Qalxın ayağa ALİ BAŞ KOMANDAN gəlir
11:50 08-08-2014
İQTİSADİYYAT
Qalxın ayağa ALİ BAŞ KOMANDAN gəlir
Zakir Həsənovdan kabinet generallarına dərs
1915-ci il. Birinci dünya müharibəsi əsnasında dünyanı yenidən bölüşdürməyə hazırlaşan Antanta dövlətləri Osmanlı dövlətini hədəfə alır və Çanaqqala boğazı hədəfə alınır. Osmanlı ordusundan qat-qat güclü olan Antanta qüvvələri tarixdə görünməmiş bir rüsvayçılıqla üz-üzə qalırlar. Atatürkündə iştirak etdiyi bu savaşlarda türk ordusu Antantanı dizi üstə otuzdurur. Türk ordusunun qələbə qazanmasının isə tək bir sirri olur- DÖYÜŞƏN TÜRKLƏRİN DÖYÜŞ RUHUNUN SİLAHDAN BELƏ GÜCLÜ OLMASI.
1979-cu il. Dünyaya meydan oxuyan SSRİ-in hərbi birləşmələri Əfqanıstana daxil olur. 1989-cu ilə qədər qanlı savaşlar gedir. Amma SSRİ Əfqanıstan üzərində qırmızı bayrağını dalğalandıra bilmir. Dünyaca məhşur sovet ordusu Əfqanıstanda qüdrətini, gücünü itirir və sovet ordusuna olan inam itir. ABŞ-dan hansısa maliyyə dəstəyi alan və peşəkar ordu quruculuğundan uzaq olan əfqanların qələbəsini təmin edən isə tək bir faktor mövcud idi- DÖYÜŞƏN ƏFQANLARIN DÖYÜŞ RUHUNUN OLMASI.
2010-cu il. Azərbaycan ordusunun əsgəri Mübariz İbrahimov təkbaşına erməni hərbi hissəsinə hucum edir. Şəhid olsada 47 erməni əsgərini məhf edir.
Dünən və bu gün
Yuxarıda xatırlatdığımız bu olaylar bir məntiqin hər zaman keçərli olduğunu bir daha sübut etmək üçün idi. Məntiq isə ondan ibarətdir ki, nə qədər müasir texnikaya, canlı qüvvəyə sahib olsan da ordu o zaman güclü və qalibiyyət yüklü olur ki, ordunun hərb ruhu, döyüş ruhu olsun. Ruhsuz ordu, tərkisilah olunmuş əsirlərdən başqa nə isə deyil. Son illər ən düşündürücü mövzulardan biri də bu idi ki, Azərbaycan ordusu döyüş və qabiliyyət ruhuna sahibdirmi?
Çünki birinci Qarabağ savaşında Rusiyanın dəstəyi ilə Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal etmişdi, minlərlə şəhid vermişdik və psixoloji bir basqı hər zaman ordunun üzərində idi. Digər tərəfdən iddia edilirdi ki, Azərbaycan cəmiyyəti kifayət qədər biganələşib və ordu ilə cəmiyyət arasında bir uçurum yarandığından sabaha inam yetərli qədər zəif hesab edilirdi. Həmçinin orduda uzun müddət korrupsiya və rüşvətin olması ilə bağlı xəbərlərin yayılması da təsiredici faktorlardan idi. Amma əsl reallığı görmək üçün fürsətin olmadığından onu da görmək çətin idi. Amma bu günlərdə hər şey real olaraq göründü.
Genişmiqyaslı həmlə
Son günlər cəbhə bölgəsində baş verənlər, Ermənistanın genişmiqyaslı atəşkəsi pozması əməliyyatı Azərbaycan ordusunu ayağa qaldırdı. Son bir neçə gün ərzində 13 şəhid verdiyimiz bu həmlədə Azərbaycan ordusu hərəkətə gəldi və düşmən tərəfi ciddi itkilər verməklə yanaşı həm də psixoloji məğlubiyyətlərini tam olaraq qəbul etdilər. Və bu mərhələdə nələr baş verdi?
Ali baş komandan
əsgərlərinin yanında
Cəbhədəki durum gərgin olsada, şəhidlər versəkdə Azərbaycan ordusu gərəkli addımları atdı. Müdafiə naziri Zakir Həsənov döyüş bölgəsindədir və Azərbaycan ordusu sözün həqiqi mənasında ALİ BAŞ KOMANDANIN əmrinə hazır vəziyyətdə dayanıb. Amma aydın olur ki, belə bir məqamda ALİ BAŞ KOMANDAN öz əsgərlərinin yanında olmağa üstünlük verdi. Bu tək ordunun yox, həm də cəmiyyətin RUH dünyasına bir GÜC qatı. Azərbaycan əsgəri ALİ BAŞ KOMANDANININ, nazirinin yanında olduğunu görməklə nə qədər dəyərli olduğunu bir daha yaşadı. Azərbaycan cəmiyyəti ALİ BAŞ KOMANDANIN bu addımını alqışladı və sosial şəbəkələrdə, mediada bu addım fəxrlə qəbul edildi. Ermənistan və Ermənistana dəstək verən qüvvələr İlham Əliyevin bu addımı qarşısında çaşqın duruma düşdülər. İlham Əliyev dərhal cəbhə bölgəsinə getməklə bir tərəfdən Azərbaycan ordusuna hər zaman yanlarında olduğunu göstərdi, digər tərəfdən isə kənar güclərə mesajını çatdırdı ki, Azərbaycan bütün təzyiqlərə cavab verməyə hazırdır və bunun qarşısını heç kim ala bilməz. Digər ən sevindirici hal isə bu oldu ki, heç də hər şey qeyd olunduğu kimi deyilmiş. İddia edildiyi kimi cəmiyyətlə ordu arasında heç bir uçurum yoxdur və səngərdə dayanan əsgərin yaşadıqları ilə Azərbaycanın hər bir vətəndaşının yaşadığı hisslər eynidir, ALİ BAŞ KOMANDAN isə vətəndaşla əsgər arasında bir körpü rolunu son səfəri ilə bir daha möhkəmlətdi.
İlk imtahan və qələbə
Bu günlərdə atəşkəsin pozulması həm də Azərbaycan ordusu üçün bir imtahan anını yaşatdı. Müdafiə naziri Zakir Həsənov nazir təyin olunmamışdan öncə ordu ilə bağlı neqativ fikirlər pik həddə çatmışdı, ordu ilə bağlı Bakıda dəfələrlə aksiyalar keçirilmiş və general korpusu demək olar ki, ən etibarsız bir təbəqəyə çevrilmişdi. Amma Zakir Həsənovun gəlişi ilə kifayət qədər ciddi dəyişikliklər baş verdi. Bunlar nə idi?
General necə olur?
Zakir Həsənov nazir postuna təyinat alanda həm də bir yeni nümunə ortaya qoydu. Sübut etdi ki, müharibə şəraitində olan bir ordunun generalları kabinetdə yox, səngərdə, əsgərlərin yanında olmalıdır. Zakir Həsənov bu addımı ilə generalitet korpusuna cəmiyyətdə yaranan ikrahı da demək olar ki, aradan qaldırdı. Bu əslində həm də ştab generallarına qarşı açılan bir savaş oldu və zaman - zaman bunun müsbət nəticələrini görəcəyik.
Əsgərin dayaq anlayışı
Əsgər o zaman özünü güclü sayır ki, zabitinin ondan öndə durduğunu görə bilsin. Bu həqiqəti Zakir Həsənov və komandası orduya yenidən qaytardı. Vaxtaşrı hərbi hissələrə səfərlər edən general Zakir Həsənov bununla da əsgərlərlə bir başa təmas qura bildi. Zakir Həsənovun sonuncu olayda isə döyüş proseslərini Bakıda isti kabinetdə yox, səngərdən idarə etməsi ordunun inamını artırdı. ALİ BAŞ KOMANDANIN döyüş prosesini hər an nəzarətdə saxlaması, nazirin səngərdə əsgərlərlə çiyin-çiyinə dayanması QƏLƏBƏ reseptinin əsasını təşkil etdi.
Məğlubiyyət
sindiromundan qurtulduq
Son qarşıdurmada 13 şəhid verdik. Amma bu itki təsəvvürəgəlməz bir xeyir də gətirdi. Birinci Qarabağ savaşından sonra MƏĞLUB ORDU psixologiyasından qurtula bildik. Birinci Qarabağ savaşından sonra istər orduda, istərsə də cəmiyyətdə bir daxili kompleks yaranmışdı və yeganə təskinliyimiz "ermənilərə ruslar kömək etdi", sözləri idi. Əslində bu bir toplum olaraq özümüzə inamsızlığın bir nümunəsi idi və səbəbsiz deyildi ki, toplum bir melonxolik insan tipinə bürünmüşdü. Bu dəfə atəşkəsin geniş miqyasda pozulması isə Azərbaycan cəmiyyəti və ordusu üçün bir fürsət oldu. Bu fürsətdə bir daha məğlub cəmiyyət və ordu geyimini əynimizə də geyinə bilərdik. Hadisənin ilk günündə 8 şəhid verməyimiz bir çaşqınlıqla qarşılandı. Yenəmi məğlubiyyət, sualı ildırım kimi beynimizdən keçdi. Amma ordu qısa müddətdə özünü toparlayaraq əks-həmlələrlə ordunun bu günkü peşəkarlığını ortaya qoya bildi. Məhz bundan sonra cəmiyyət, toplu sanki üzərindəki məğlubiyyət buzunu sındıraraq ayağa qalxdı. Və bu gün çəkinmədən demək olar ki, Azərbaycan ordusu QALİB ORDU gücünü özünə qaytardı. Aydın oldu ki, bu gün ALİ BAŞ KOMANDANIN əmrini gözləyən ORDU sözün həqiqi mənasında DÖYÜŞ RUHLU ordudur və ən böyük silah da məhz budur. Prezident İlham Əliyevin dediyi kimi:" Bu gün düşmən panikadadır, isterikadadır. Biz bunu bilirik. Bizim kifayət qədər imkanlarımız var ki, qarşı tərəfdə nələr baş verdiyini bilək. Biz tam şəkildə hərbi və mənəvi üstünlüyü əldə etmişik. Biz öz torpağımızdayıq. Bir həftə bundan əvvəl həlak olmuş şəhidlərimiz öz torpağında şəhid olmuşlar. Sual olunur: erməni əsgərinin - işğalçı qüvvələrin əsgərinin Ağdam ərazisində nə işi var? Bu gün Ermənistanın faşist rəhbərliyi, hərbi xunta öz ölkəsini uçuruma aparır. Onlar bizim torpaqlarımızı işğal ediblər, eyni zamanda, bütün Ermənistanı işğal ediblər. Erməni xalqı kriminal, korrupsioner rəhbərlikdən öz canını qurtarmalıdır. Əks təqdirdə Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistan faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər.
Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Həmişə belə olub, bu gün də belədir, sabah da belə olacaq. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində baş vermiş hadisələr nəticəsində müvəqqəti olaraq torpaqlarımız işğal altına düşmüşdür. Ancaq biz öz suverenliyimizi bərpa edəcəyik. Bütün işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılacaqdır. Bu, bizim məqsədimizdir. Bu məqsədə doğru gedirik və biz bu məqsədə çatmaq üçün daha da güclü ordu yaratmalıyıq".
Eldəniz Elgün
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17