İki rayonun icra başçısı istefaya göndərilir
10:37 16-07-2014
CƏMİYYƏT
İki rayonun icra başçısı istefaya göndərilir
Hesablama Palatasının Masallı və Neftçalada apardığı yoxlamalardan sonra kadr dəyişikliyi olacaq
Son dövrlər Hesablama Palatasının aktivləşməsi birmənalı qarşılanmır. Büdcə vəsaitlərinin xərclənməsinə nəzarət missiyasını həyata keçirən və yoxlamalar apararaq qanun pozuntularını, mənimsəmələri üzə çıxararaq bu qurumun daha iri məmurları hədəfə alması diqqətçəkəndir.
Bir müddət öncəyə qədər kiçik şirkətlər, idarə və müəssisələri sıxışdırmaq imkanı olan Hesablama Palatası artıq icra başçılarını hədəfə alıb. Qeyd edək ki, Hesablama Palatası Masallı Rayon İcra Hakimiyyətinə ayrılmış dövlət vəsaitinin istifadəsinin auditini aparacaq. Məlumata görə, Hesablama Palatasının 2014-cü il iyul ayının 11-də keçirilən Kollegiya iclasında Neftçala Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri barədə Hesabat və Rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb. Kollegiyada, eyni zamanda, Masallı Rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsinə dair Audit proqramı müzakirə edilərək təsdiq olunub.
"Unikal"ın əldə etdiyi məlumata görə, Hesablama Palatasının bu iki rayonda aparacağı yoxlamanın arxasında ciddi məqamlar dayanır. Bu barədə bizi bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, bu yoxlama hər iki rayonun başçısının taleyini həll edəcək: "Bildiyiniz kimi, son dövrlər istefaya göndərilməsinə hazırılıq gedən məmurları Hesablama Palatasının əliylə yola salmaq taktikası gündəmdədir. Belə ki, hər hansı bir məmuru "vurmadan" öncə onun fəaliyyəti araşdırılır, baş verən qanunsuzluqlar, yeyinti və digər hallar ictimailəşdirilir. Daha sonra həmin məmur zərərsizləşdirilir. Əslində bu idarəetmə üsulu həddindən artıq cəzbedicidir. Çünki hər bir məmur vurulandan sonra topladığı kapital hesabına əks fəaliyyət apara bilir. Bu səbəbədən də onun nə dərəcədə korrupsioner və rüşvətxor olduğunu ictimaiyyətə göstərmək lazımdır ki, sabah ictimai rəydə hər hansı manipulyasiya edə bilməsin. Bu baxımdan, hesablama Palatasının yoxlamaları önəmlidir".
Müsahibimizin sözlərinə görə, Masallı və Neftçala rayonlarının icra başçılarının dəyişdirilməsi məsələsi gündəmdədir. Bu səbəbdən də Hesablama Palatasının məhz, bu iki rayonu eyni müddətdə yoxlamağa başlaması sıradan məsələ deyil: "Belə demək mümkündürsə, bu iki rayonun başçılarının qələmi qırılıb. Hesablama Palatası yoxlamaların nəticələrini elan edəndə artıq hər şey məlum olacaq. Çünki yoxlamalar o qədər detallı aparılacaq ki, rayonlarda baş verən bütün qanunsuzluqlar, mənimsəmələr, maxinasiyalar üzə çıxacaq. Ondan sonra bu icra başçılarının vəzifədə qalması müşkül məsələ olacaq".
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22