Əsir düşən azərbaycanlının gözləri çıxarıldı
10:31 16-07-2014
İQTİSADİYYAT
Əsir düşən azərbaycanlının gözləri çıxarıldı
Ermənilərdən növbəti vandalizmi
Erməni xüsusi təyinatlılarının Kəlbəcərin Şaplar kəndində girov götürdüyü Dilqəm Əhmədov ermənilərin əlinə düşməzdən öncə Azərbaycana zəng edib.
Bu barədə məlumatı Dilqəm Əhmədovun qohumu, Elxan Nəbiyev verib. E. Nəbiyev bildirib ki, Dilqəm Əhmədov Azərbaycana -Şahbaz Quliyevin yaxınlarına zəng edərək bildirib ki, ermənilər Həsəni güllələyiblər: "Şahbazı isə tutduqdan sonra gözünü çıxardıblar. Bizə çatan məlumatlara görə, Dilqəmi erməni MTN-i həmin mobil telefon vasitəsilə yerini müəyyənləşdirərək ələ keçirib. Çünki o Rusiya vətəndaşı olduğundan, Rusiyanın abonenti olduğu mobil operatorı vasitəsilə Azərbaycanla əlaqə saxlayıb".
Elxan Nəbiyev Dilqəmin Kəlbəcərə keçməzdən öncə onunla da əlaqə saxladığını bildirib: "Biz onunla planlaşdırmışdıq ki, avqustda doğma yurdumuza keçək. Amma bu dəfə o Permdən bir az gec gəlib. Mən isə Hacıkənd tərəfə gəlmişəm. Aşağı düşəndə gördüm Dilqəm mənə zəng edib. Təkrar onu arasam da zəng çatmadı. Öyrəndim ki, Şahbaz və Cəbrayıldan olan Həsənlə birgə o taya keçiblər. Bilirsiniz, indi hərə bir söz deyir. Amma Dilqəm ələ keçəsi oğlan deyildi. O, o tərəflərin torpaqlarını addım addım tanıyırdı. Bu birinci dəfə deyildi ki. 1999, 2001, 2002, 2004,2006, 2009-cu illərdə Dilqəm Kəlbəcərə, Şaplara gedib, sağ salamat da qayıdıb. Heç ələ keçəcəyini ağlına da gətirmirdi. Çox hünərli oğul idi Dilqəm. O deyirdi ki, öz torpağıma keçmək üçün düşməndən icazəmi almalıyam. Axı onu niyə qınayırlar? Uşaqlığımız onunla bir kənddə keçib. O torpaqların qoxusunu içinə çəkmək istəyirdi. Çox təəssüf ki, ehtiyatsız davranıb bu dəfə. Araq ələ verib onları. Yoxsa o ələ keçəsi oğul deyildi. Peşimanam ki, mən onunla getmədim ora. Kaş mən də gedəydim, qoymazdım onları fermadan araq götürüb içməyə".
E. Nəbiyev 2012-ci ilin yayında Dilqəmlə Ağdərəyə keçdiklərini, yolu- izi yoxladıqlarını da söylədi: "Mən özüm də bir dəfə təkcə o tərəfə keçmişəm. Amma nə yalan deyim, tək olduğum üçün gecəynən geri qayıtmışam. Dilqəmin başına ermənilər pul qoymuşdu".
E. Nəbiyev Dilqəmin iki övladı olduğunu, ailəsinin Şəmkirdə olduğunu bildirib: "Dilqəmin bir oğlu var, bir qızı. Hər ikisini evləndirib. Onların da Dilqəmin ələ keçməsindən xəbəri var".
Kəlbəcər rayon İcra Hakimiyyətindən də, onların Kəlbəcərə keçdikləri barədə məlumatlı olduqlarını söylədilər. Rayon icra başçısının birinci müavini Eldəniz Mehtiyev Movqe.az-a açıqlamasında bildirib ki, Dilqəm və Şahbazın dəfələrlə Kəlbəcərə getdikləri barədə onlara da məlumat daxil olub: "Amma biz onlardan Kəlbəcərə gedərkən yox, qayıdanda xəbər tutmuşuq. Biz onların vətən həsrətini anlayırıq. Amma gərək onlar da qarşı tərəfdə düşmən olduğunu anlayardılar. Təhlükəni başa düşərdilər. Azərbaycan hökumətinin Dilqəmin və Şahbazın azad edilməsi üçün əlindən gələni edəcəyinə əminik. Biz də onların yaxınları ilə tez-tez əlaqə saxlayırıq".
E. Mehtiyev Dilqəm Əhmədovun vətənini sevən, torpağına bağlı insan olduğu barədə məlumatlı olduğunu, bildirib. Onun sözlərinə görə, hətta Dilqəm bu il Kəlbəcərin işğalının ildönümündə, Bakıda tədbirə də qatıldığını bildirib.
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17