Ermənistan nəyə nail olur?
11:39 17-07-2014
CƏMİYYƏT
Ermənistan nəyə nail olur?
Məhəbbətdə olduğu kimi, müharibədə də aşkar heç nə yoxdur. Və nə qədər dərinə getsən, bir o qədər də mürəkkəbləşir. Təxminən Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da eyni sözləri demək mümkündür.
Burada yaranmış vəziyyət çaşdırıcıdır, axı bu, müharibə və sevgi əhvalatıdır.
Müharibə aşkar görünəndir və bütün baxışlar üçün açıqdır. Sevgi isə region sakinlərinin hal-hazırda erməni işğalı altında olan öz Vətənlərinə hiss etdikləridir.
İcazə verin, bir şeyi izah edim. Dünyada müəyyən qaydalar qüvvədədir və əgər onlar pozularsa, o zaman hadisələrin təbii axarı pozulacaq və Yer kürəsində xaos hökm sürəcək.
Anarxiyanın öz üstünlükləri olduğunu söyləməyə tələsənlərə bir misal göstərim. Mən uzun müddət Beyrutda, xaosun hökm sürdüyü cəmiyyətdə yaşamışam. Şahidlik edə bilərəm ki, dünyada bundan artıq qorxunc vəziyyət çətin ki, olsun...
Reallıqda, hətta müharibə şəraitində belə, müəyyən qaydalar mövcuddur. Mən, misal üçün, yol hərəkəti qaydalarından daha tez-tez pozulan Cenevrə konvensiyasını nəzərdə tutmuram. Əslində, söhbət hadisələrin təbii axarından gedir ki, bu zaman tərəflərdən biri çox diqqət cəlb etməməyə çalışır və əlindən gələni edir ki, dünya ictimaiyyəti münaqişə haqqında unutsun. Amma Ermənistan özünü belə aparmır.
Ermənistan Silahlı Qüvvələri Azərbaycanla atəşkəs rejimini pozaraq ölkənin Silahlı Qüvvələrinin mövqelərini gündə bir neçə dəfə atəşə tuturlar. Və ilin istənilən günü və istənilən saatı bu, belədir. Ermənilər Azərbaycana məxsus olan Dağlıq Qarabağı və ona bitişik əraziləri işğal ediblər. İşğal olunan torpaqların ümumi sahəsi Azərbaycan ərazilərinin 20 faizə yaxınını təşkil edir. Bakının öz torpaqlarını qaytarmaq niyyətində olması tamamilə aydındır.
Beləliklə, bu gün gündəlikdə bir məsələ sərt şəkildə durur: nə üçün Ermənistan etdiyini edir? Nə üçün erməni tərəfi günbəgün təmas xəttində təxribatlar törədir? Niyə o adi insanı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu kimi təqdim etməyə çalışır?
Dünyada 12 münaqişəni işıqlandırmaq təcrübəsinə və onların həlli sahəsində müəyyən bilgilərə malik olan analitikin fikrincə, bunun iki səbəbi ola bilər.
Birinci səbəb: Ermənistan rəhbərliyi və onun Silahlı Qüvvələri daxilində hansısa parçalanma, bəzi yüksək çinli məmurlar arasında fikirayrılıqları var. Ola bilər ki, belə vəziyyətdə qarşı duran tərəflərdən biri digər tərəfi müəyyən qərarların qəbuluna itələyərək ona mane olmağa çalışır.
İkinci səbəb: Ermənistan daim ciddi daxili problemlərlə üzləşir. Onlardan bəziləri siyasi xarakter daşıyır, lakin onlar, əsasən, iqtisadi və işsizlik kimi sosial problemlərdir. Ona görə də Ermənistan rəhbərliyi xalqın diqqətini ölkənin real problemlərindən yayındırmağa çalışır, bütün bədbəxtliklərin günahını qonşu Azərbaycanın üzərinə qoyaraq xalqı başqa məsələlərə yönəltməyə cəhd edir.
Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsini cəbhə xəttində deyil, danışıqlar masası arxasında həll etmək lazımdır.
Klod Salhani
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22