Müsavatda əlbəyaxa dava olub
10:36 01-08-2014
İQTİSADİYYAT
Müsavatda əlbəyaxa dava olub
Partiya funksionerləri İsa Qəmbərin kabinetinin qarşısında yumruq savaşına çıxıblar
Müsavat Partiyasında qurultayqabağı vəziyyət yenidən gərginləşib. Başqanlığa iddialılar arasında yaranan soyuq müharibə yenidən alovlanıb. Son günlər partiya üzvləri sosial şəbəkələrdə və mətbuat səhifələrində bir-birlərini ittiham edərək yeni başqanın kim olacağı haqda qara-qara düşünürlər.
Müsavatın Divan üzvü Tural Abbaslı partiya başqanının müşaviri Səxavət Əlisoyun ittihamlarına cavab verib. T.Abbaslı S.Əlisoyun qurultay məsələsini ortaya atmaqla özünü reklam etdiyini deyib. "Səxavət Əlisoyun fikirləri ilə bağlı deyə bilərəm ki, o da namizədlərdən biridir. Bu, onun fikirləridir, onun strateji yanaşma tərzidir, özünü təqdimat formasıdır, bəlkə o formada özünə səs yığmaq istəyir. S.Soltanlı narahat olmasın, Müsavatın 600-ə yaxın qurultay nümayəndəsi var. Qurultay nümayəndələri kimə səs versələr, kimi dəstəkləsələr, o da başqan olacaq".
T.Abbaslı həmçinin partiyadaxili çəkişmələrdən söz açıb: "Mən deməzdim bu qarşıdurmadır. Sadəcə rəqabət var. Siyasi çəkişmə var və bu, olacaq da. Bu təbiidir. Məncə hər şey normal gedir. Yaxşı bir zal ala bilsək, qurultay keçirsək hamı görəcək ki, Müsavat var". T.Abbaslı həmçinin, Müsavat başqanı olmaq istəyənlərə mesaj yollayaraq özünün hamıdan güclü rəqib olduğunu diqqətə çatdırıb."Mən özümü başqan görürəm. Əgər özümdən daha artıq, daha lazımlı, faydalı kimisə görsəydim, namizədliyimi verməzdim. Təbii ki, eyni düşüncədə digər namizədlər də ola bilər. Hərənin özünə görə arqumenti var. Mən də bugünki siyasi reallığa əsasən bu addımı atmışam. Müsavat partiyasının başqanı olmaq hansısa imtiyazlara sahib olmaq demək deyil. Qurultay nümayəndələrinin iradəsi kimdən yana olacaqsa, biz müsavatçıyıq, şəxslərə görə yox, ideyaya görə birləşmişik, fəaliyyətimizi davam etdirəcəyik". - deyə əlavə edib.
Qeyd edək ki, Müsavat Partiyasının qurultayının sentyabrda keçiriləcəyi barədə açıqlama yayılandan sonra partiyadaxili ittihamlar yayılıb. İyulun 25-də Müsavat Partiyasının üzvü Səxavət Əlisoyun Facebook-da "Müsavat başqanı kim olacaq?" başlıqlı paylaşımı müzakirə mövzusuna çevrilib, müsavatçılar arasında mübahisə doğurub.
S.Əlisoy yazıb: "Bu gün Azərbaycan siyasi mühitində ən maraq doğuran sual budur. Biriləri özünü artıq başqan hesab edir və vəzifə bölgüsü aparır, bəzilərini dostları başqan görür, elələri də var ki, 5-6 min km-dən ismarış-ultimatum yollayır ki, filankəsdən savayı kimsə başqan postunda otura bilməz. Siyasi səriştəni və təcrübəni kriteriya kimi vurğulayanlar var, "filankəs"in bu posta daha çox yaraşdığını iddia edənlər var, "behmənkəs"in başqan olduğu təqdirdə partiyanın ağ günə çıxacağını deyənlər var, siyasi koridorlarda çox şeylər danışanlar var. Bütün bunların hamısı normaldır, nədən ki, hər kəsin danışmaq, düşündüklərini izhar etmək haqqı var".
"Unikal"ın əldə etdiyi məlumata görə, sentyabrın 17-nə təyin olunan qurultay mütləq ertələnəcək. Çünki başqan İsa Qənmbər yaxşı anlayır ki, qurultaya bu münasibətlər müstəvisində getsələr, biabırçı vəziyyət yarana bilər. Çünki hazırda başqanlığa iddialılar arasında yaranmış gərginlik daha açıq müstəviyə keçə bilər. Hətta əlbəyaxa davanın olması da mümkündür. Çünki bu günlərdə Müsavat Partiyasının iclasından sonra funksionerlər arasında əlbəyaxa dava olmuşdu. İkram İsrafilin məlum mövqeyindən sonra başqanın müşaviri Səxavət Əlisoyla onun arasında gərginlik yaranmışdı. Tərəflər bir-birlərinin üzərinə yeriyərək yumruqlaşıblar. Amma ətrafdakıların müdaxiləsindən sonra ara sakitləşib. Onu da qeyd edək ki, sözügedən dava İsa Qəmbərin kabinetinin qarşısında baş verib.
Məhz bu hadisədən sonra Müsavat başqanı iddialıların tamamilə sakitləşməyəcəyinə qədər qurultayın keçirilməsinin zərərli olduğunu bildirib. Ona görə də yenidən ali tədbirin təxirə salınması üçün əsaslı bəhanə axtarır.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53