Azərbaycanda gizli erməni şəbəkəsi
10:34 01-08-2014
İQTİSADİYYAT
Azərbaycanda gizli erməni şəbəkəsi
Casusların XAÇ ANASI Leyla Yunus ifşa olundu
Azərbaycanda erməni kəşfiyyatı ilə əməkdaşlıq edən və Azərbaycana zərbə vurmağa çalışan şəbəkə artıq ifşa olunmaqdadır. Həmçinin bu şəbəkə ermənilərdən yox, elə azərbaycanlılardan təşkil olunub və hazırda ifşa olunanlar kifayət qədər cəmiyyətdə tanınmış və ətraflarına müəyyən baza yığa bilən şəxslərdir.
Bu şəbəkənin ilk qığılcımı olaraq jurnalist Rauf Mirqədirov tanınaraq, həbs olunsa da, aydın oldu ki, o sadəcə olaraq bu şəbəkənin ələ aldığı sıradan funksionerlərdən biridir. Əslində isə şəbəkənin kökü çox dərindir və aydın olur ki, hələ Rauf Mirqədirov kimi ələ alınan çox şəxslər ortaya çıxarılacaq. İndilikdə isə şəbəkənin XAÇ ANASI Leyla Yunus həbsə alınıb. Gəlin öncəliklə onun həbsi ilə bağlı Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin rəsmi açıqlamasından bəzi məqamlara diqqət ayıraq. Açıqlamada bildirilir:" Yunusova Leyla İslam qızı Azərbaycanın təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu, hüquqi qeydiyyatı olmayan "Sülh və Demokratiya İnstitutu" adlı qurumla Şahnazaryan David Qurgenoviç, Baqdasaryan Laura Seyranovna və digərləri ilə birlikdə Ermənistanın "Region" Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında "xalq diplomatiyası" üzrə birgə layihələrin həyata keçirilməsi adı altında beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, eləcə də Karen Ohancanyan tərəfindən Böyük Britaniyadakı bankdan 2002-ci ildə, Ermənistanda fəaliyyət göstərən "Jurnalist Araşdırmaları" qeyri-hökumət təşkilatı tərəfindən isə Yerevan şəhərindəki bankdan 2004-cü ilin iyulundan 2005-ci ilin mayınadək olan müddətdə rəhbərlik etdiyi qurumun şöbə müdiri olan, əri Yunusov Arif Seyfulla oğlunun Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarındakı hesablarına köçürülmüş külli miqdarda pul vəsaitləri müqabilində, maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün şəxsi keyfiyyətlərini araşdırıb maddi vəziyyətlərini yaxşılaşdırmaq niyyətlərinə əmin olaraq Mirqədirov Rauf Həbibulla oğlunun dəfələrlə Gürcüstan Respublikasının ərazisindən Ermənistan Respublikasına səfərlərini Arif Yunusov ilə birlikdə təşkil edib. Həmin səfərlərin bir qismində Arif Yunusov da Rauf Mirqədirov ilə birlikdə iştirak edərək Ermənistan Respublikasının sabiq milli təhlükəsizlik naziri David Şahnazaryan və xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən digər qurumların nümayəndələri ilə görüşlər keçiriblər.
Eyni zamanda, Leyla və Arif Yunusovlar Azərbaycan Respublikasının hələlik adları açıqlanmayan ayrı-ayrı vətəndaşlarını da məxfi əməkdaşlığa cəlb edilmələri üçün Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələndirərək, Azərbaycan Respublikasına qarşı istifadə məqsədilə ictimai-siyasi, sənaye, energetika, hərbi texniki təchizat sahələrində mövcud vəziyyət barədə məlumatlar toplanılması, işğal altındakı torpaqlarımızın azad edilməsi müqabilində Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyinin tanınmasının zəruriliyinin təbliğ edilməsi barədə onlara konkret tapşırıqlar verilməsi ilə üzərinə düşən vəzifəni başa çatdırıblar. Bunun nəticəsində Rauf Mirqədirov tərəfindən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillər ilə birlikdə düşmən ölkənin kəşfiyyat orqanlarının nümayəndələrinə ötürülməsinə nail olublar". Açıqlamada həmçinin Leyla Yunusun milyonlarla manat həcmində qrant aldığı, pul yumalarla məşğul olduğu da əksini tapıb. Amma bu açıqlamada xüsusi olaraq diqqəti çəkən məqam budur ki, Leyla Yunusun qurduğu şəbəkədə yalnız həyat yoldaşı Arif Yunusla, Rauf Mirqədirov olmayıb. Həmçinin istintaqın gedişinə görə adları çəkilməyən digər şəxslər də iştirakçı olublar. Bunu da qeyd edək ki, Leyla Yunus bu illər ərzində bir sıra QHT rəhbərlərini də özündən aslı duruma salmışdı və kimlər onun şərtləri ilə işləmək istəmirdisə anındaca beynəlxalq təşkilatların ayırdığı qrantlardan məhrum olurdular. Deməli milyonlarla manat qrantlardan məhrum olmaq istəməyən bəzi QHT rəhbərləri də bu yolla Leyla Yunusun qarmağına tuş gəliblər. Elə QHT rəhbəri Mətanət Əzizovanın da Rauf Mirqədirov həbs olunan kimi, heç bir ittiham irəli sürülmədən ölkədən qaçması da sübut edir ki, o da bu şəbəkədə təmsil olunub və ilk fürsətdə ölkədən qaçdı. Bütün bunları nəzərə alaraq hesab etmək olar ki, cəmiyyət də bu məsələyə həssas yanaşmalı və bu şəbəkənin ifşasında dəstəkçi olmalıdırlar. Sonda isə gülməli bir məqama toxunmaq istərdik. Artıq iki həftədən çoxdur ki, iki azərbaycanlı ermənilər tərəfindən girov götürülüb və müxalifyönlü siyasi partiyalar, QHT-lər dermək olar ki, bununla bağlı bir dəfə də olsa səslərini çıxartmayıblar. Amma erməni şəbəkəsinin XAÇ ANASI həbs olunan kimi bəyanatlar sıralanmağa başladı. Bu haqda da düşünməyə ciddi ehtiyac var.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17