İsa Qəmbərlə Eldar Namazovun dostluğu baş tutmadı
11:03 12-08-2014
İQTİSADİYYAT
İsa Qəmbərlə Eldar Namazovun dostluğu baş tutmadı
Müsavat Partiyası ilə "El" Hərəkatı arasında əməkdaşlıq
sazişinin imzalanması məsələsi tarixin arxivinə göndərildi
Məlum olduğu kimi, uzun müddətdir ki, Milli Şuradan istefa verən Müsavat Partiyası ilə "El" Hərəkatı əməkdaşlıq sazişi imzalamaq barədə düşünsələr də, hələ də buna nail olunmayıb. Buna səbəb kimi tərəflər arasında müəyyən anlaşılmazlıqların olduğu göstərilir.
Amma deyəsən, artıq Müsavatın "El" Hərəkatı ilə birgə fəaliyyət göstərməyəcəyi qətiləşib. Bununla bağlı qərarın verildiyi də bildirilir. Yəni, Müsavat Partiyası ilə "El" hərəkatı yollarını ayırır. Bu haqda "Unikal"a adının çəkilməsini istəməyən "El" Hərəkatının üzvü deyib. Onun sözlərinə görə, Müsavat partiyası və "El" hərəkatı Milli Şuranı tərk etdikdən sonra bir müddət əməkdaşlıq ediblər. Hətta əməkdaşlıqlarını müttəfiqlik səviyyəsinə çatdırmaq məqsədilə birgə komissiya yaradılıb və müttəfiqlik sazişi üzərində işləyiblər. Ancaq bunun üzərindən bir neçə ay keçməsinə baxmayaraq tərəflər arasında saziş imzalanmayıb. İndi isə bəlli olub ki, tərəflər ümumiyyətlə saziş imzalamaq haqqında düşünmürlər. Çünki bu onların heç birinə sərfəli hesab olunmur. Üstəlik də "El" Hərəkatının Məclis sədri Eldəniz Quliyev bir çox hallarda Müsavatı kəskin tənqid edir.
Xatırladaq ki, hələ Müsavat Partiyası Milli Şuranı tərk edəndə Eldəniz Quliyev qarşı tərəfi sərt ittiham etmişdi. E. Quliyev hesab edir ki, nəyin bahasına olursa olsun, Milli Şuranı parçalamağa qoymaq olmaz: "Getmək haqqında anons verirəmsə, bu, Milli Şuranı parçalamaq istəyənlər üçün bir anonsdur. Qərarımı Milli Şuranın sessiyasında verəcəm". Müsavat Partiyasının siyasi oyun oynadığını bildirən E. Quliyev deyib ki, əgər siyasət çirkin şeydirsə, bu, o demək deyil ki, elə həmişə çirkin oyun oynayasan: "Bir az səmimi olmaq lazımdır. Mən indi Müsavat Partiyasını da qınamıram, onların öz partiya maraqları var. Ancaq korporativ maraqlar həmişə hər şeydən üstün tutulmamalıdır. Siyasətdə praqmatizm sinizmlə əvəz olunmamalıdır. Elə şeylər var ki, deyəndə, pis oğlan olursan partiya robortlarını da adamın üstünə salırlar". Milli Şuranı süquta uğratmaq sifarişi olduğunu qeyd edən E. Quliyev Müsavat Partiyasının hazırda bilərəkdən, yaxud bilməyərəkdən buna dəstək verdiyini vurğulayıb: "Hər halda istəmirik ki, Milli Şura zəifləsin. Müsavat Partiyasının timsalında bir siyasi gücün Milli Şuradan getməsi qurumun zəifləməsi ilə nəticələnə bilər. Digər tərəfdən, bəlkə də Müsavat Partiyası Milli Şuradan getsə, Milli Şura daha sağlam ola bilər. Bunu da fikirləşməliyik".
Əslində, "El" Hərəkatının ikinci adamının Müsavata qarşı belə bir mövqe sərgiləməsi iki qurum arasında hansısa səmimi əməkdaşlığın olmasını mümkünsüz etdi. Ona görə də bu birlik baş tutmadı. Son günlər Eldar Namazovun "El" Hərəkatı ilə bağlı işlərdən uzaqlaşması və əsas səlahiyyətin Eldəniz Quliyevə verilməsi daha münbit şərait yaradıb. Belə ki, Eldəniz Quliyev fürsətdən istifadə edərək Müsavat Partiyası ilə "El" Hərəkatı arasındakı körpüləri tamamilə ləğv elədi. Ona görə də bu iki qurum arasındakı əməkdaşlıq sazişinin real müstəviyə keçməsi tamamilə mümkünsüzləşdi.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53