Tükənmiş Sarksyanın girov oyunu
11:44 26-07-2014
İQTİSADİYYAT
Tükənmiş Sarksyanın girov oyunu
Müdafiə naziri öz ordusuna inanmır
Serj Sarksyan düşdüyü durumdan çıxmaq üçün yollar axtarır. Belə ki, onun Dağlıq Qarabağ probleminin həllində küncə qısılması,Fransa kimi bir müttəfiq ölkənin Ermənistanın maraqlarına cavab verən addım atmaması durumu daha da ağırlaşdırıb. Artıq Ermənistanda belə fikir formalaşıb ki, Serj Sarksyan tam olaraq Azərbaycan qarşısında təslimçi duruma düşüb və bununla da Qarabağı itirəcək. Həmçinin artıq erməni lobbisi də Qarabağ məsələsində Serj Sarksyana artıq inanmırlar. Başqa maraqlı bir problem isə Ermənistanın Avrasiya İttifaqına qoşulması ilə bağlıdır.
Erməni cəmiyyəti hesab edir ki, Ermənistan bu ittifaqa qoşulmaqla bir dəfəlik müstəqilliyini Rusiyaya təhvil verəcək. Onsuzda hazırda Ermənistan iqtisadiyyatının , sənaye müəssisələrinin 90 faizi Rusiyanın əlindədir. Bütün bu faktorlar isə nəticədə Serj Sarksyanı çıxılmaz duruma salıb və buna görə cəmiyyəti inandırmaq üçün yeni yollar axtarır. Elə onun son açıqlamaları da buna misal ola bilər. Belə ki, Ermənistan prezidenti Serj Sərkisyan İctimai Şura üzvləri ilə görüşdə ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərə toxunub. Serj Sərkisyan Ermənistanın Avrasiya İttifaqına girəcəyi təqdirdə ölkənin təhlükəsizliyinin təmin olunacağını vurğulayıb.Onun sözlərinə görə rəsmi İrəvan Avrasiya İttifaqına girərsə, Ermənistanın sərhəd zonalarının müdafiəsi problemləri, mədənçıxarma sənayesində, ekologiya sahəsindəki təhlükəsizlikdən tutmuş, ölkədəki digər çatışmazlıqlar həll oluna bilər.
Ermənistanın dövlət başçısı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni hərbi birləşmələri tərəfindən girov götürülməsindən sonra ölkənin müdafiə naziri Seyran Ohanyanın işğal edilmiş Azərbaycan torpaqlarında yaşayan erməni əhalisinin silahlandırılması ilə bağlı təklifinə də toxunub. Sərkisyan bildirib ki, belə bir addım atmağa ehtiyac yoxdur: "Sərhəd bölgələrində Ermənistan silahlı qüvvələri rayon sakinlərinin təhlükəsizliyini qoruyur".Başqa gülməli açıqlama isə Ermənistanın hərb nazirindən gəlib."Ermənistan son illər antidiversiya tədbirləri çərçivəsində sərhəd bölgələrdə yeni avadanlıqlar qurub".Bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib. S. Ohanyanın sözlərinə görə, mühəndis qurğuları və onlara inteqrasiya olunan sistemlər diversiya nüfuzetməsinin qarşısını almağa imkan verir. Bu qurğular ön xətdə müəyyən ərazilərdə qurulub.
Müdafiə naziri hazırda yeni qurğuların sınaqdan keçirildiyini vurğulayıb. O, xüsusilə İT texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərlə aktiv əməkdaşlıq etdiklərini bildirib.
Ermənistan İnformasiya Texnologiyaları Müəssisələri İttifaqının icraçı direktoru Karen Vardanyan isə Ohanyanın səsləndirdiyi fikirlərlə razılaşmayıb. Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin İT sferasında çalışan şirkətlərlə əməkdaşlığını istənilən səviyyədə deyil.
Burda maraqlı məqam Ermənistanın ordu gücü ilə bağlı verilən açıqlamalardır. Nəyə görə? İlk növbədə bu səbəbdən ki, müdafiə naziri Ohanyan təklif edir ki, əhalini silahlandıraq. Bu isə adətən o zaman baş verir ki, həmin ölkənin ordusu çox zəif olur və vətəndaşlar özləri-özlərini qorumaq zorunda qalırlar. Belə olan halda Ermənistan ordusunun gücündən necə danışmaq olar. Digər tərəfdən bildirilir ki, müasir texnikalarla təhciz olunublar. Bəs onda nəyə görə nazir eyni zamanda təklif edir ki, əraziləri minalamaqla prosesləri nəzarətdə saxlayaq? Buda təsdiq edir ki, Ermənsitan ordusunun durumu ağır vəziyyətdədir. Sonda bunu da qeyd edək ki, Ermənistan tərəfinin iki azərbaycanlını girov saxlaması, işgəncələr verərək onların kəşfiyyatçı olduqlarını bəyanlaması da sırf daxili auditoriyaya hesablanıb. Yəni Ermənistan rəhbərliyi bununla erməni toplumuna göstərir ki, bu hakimiyyət olmasa azərbaycanlılar daşı-daş üstündə qoymaz. Xatırlayırsınızsa iki azərbaycanlının girov götürülməsi zamanı Ermənistanın Vardenis rayonunda bir ajiotaj yaradıldı və əhali panikaya salındı. Bunu ona görə edirdilər ki, iki mülkü şəxsi sonra hərbçi kimi gündəmə gətirsinlər və əhali arasında bir azərbaycanlı qorxusu formalaşdırmaqla Sarksyan hakimiyyətinin effektliliyini nümayiş etdirsinlər.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17