AMİP lideri: "Azərbaycan Ordusu müharibəyə hazırdır, biz də dövlət və millət olaraq buna hazır olmalıyıq"
11:27 07-08-2014
CƏMİYYƏT
AMİP lideri: "Azərbaycan Ordusu müharibəyə hazırdır, biz də dövlət və millət olaraq buna hazır olmalıyıq"
"Atəşkəs hələ müharibənin bitməsi deyil. Atəşkəs rejimi istənilən halda pozula bilər və bu dəfələrlə baş verib. Sadəcə olaraq bu dəfə 1994-cü ildən bu yana daha ciddi atəşkəs pozuntusu ilə rastlaşdıq. Erməni təxribatı nəticəsində cəbhədə vəziyyət dəyişib. Amma atəşkəsin davam etməsi heç də o demək deyil ki, hərbi əməliyyatların genişləndirilməsi, daha doğrusu, müharibənin baş verməsi mümkün deyil. Bu, hər an ola bilər. Azərbaycan Ordusu müharibəyə hazırdır. Bizdə dövlət və millət olaraq buna hazır olmalıyıq".
Bunu Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov cəbhədə baş verən son toqquşmaları, Azərbaycan Ordusunun addımlarını şərh edərkən deyib.
AMİP lideri söyləyib ki, Azərbaycan Ordusu son günlər öz üzərinə düşəni edib: "Ordunun fəaliyyətini müzakirə etmək heç də yaxşı hal deyil. Biz ordunu ancaq müdafiə etməli, ona dəstək verməliyik, bizdən asılı olan hər şeyi etməliyik.Qalan məsələləri hərbçilərin özləri yaxşı bilirlər. Onlar peşəkardırlar və komandanlıqları var. Hər hansı kiçik uğursuzluqdan da, uğurdan da nəticə çıxarmağı bacarırlar. Bizim vəzifəmiz onlara dəstək vermək, ruhlandırmaqdır".
Etibar Məmmədov hazırda Azərbaycan cəmiyyətinin milli orduya güvəndiyini vurğulayıb: "Hesab edirəm ki, son hadisələr zamanı cəmiyyət ordunu müdafiə etdi, millət bir yumruq olaraq birləşmək qabiliyyətini bu günlərdə bir daha göstərdi. Bu da sevindirici haldır".
Etibar Məmmədov deyib ki, atəşkəsin pozulmasında kənar müdaxilələr həmişə var, olub və bundan sonra da olacaq: "Bunu da nəzərə almaq lazımdır".
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33