YAP-çı deputat nikbindir
11:52 08-08-2014
CƏMİYYƏT
YAP-çı deputat nikbindir
Asəf Hacıyev: "Azərbaycanın güclənməsi çoxlarını narahat edir"
"Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri bir daha göstərdi ki, Ali Baş Komandan ölkənin təhlükəli anlarında xalqın yanında olmaqla yanaşı, hər zaman işğal olunan Azərbaycan torpaqlarının geri qaytarılmasında ən qətiyyətli addımları atmağa hazırdır".
Bu fikirləri Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev ölkə başçısı İlham Əliyevin cəbhə bölgəsinə səfərinin əhəmiyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, son günlər cəbhədə vəziyyətin gərginləşməsi dünyaya siqnal olmalıdır ki, Ermənistan bütün region üçün təhlükəlidir və bu da vəziyyəti kəskin şəkildə mürəkkəbləşdirə bilər: "Digər tərəfdən Prezidentin çıxışında səsləndirdiyi kimi, müharibənin ikinci mərhələsi başlaya bilər. Bu da o deməkdir ki, Ermənistanın ərazilərimizin 20 %-ni işğal etməsinə baxmayaraq, yenə də provokasiya ilə məşğul olur. Lakin bugünkü Azərbaycan 20 il bundan əvvəlki ölkə deyil. Bu gün həm iqtisadi, həm də hərbi baxımdan güclü dövlətik. Region üçün ən önəmlisi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. İstənilən zaman dövlətimiz güc yolu ilə torpaqlarımızı işğaldan azad edə bilər. Çünki ordumuzun gücü buna imkan verir. Son hadisələr göstərir ki, ermənilər böyük itki verdi. Bütün bunları nəzərə alıb qətiyyətli şəkilə demək olar ki, hərbçilərimiz düşmənə lazımı səviyyədə cavab verə bilər və bu da ermənilər üçün dərs olmalıdır".
"Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan ikili standartlarla qarşılaşdı", - deyən Asəf Hacıyevin fikrincə, müvafiq qurumlar işğalçı ölkə olan Ermənistana qarşı heç bir tədbir görmür: "ATƏT-in Minsk qrupuna daxil ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu da o deməkdir ki, bir çox dövlət işğal faktorunu da qəbul edir. Belə olduğu təqdirdə Ermənistana qarşı niyə sanksiyalar tətbiq olunmur? Hesab edirəm ki, Ermənistana qarşı əvvəlcə siyasi sanksiyalar tətbiq edərək səsvermə hüququndan məhrum etmək lazımdır. Bu da kömək etməsə, o zaman iqtisadi sanksiyalar başlanılmalıdır. Görünür Ermənistanın havadarları bunu etmək niyyətində deyillər. Demək ki, Azərbaycanın güclənməsi çoxlarını narahat edir. Bütün bu səbəblərdən də Azərbaycan ərazi bütövlüyünü öz gücü ilə bərpa edəcək".
Digər Xəbərlər
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45