Şok! ABŞ kəşfiyyatı "Boinq 777"-nin necə vurulduğunu açıqladı
10:15 24-07-2014
İQTİSADİYYAT
Şok! ABŞ kəşfiyyatı "Boinq 777"-nin necə vurulduğunu açıqladı
Dönən çarx: Putin sui-qəsdin qarşısını aldı, yaxud o, nəyi etiraf edir?
ABŞ xüsusi xidmət orqanları Malayziyaya məxsus "Boinq 777" təyyarəsinin Ukrayna separatçıları tərəfindən səhvən vurulduğunu düşünür.
ABŞ kəşfiyyat nümayəndələri apardıqları araşdırmanın nəticələrini açıqlayıblar. "Biz təyyarənin səhvən vurulduğunu düşünürük. Biz raketin kimin tərəfindən atıldığını dəqiq bilmirik, amma o da bəllidir ki, separatçıları bu raket kompleksi ilə ruslar təmin edib. Ondan istifadə qaydasını da ruslar öyrədib. Burda Rusiyanın birbaşa iştirakı haqda dəlillər azdır, amma düşünürük ki, Moskvanın separatçıları dəstəkləməsi buna şərait yaradıb",- deyə kəşfiyyatçılar bildirib. Qeyd ediblər ki, separatçılar Rostov yaxınlığındakı hərbi bazada təlimlər keçirlər.
Dünən o da məlum olub ki, ABŞ-ın Ukraynadakı səfirliyi "BUK" zenit-raket qurğusundan Malayziyaya məxsus "Boinq-777" təyyarəsinə buraxılan raketin uçuş trayektoriyasının sxemini dərc edib. "UNİAN"ın verdiyi xəbərə görə, bu barədə məlumat səfirliyin "Facebook"dakı səhifəsində dərc olunub. Belə ki, dərc olunmuş sxemə əsasən, ABŞ təyyarənin separatçıların nəzarəti altında olan Donbas ərazisindən "yer-hava" sinfinə aid olunan "BUK" zenit-raket qurğusundan vurulduğunu təsdiqləyib.
Bundan başqa, ABŞ Ukrayna ordusuna məxsus "BUK" raket sistemlərinin istifadə olunma ehtimalını tamamilə istisna edir: "Ukrayna ordusu da "BUK" sistemləri ilə təchiz olunub, lakin biz əminik ki, onların heç biri hadisə baş verən ərazidə olmayıb. Həmçinin, Ukrayna ordusu münaqişə başlayandan "yer-hava" sinfinə aid raket sistemlərindən bir dəfə də olsun istifadə etməyib. Lakin Kiyev Rusiyaya məxsus hava uçuş vasitələrinin dəfələrlə Ukraynanın hava məkanına daxil olması barədə şikayət edib", deyə məlumatda bildirilir.
Bu arada Rusiya prezidenti Vladimir Putinin srağagün Təhlükəsizlik Şurasının təcili iclasını çağırması Moskva üçün mənfi tendensiyaların başlanğıcı kimi qiymətləndirilir. Siyasi müşahidəçilər Ukrayna səmasında Malayziyanın "Boeing-777" təyyarəsinin vurulmasından sonra proseslərin Kremldə istənilməyən xətt üzrə inkişaf etdiyini dilə gətirirlər.
Rusiyanın məşhur politoloqlarından olan Stanislav Belkovski "Boeing-777" təyyarəsinin vurulmasından sonra Rusiya üçün tamamilə xoşagəlməz vəziyyətin yarandığını bildirib: "Putin artıq qalib gəlirdi. O hətta ABŞ və Avropa Birliyi arasında da münasibətləri pozmağı bacarmışdı. Amma "Boeing-777" hər şeyi dəyişdirdi. İndi hamı yenidən Putinə qarşıdır və onu təslim etməyə qərar verib. Ukrayna ordusu ölkənin şərqində şəhərləri bir-bir azad edir. Rusiyada artıq silahlı və "sözə baxmayan" döyüşçülərin tezliklə ölkəyə axışacağından danışır. Onların narazılığından çevriliş vaxtı istifadə edilə bilər", - deyə o bildirib.
Erməni ekspert Naira Ayrumyan hesab edir ki, Vladimir Putinin çağırdığı Təhlükəsizlik Şurası faktiki olaraq Qərbin sanksiyalarının təsir etdiyinin etiraf olunması idi: "Etiraf olundu ki, Rusiya iqtisadiyyatı xarici dünyadan həddindən artıq asılıdır. Amma əsas odur ki, Putin ölkədə kiminsə rəngli inqilabı həyata keçirməyə çalışdığını etiraf etdi. Təhlükəsizlik Şurasının başlanmasına qədər Rusiya KİV-i yazırdı ki, "müstəqillik və ərazi bütövlüyü" məsələlərinin müzakirə olunacağı iclasda ordunun Ukraynanın Şərqinə daxil edilməsi danışıla bilər. Ancaq Təhlükəsizlik Şurasının iclasından bir neçə saat əvvəl çox şeylər dəyişdi və iclasda tamamilə başqa sözlər səsləndi".
N. Ayrumyanın sözlərinə görə, Putin Rusiyanın ətrafındakı ilgəyin onun boynuna çox yaxınlaşdığını anlayıb: "Buna görə də o, xüsusi olaraq bildirdi ki, Rusiya rəngli inqilab cəhdlərinə yol verməyəcək. Rusiyada rəngli inqilabı kim etməyə hazırlaşır? Bəlkə, Putin bu dəfə sui-qəsd və çevriliş cəhdinin qarşısını almağı bacarıb?
Putin həm də anlayır ki, bu, sonuncu dəfə olmayacaq. Əbəs yerə deyil ki, Təhlükəsizlik Şurasının katibi Patruşev iclasdan sonra bildirdi ki, müxalifət Putinə qulaq asmalıdır. Hətta Putin müxalifətin xoşuna gəlməsə belə".
Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin bildirib ki, Putinin rəhbərlik etdiyi "Vahid Rusiya" Partiyasının siyasəti ölkə iqtisadiyyatını durğunluq həddinə gətirib çatdırıb. "Bunu adi gözlə də görmək mümkündür", - deyə sabiq nazir deyib.
İmperiyanı çökdürən
qəza: 30 il sonra nələr olacaq? - Məxfi
"Malayziya təyyarəsinin Ukrayna səmasında rusların dəstəklədiyi separatçılar tərəfindən vurulması Moskva üçün çətin vəziyyət yaratdı. Hansı ki Ukrayna böhranında Putin ABŞ-la Avropa Birliyinin arasına girərək mümkünsüz qələbəni qazanmağa yaxın idi. Məhz "Boinq 777"-nin vurulması istər Putinin onsuz da korlanan imicinin uçuruma yuvarlanması, istərsə də Rusiyanın müttəhim kürsüsünə çıxması baxımından əsas səbəb oldu. Bunu Rusiya imperiyasının, yaxud da imperiya iddialarının alt-üst olması ilə nəticələnəcəyini düşünənlər də var". Bunu isə publika.az saytı yazıb. Sayt buna oxşar hadisənin SSRİ imperiyasının süqutuna gətirib çıxartması haqda araşdırma aparıb. Söhbət 1983-cü ildə Rusiyanın uzaq şərqində Koreya təyyarəsinin vurulmasından gedir.
Həmin vaxt Cənubi Koreya aviaşirkətinə məxsus "Boeing-747" sərnişin təyyarəsi naviqasiya sistemində yaranan problemlər üzündən SSRİ-nin hava ərazisinə girməyə məcbur olub. Amma SSRİ-nin "Su-15" təyyarələri tərəfindən vurulub. Təyyarədəki 269 sərnişinin və ekipaj üzvlərinin hamısı həlak olub.
1980-ci illərin əvvəllərində SSRİ rəhbərliyi məxfi raport hazırlayır. Bu raporta münasibətdə ikitirəlik var idi: sərt xəttin tərəfdarları və "islahatçılar". İqtisadi dirçəlişin hansı istiqamətdə aparılmasını özündə ehtiva edən məxfi raport özünü doğrultmadı. Sonda "islahatçılar" qələbə qazandı və SSRİ dağıldı. Məlumatlar var ki, həmin məxfi raportda ABŞ-a qarşı yeni hərəkat da var imiş. Amma əksinə, SSRİ dağıldı. Onsuz da çat verən qırmızı imperiyanın süqutu Koreya təyyarəsinin vurulması ilə sürətləndi.
Bu tipli "qəzalar", təcrübəyə görə, fərqli reaksiya doğurur. Belə ki, böyük siyasətdən fərqli olaraq, belə hadisələrdə təyyarənin necə və niyə vurulduğu deyil, orda həlak olan insanların taleyi önə çıxır. Bu isə dünya ictimaiyyətinə siqnaldır. Bu baxımdan, eyni taleyi Rusiya yaşaya bilər.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17