Bələdiyyə sədrini bıçaqlayan Maliyyə İdarəsinin rəisi vəzifəsindən müvəqqəti kənarlaşdırılıb
11:56 08-08-2014
CƏMİYYƏT
Bələdiyyə sədrini bıçaqlayan Maliyyə İdarəsinin rəisi vəzifəsindən müvəqqəti kənarlaşdırılıb
Aidiyyəti orqanların həyata keçirəcəyi araşdırmaların nəticəsindən asılı olaraq Nazim Məlikovun əmək fəaliyyəti ilə bağlı qərar veriləcək
Azərbaycanda bələdiyyə sədrini bıçaqlamaqda təqsirləndirilən Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi Nazim Məlikov müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Şəmkir rayonunda məişət zəminində baş vermiş hadisənin obyektiv araşdırılması üçün nazir Samir Şərifov avqustun 7-də müvafiq əmr verib. Həmin əmrə əsasən Maliyyə Nazirliyinin Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi Nazim Məlikov müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılıb.
Aidiyyəti orqanların həyata keçirəcəyi araşdırmaların nəticəsindən asılı olaraq N. Məlikovun əmək fəaliyyəti ilə bağlı qərar veriləcək.
Qeyd edək ki, hadisə avqustun 4-də Şəmkir rayonunda qeydə alınıb. Şəmkir rayon Maliyyə İdarəsinin rəisi Nazim Məlikov şəxsi münasibətlər zəminində rayonun Düyərli kənd bələdiyyə sədrinin müavini, 1953-cü il təvəllüdlü Zakir Tağıyevə bıçaqla xəsarət yetirib. Yaralı dərhal rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Zakir Tağıyevə tibbi yardım göstərilib.
Hazırda onun vəziyyəti normaldır.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24