ABŞ-dan Azərbaycana jest
11:23 18-07-2014
İQTİSADİYYAT
ABŞ-dan Azərbaycana jest
Bu dəstəyə Azərbaycanın ehtiyacı yoxdur
Rusiya-ABŞ qarşıdurması get-gedə ciddiləşir və sözsüz ki, bundan regiondakı dövlətlər kimi Azərbaycan da ziyan çəkə bilər. Gəlin öncəliklə baş verən son siyasi gedişlərə baxaq və daha real mənzərəni görə bilək.Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya təcavüzünün qarşısının alınması barədə qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Qanun layihəsi Ukrayna, Gürcüstan və Moldovaya NATO üzvü olmadan da ABŞ-ın müttəfiqi statusu verilməsini nəzərdə tutur. Sənəd yekun oxunuşda qəbula hazırlanmaq üçün müvafiq komissiyaya göndərilib. Layihəyə əsasən ölkələrə NATO-ya üzv olmadan ABŞ-ın müttəfiqi statusu onların ABŞ-dan hərbi sistem və ya xidmətlər ala bilməsi üçün müəyyən meyarlar çərçivəsində veriləcək. Ukrayna, Gürcüstan və Moldovadan başqa, Azərbaycan, eləcə də Bosniya, Serbiya, Monteneqro, Makedoniya və Kosovo təhlükəsizliyin təmin olunması və ABŞ Silahlı Qüvvələri ilə qarşılıqlı əməkdaşlıq üçün ABŞ-dan kömək ala biləcəklər. Siyahıda Ermənistanın adı yoxdur.Sənəddə Ümumdünya Ticarət Təşkilatının üzvlərinə təcili təbii qaz ixracını təmin etmək üçün təbii qaz haqqında qanuna dəyişiklik edilməsi, Ukrayna, Gürcüstan və Moldovaya bu sahədə yardım göstərilməsi də əksini tapıb.Qanun layihəsi ABŞ-ın bütün federal idarə və qurumlarına Rusiya Federasiyasının Krım üzərində suverenliyinin tanınması istiqamətində hər hansı addım atmağı qadağan edir. Dövlət katibinə keçmiş sovet respublikalarında siyasi və qeyri-hökumət təşkilatlarını, demokratik institutları möhkəmləndirmək və təhsil-mədəniyyət sahəsində mübadiləni fəallaşdırmaq tövsiyə olunur.
"Əgər Vaşinqton Rusiya-ABŞ münasibətlərini korlamaq niyyətindədirsə, onda bu, onun vicdanına qalacaq". Bu bəyanatla da Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaları şərh edərkən çıxış edib. Rusiya XİN bildirib ki, rəsmi Moskva həmişə konstruktiv əməkdaşlığa açıq olub. Xarici siyasət idarəsi ABŞ-ın tətbiq etdiyi sanksiyaların qarşılığında tədbirlər görəcəyini də vurğulayıb: "Biz bununla bağlı cavab hüququnu gündəmdə saxlamışıq".
Rusiya XİN vurğulayıb ki, ABŞ-ın bu cür şantajlarına dözmək niyyətində deyil. Qeyd edək ki, ABŞ prezidenti Baraka Obama Rusiyaya qarşı sanksiyalar paketini təsdiq etdiyini bəyan edib. Onun sözlərinə görə, sanksiyalar Rusiya iqtisadi institutlarına və şirkətlərinə qarşı yönəlib.
Sanksiyalar Rusiyanın Ukraynada separatçılara dəstək verdiyinə görə tətbiq edilib. Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, sanksiyalar bumeranq effekti verəcək.Maraqlıdır, bu durumda Azərbaycan hansı addımları atmalıdır? Ekspertlər hesab edir ki, ABŞ-da hazırlanan bu sənəd əslində gözlənilən idi və əsas məqsəd Rusiyanı iqtisadi baxımdan tam çökdürməkdir. Azərbaycana gəldikdə isə ekspertlər hesab edir ki, Azərbaycanın da ABŞ-la açıq hərbi əməkdaşlığa cəlb edilməsi o qədər də prinsipial məsələ deyil. İlk növbədə ona görə ki, Azərbaycanın hərbi müstəvidə əməkdaşlıq prinsiplərində bir balans var və buna görə də heç bir vaxt hansısa problemlə üz-üzə qalmayıb. Məsələn, Azərbaycan ağır hərbi texnika almaq üçün daima Ukraynaya,Belorusiyaya və Rusiyaya üz tutub. Hava hücumundan müdafiə sistemi ilə bağlı, pilotsuz təyyarələrin alınması məsələsində isə İsraillə 2 milyard dollarlıq razılaşma əldə etmişdi. ABŞ-a gəldikdə isə bu ölkədən alınacaq elə də ciddi hərbi texnika yoxdur. Bu günə qədər isə ABŞ-la hərbi əməkdaşlıq əsasən Xəzər dənizində hərbi katerlərin alınması müstəvisində baş tutub. Bəs belə olan halda ABŞ-da hazırlanan bu sənəddə nəyə görə Azərbaycanın da adı çəkilib? Siyasi təhlilçilər hesab edir ki, ABŞ bununla nümayiş etdirir ki, hansı dövlətlərdə maraqları varsa onlarla əməkdaşlığı daha da dərinləşdirəcək. Ermənistana gəldikdə isə bu ölkə Gömrük İttifaqına üzv olandan sonra arxa plana salınıb. Məhz bu meyyarları nəzərə alan Azərbaycanın bundan sonra da kənarda qalmağa çalışacağı proqnozlaşdırılır. Çünki hazırda bölgədə ABŞ-Avropa-Rusiya üçlüyünün ciddi qarşıdurması davam edir və bu üçlükdən birinin açıq şəkildə müdafiə olunması, digər ikisi ilə üz-üzə gəlməklə tamamlanacaq. Bunu da unutmayaq ki, hazırda Rusiya Azərbaycana ciddi təzyiqlər göstərir və əsas məqsəd Azərbaycanı Gmürük İttifaqına cəlb etməkdir. Azərbaycanın xarici siyasətdə balanslı addımlar atması səbəbindən bu təzyiqlər daha radikal gedişlərlə əvəzlənmir.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17