Rəsmi Bakı cəbhə xəttindəki gərginlik zamanı KİV-lərin davranışına münasibət bildirdi
10:56 06-08-2014
CƏMİYYƏT
Rəsmi Bakı cəbhə xəttindəki gərginlik zamanı KİV-lərin davranışına münasibət bildirdi
"Nəzərə almaq lazımdır ki, Müdafiə Nazirliyi qapalı qurumdur. Hərbi əməliyyatlar, cəbhə xəttindəki insidentlər və digər bu tipli hadisələrlə bağlı informasiyaların ölkə ictimaiyyətinə doğru-dürüst çatdırılması da böyük məsuliyyət tələb edən məsələdir".
Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov cəbhə xəttində son gərginlik zamanı bəzi KİV-lərin qeyri-adekvat davranışına münasibət bildirərkən deyib.
Ə.Həsənov qeyd edib ki, erməni təxribat qrupları dövlət sərhədi və cəbhə boyu müxtəlif istiqamətlərdə Azərbaycan ordusunun mövqelərinə total basqın ediblər: "Təbii ki, bütün informasiyaların toplanması, sistemləşdirilməsi, təhlil edilməsi və müvafiq ictimai yükü olan məlumatın hazırlanmasına zaman lazımdır. Buna görə də informasiyanın ləngidilməsi və qeyri-operativliklə bağlı mülahizələri əsaslı hesab etmirəm".
PA rəsmisi hesab edir ki, qlobal şəbəkənin mövcud olduğu, informasiyanın transmilli xarakter daşıdığı müasir dövrdə milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etmək medianın ən mühüm funksiyalarından biridir.
Ə.Həsənovun sözlərinə görə, belə şəraitdə tanınan, ictimai rəyə real təsir imkanlarına malik KİV-lər xüsusi həssaslıq nümayiş etdirərək lokomotivə çevrilməli, cəmiyyətin obyektiv və operativ informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmağı bacarmalıdırlar: "Azərbaycan mediası, jurnalistlərimiz daim vətənpərvərlik mövqeyindən çıxış etməli, milli dövlətçiliyə sədaqətin, milli maraqlar uğrunda prinsipiallığın rəmzi olduqlarını heç zaman unutmamalıdırlar. Ümid edirəm ki, Azərbaycan jurnalistikası öz şərəfli tarixi ənənəsinə sadiq qalaraq, bütün dövrlərdə olduğu kimi, bundan sonra da Azərbaycan xalqına və dövlətçiliyinə xidmət missiyasını ləyaqətlə davam etdirəcəkdir".
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22