Milli Şura indi də partnyorlarını şərləyir
11:26 07-08-2014
CƏMİYYƏT
Milli Şura indi də partnyorlarını şərləyir
Sessiyasını keçirməyə yer tapa bilməyən şura rəhbərliyi indi də şantaja keçib
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Milli Şuraya yer verməməsinə aydınlıq gətirib.
Xatırladaq ki, hüquq müdafiəçisi Leyla Yunusun həbsi ilə əlaqədar Sülh və Demokratiya İnstitutunun ofisində keçirilən tədbirdə AXCP sədri Əli Kərimli sözügedən ofisdə toplaşmağın təsadüfi olmadığını, demokratik təşkilat olan RATİ-nin Milli Şuraya tədbir keçirmək üçün yer vermədiyini bəyan edib.
RATİ-nin direktoru Emin Hüseynov isə məsələ ilə bağlı bildirib ki, ofisdə təmir işləri ilə əlaqədar avqustun 1-də Milli Şuraya yer verilməyib: "İyulun 31-də sabah üçün tədbir keçirmək məqsədilə müraciət etdilər və bildirdik ki, bu, mümkün deyil. Çünki onlar istədiyi gün bizim ofisdə təmir işləri nəzərdə tutulurdu. Bəzi problemlər vardı. Ancaq görünür ki, onlar məni düzgün anlamayıblar. Eyni zamanda mən onlara bildirdim ki, ayın 31-i mümkündür, ancaq gələn həftə üçün yox. Onlar da dedi ki, biz çatdıra bilmərik. Qaldı ki, Əli Kərimlinin dediklərinə, o, şəxsən mənə yer üçün müraciət etməyib".
E.Hüseynov qeyd edib ki, 10-15 gün ərzində RATİ-də tədbir keçirilməyəcək. Onun sözlərinə görə, ofis həm də icarə haqqını ödəyə bilmir: "Biz ofis sahibinə bildirmişik ki, müvəqqəti çətinliklər aradan qalxmayana kimi, biz icarə haqqını ödəyə bilməyəcəyik. Çünki bir çox QHT-nin bank hesabı dondurulub. Bizim vəsaitimiz olmayacaqsa, ofisdən çıxarıla da bilərik".
"Unikal"ın məlumatına görə, artıq Milli Şura rəhbərliyinin başqa yolu yoxdur. Uzun müddətdir sessiyanı keçirə bilməməkləri yeni üsullara əl atmağa sövq edib. Məlum olduğu kimi, Klassik Xalq Cəbhəsi Partiyası ilə münasibətlər korlanandan sonra Milli Şuranın KXCP-nin ofisində tədbir keçirməsi mümkün olmadı. Ona görə də indi bir sıra QHT-lərə müraciət etmək məcburiyyətində qalıblar. AXCP sədri Əli Kərimlinin RATİ-ni suçlaması da buna əyani sübutdur. Amma Emin Hüseynlinin də açıqlamasından göründüyü kimi, ortada hər hansı bir problem yoxdur. Sadəcə olaraq, çörəyi dizinin üstündə olan Milli Şura rəhbərləri partnyorlarına qarşı belə bir mövqe tuturlar. İllərdir onlara dəstək verən bir QHT-ni bu şəkildə şərləməyinin isə sadəcə bir adı var- etibarsızlıq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33