Mirdamət Sadıqovdan sərt açıqlama
18:21 07-08-2014
İQTİSADİYYAT
Mirdamət Sadıqovdan sərt açıqlama
Eldar Sultanov:" İsmayıllı rayon icra hakimiyyətində, həmçinin İsmayıllı rayonunun heç bir təşkilatında yoxlama aparılmır və yazılanlar həqiqəti əks etdirmir".
Bu günlərdə bəzi saytlarda İsmayıllı rayonu ilə bağl yeni xəbərlər yayılıb. Məsələnin mühümlüyünü nəzərə alaraq xəbərin doğruluğu ilə maraqlandıq. Qeyd edək ki, iddialara görə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi İsmayıllının 32 kəndi üzrə buğda əkini üçün ayrılmış 799 min 397 manat 20 qəpik vəsaitin ən azı 35-40 faizini saxta sənədlər tərtib edilməklə mənimsənilməsi haqda ciddi şübhələrini təftiş etməyə qərar veriblər. Hətta nazirlik bu şübhələrində əminliyi təmin etmək üçün İsmayıllının 5-6 kəndində monitorinqlər də aparıb. Və bu zaman korrupsiya faktını təsdiq edən dəlillər ortaya çıxıb.Həmçinin nazirlik əsasən rayonun Qubaxəlilli, Ruşan, Qalagah, Qoşakənd, Tircan, Hacıhətəmli, Kəlbənd, həmçinin İsmayıllı şəhər İnzibati nümayəndəliyinin hesabında yer alan rəqəmlərin ciddi şəkildə saxtalaşdırılmasını düşünürlər.Bununla bağlı "Unikal.org"-un sullarını cavablandıran İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov bildirib ki, yazılanlar həqiqətə uyğun deyil:" Rayonda heç bir yoxlama aparılmır və ümumiyyətlə qeyd olunanlar doğru deyil. Görünür hər zaman dövlətin müəyyən strukturlarına böhtan atan kəslər indidə İsmayıllı rayonunu hədəfə alıblar. Rayonda hər şey qaydasındadır və tam sakitlikdir. Biz burda cənab prezidentin tapşırıqlarına uyğun olaraq quruculuq işləri ilə məşğuluq və bunu davam etdirməkdəyik. Yazılanlar isə bir daha deyirəm yazılanlar cəfəngiyyat olduğundan heç cavab verməyə də ehtiyac görmürəm". Azərbaycan Respublikası Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Unikal.org" saytına ekskuliziv açıqlamasında bildirdi ki, yazılanlar həqiqətə uyğun deyil:" Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi İsmayıllı rayon icra hakimiyyətində, həmçinin İsmayıllı rayonunun heç bir təşkilatında yoxlama aparılmır və yazılanlar həqiqəti əks etdirmir".
İlkin Rzazadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53