Deputatdan Şeyxülislama qarşı sərt ittiham
11:42 26-07-2014
İQTİSADİYYAT
Deputatdan Şeyxülislama qarşı sərt ittiham
Fazil Qəzənfəroğlu QMİ rəhbərini İrana işləməkdə ittiham etdi
Ramazan bayramı başlayan kimi ölkədə dini təriqətlər arasında gərginlik də artdı və hədəfə QMİ-in rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə oldu. Belə ki, Şeyx Ramazan bayramının başlanmasını və tamamlanmasını başqa qrafiklə, əsasən Türkiyənin təsirində olan, həmçinin sünnilər isə başqa qrafiklə keçirtməyi təklif etdilər.
Sözsüz ki, sonda Şeyxin dediyi oldu. Amma deyəsən rəqibləri onu bağışlamaq niyyətində deyillər və millət vəkili Fazil Qəzənfəroğlunun son ittihamı çox sərt oldu, hətta QMİ rəhbərini İrana işləməkdə günahlandırdı. "Dünyanın hər yerində Bayram namazı 28 iyuldadır. Yalnız İranda və Azərbaycanda 29 iyulda təyin olunub. Deyəsən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fətvası QUM saatına baxılaraq yazılıb, Şamaxı Rəsədxanasının teleskoplarının da gözünü QUM tutub". Bunu özünün facebook səhifəsində deputat Fazil Mustafa yazıb.
O bildirib ki, Cənubi Azərbaycanla yanaşı, Şimali Azərbaycan da İran dininin mənəvi müstəmləkəsi olaraq qalır. "Nəinki Güneyimiz, elə Quzeyimiz də hələ ki, İran Dininin mənəvi müstəmləkəsi olaraq qalır. Kim istəyirsə, gedib öz namazını İran ayətullalarının arxasında qılsın. Müstəqil bir dövlətin İranın kopyaçısına çevrilməyi utancverici bir haldır.",-deyə F. Mustafa etiraz edib. Bunu da qeyd edək ki, bir müddət öncə vəhhabilərdə Şeyxi İranla işbirliyində ittiham etmişdilər. Müşahidəçilər hesab edir ki, Şeyxə qarşı radikallığın bu qədər artması onun nüfuzuna ciddi zərbə olacaq.
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20