HƏMAS-dan tarixi qərar: İsrailə 115 raket endiriləcək
11:45 26-07-2014
İQTİSADİYYAT
HƏMAS-dan tarixi qərar: İsrailə 115 raket endiriləcək
İsrailin Təhlükəsizlik Şurasında isə Qəzzada atəşkəsin mümkünlüyü nəzərdən keçirildi
İslam Cihad Hərəkatının hərbi qanadı olan Qüds Səriyyələri İsrailin bombardmanının qarşısını almaq üçün hərbi əməliyyata başlamağa hazırlaşdığını bəyan edib.
axar.az-ın "Anadolu" agentliyinə istinadən məlumatına görə, günlərdir bombalanan Qəzzanın qisasının alınması üçün hərəkat üzvləri paytaxt Təl-Əviv də daxil olmaqla İsrailin bir neçə şəhər və qəsəbələrini hədəfə götürüb, həmin məkanlara qarşı 115 raket qurğusundan istifadə olunacağını açıqlayıb.
"HƏMAS" həmçinin Qərbi Şeria bölgəsindəki tərəfdarlarını İsrailə qarşı mübarizəyə çağırıb. Təşkilatın sözçüsü Fevzi Berhum yazılı açıqlamasında bildirib ki, Qərbi Şeriadakı xalqımızı Qəzzada həqiqi zəfər əldə etmək üçün kütləvi olaraq ayağa qalxmağa və İsrail düşmənlə hər cür savaşmağa çağırırıq.
Qeyd edək ki, bu bölgə İsraillə sərhəddə yerləşir.
Bundan əvvəl Qəzzaya dəstək məqsədilə "48 minlik yürüş" şüarı ilə Ramallahdan Qüdsə getmək istəyən minlərlə fələstinli Kalendiyada İsrail əsgərləri ilə qarşılaşıb və atışma baş verib.
İsrail əsgərlərinin etirazçıları dağıtmaq üçün həqiqi və plastik mərmi, gözyaşardıcı qaz bombası və təzyiqli sudan istifadə etməsi nəticəsində 2 fələstinli həlak olub, 5-i ağır olmaqla 200 nəfər yaralanıb.
Qərbi Şeriada itən 3 yəhudinin 18 gün sonra ölüsünün tapılmasının ardından fələstinli gənc Muhamməd Əbu Hudayr qaçırılıb və yandırılaraq öldürülüb.
İsrail bu hadisələrdən sonra "Qoruyucu xətt" adı altında Qəzzaya havadan və qurudan hücumlara başlayıb. Hücumlar nəticəsində 805 nəfərin öldürüldüyü, 5 mindən artıq fələstinlinin yaralandığı deyilir.
İsrail atəşkəsə
hazırdırmı?
Bu arada İsrail Təhlükəsizlik Şurasında Qəzzada atəşkəsin tətbiqinin mümkünlüyü müzakirə edilib.
İsrailin müdafiə nazirliyinin rəsmisi bildirib ki, Təhlükəsizlik Şurasında Qəzzada 8 günlük yerüstü əməliyyatın genişləndirilməsi məsələsi də nəzərdən keçirilib.
Müşavirə bağlı qapılar arxasında keçirilib. Baş nazirin katibliyindən müşavirə ilə bağlı heç bir şərh verilməyib.
İsrail HƏMAS-la
danışıqlar aparmayacaq
İsrail İslam təşkilatı olan HƏMAS-la danışıqlar aparmaq niyyətində deyil. Bu barədə isə İsrailin Rusiya Federasiyasındakı səfiri Olqa Slov bildirib. "HƏMAS" terror təşkilatıdır, onunla danışqılar aparmaq mümkün deyil" -deyə, Slov bildirib.
Akademik axmaqlıq:
"Fələstinli qadınlara
təcavüz olunsun"
Yerli radioların birində verilişdə çıxış edən İsrailin Bar İlan Universitetinin akademiki Mordeçay Kedar şok açıqlama verib.
Kedar verdiyi açıqlamasında İsrail əsgərlərinə HƏMAS-la mübarizə aparmaq üçün onların qadınlarına təcavüz etməyi məsləhət görüb. "Günahsız uşaqları öldürən terrorçuların qarşısını ala biləcək yeganə vasitə onların qızları və ya analarına təcavüz etməkdir. Təcavüz bir kamikadzeni keçirəcəyi aksiyadan çəkindirib evinə geri göndərən yeganə vasitədir. Terrorçu bilməlidir ki, aksiya keçirəcəyi təqdirdə bacısı və anasına təcavüz olunacaq. Yalnız o halda evinə qayıdar, onların namusunu qoruyar", - deyə akademik bildirib.
İsrail məhsullarının
boykotu ölkə
iqtisadiyyatını zəiflətdi
Qəzza ilə bağlı İsrailə qarşı qadağalar ölkənin iqtisadiyyatında özünü biruzə verməyə başlayıb.
Xarici mətbuat bildirir ki, ölkədə turizm gəlirləri 30-40 faiz arasında düşərək, 500 milyon avro zərərə səbəb olub. Bir çox hava yolu şirkətinin təhlükə səbəbiylə İsrail səfərlərini ləğv etməsi turizm sektorunun zərərini daha da artırıb.
İsrailin Hotelçilər Dərnəyi bu il İsrail hotellərində doluluq nisbətinin 30 faiz olduğunu, qarşıdurmaların olmadığı illərdə isə bu rəqəmin 70-80 faizə çatdığını açıqlayıb: "Ölkədə ilin üçüncü rübündə turistlərin sayının 35 faiz də azalacağı təxmin edilir. İsrail hava yolları şirkəti Əl Alın gəlirinin isə 50 milyon dollar düşəcəyi deyilir.
İsrail və Amerika məhsullarına qarşı boykotun davam etməsi İsrail şirkətlərinin səhmlərinin dəyərində enişə səbəb olub. Xüsusilə "Coca Cola" və "Mc Donalds"ın səhmlərində 3 faiz eniş baş verib.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17