"Hafka"ya növbəti qara xəbər
11:17 12-08-2014
İQTİSADİYYAT
"Hafka"ya növbəti qara xəbər
Məşhur iş adamına niyə 6 gün vaxt verildi: Topaz Premyer Liqasında 2014/2015-ci il mövsümünə start verilib. I turun ilk oyun günündə keçirilməsi planlaşdırılan "Bakı" - "Simurq" matçı təxirə salınıb. Buna səbəb paytaxt təmsilçisinin sənədləşmə işlərində müəyyən problemlərin olmasıdı.
Belə ki, ağır günlərini yaşayan "zolaqlılar" lazımi sənədlərin hamısını Peşəkar Futbol Liqasına təqdim edə bilməyiblər. Əgər bu məsələ yaxın saatlarda öz həllini tapmasa, "Simurq"la qarşılaşma oynanılmayacaq.
Qeyd edək ki, srağagün əvəzedicilər arasında keçirilən Azərbaycan çempionatının ilk turunda "Bakı" - "Simurq" oyunu da eyni problem səbəbindən təxirə salınıb. Əsas komandalar arasındakı matçın isə dünən saat 18:00-da başlaması planlaşdırılmışdı.
Artıq matçın baş tutmayacağı dəqiqləşib. Bu barədə PFL-in rəsmi saytı xəbər yayıb.
PFL rəhbəri Ramin Musayevin imzaladığı əmrdə bildirilir ki, Topaz Premyer Liqasının 2014/2015 mövsümündə iştirak edən "Bakı" klubu Premyer Liqada çıxış etmək üçün tələb olunan sənədləri 15 avqust 2014-cü il tarixinə kimi PFL-ə təqdim etməzsə, klub yarışlardan kənarlaşdırılacaq. Ardınca qeyd olunur ki, "Bakı" klubunun iştirakı ilə Topaz Premyer Liqası və əvəzedici komandalar arasında yarışın I turunun oyunları yuxarıda göstərilmiş səbəbdən təxirə salınsın.
Xatırladaq ki, "Bakı"nın sahibi iş adamı, "Hafka" ləqəbli Hafiz Məmmədovdu. Hafiz Məmmədov son aylar maliyyə böhranı içərisində çabalayır. Bu səbəbdən onun işçiləri maaş almaqda çətinlik çəkir. Həmçinin "Hafka"nın sahibi olduğu Bakının eyniadlı futbol klubu və sponsoru olduğu Fransanın "Lans" komandası maliyyə çətinlikləri ilə üzləşib.
Onu da deyək ki, təxminən on gün əvvəl məlumat yayılmışdı ki, Hafiz Məmmədov Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsində yerləşən villalarını satışa çıxarıb. Həmin ərazidə fəaliyyət göstərən ev dəllallarının verdiyi məlumata görə, Hafkanın bu ərazidə bir neçə villası var. "Hafiz Məmmədovun villaları böyük pəncərəsi və əksəriyyətinin həyətində qurulan yaşıl çardaqla seçilir. Həm də memarlıq baxımından bir-birinə bənzəyirlər. Ona görə də onları digər villalardan seçmək asandır" - onlar bildiriblər. Müşahidələr zamanı özünün yaşadığı bildirilən villanın qarşısında dayanmış 10 MN 010 dövlət nömrə nişanlı "Porşe"nin Hafiz Məmmədovun ailəsinə aid olduğu da qeyd edilib. Dəllalların sözlərinə görə, burada satışda olan villalar normal halda 2 milyon manatdan başlayır: ""Hafka"nın villalarının ən aşağı qiyməti isə 3 milyondur. Müəllimin burda daha bahalı villası da var".
Həmin vaxt istisna edilmirdi ki, "Hafka"nın öz bahalı mülklərini satması onun son zamanlar ciddi maliyyə böhranı ilə üzləşməsi ilə bağlıdır. "Bakı"nın maliyyə durumu ilə bağlı artıq rəsmən təsdiqini tapan ağır vəziyyət həmin ehtimalda həqiqət payının həddən artıq yüksək olduğunu təsdiqləyir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53