəlb edir, onların da mövqeyini öyrənməyə çalışırıq. Bu baxımdan hesab edirik ki, Qarabağla bağlı yazılara yer vermək yaxşı haldır. Ancaq mən də hərdənbir baxanda görürəm ki, rusdilli mediamızda Qarabağla bağlı yazılar verilir. Amma yaxşı olar ki, daha tez-tez versinlər. Bunun üçün isə həmin saytların rəhbərləri öz işçilərinə tapşırıq verməlidirlər ki, bu mövzunu daha çox işıqlandırsınlar. Qarabağla bağlı yazıların sayını artırmağın ən asan yolu budur".
Digər Xəbərlər
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13