Razim Məmmədov prezidentin tapşırığına qarşı
11:21 12-08-2014
CƏMİYYƏT
Razim Məmmədov prezidentin tapşırığına qarşı
Xətai rayonunda yaşıllıqların məhv edilməsi səngimir
Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti 39 ünvanında yaşıllıq sahəsi və ağaclar kütləvi şəkildə yandırılaraq məhv edilir. Bu barədə məlumatı və yanğını əks etdirən video görüntüləri editor.az-a rayon sakinləri göndərib.
Onların iddiasına görə, yaşıllıqların yandırılaraq məhv edilməsinə səbəb orada tanınmış iş adamlarından birinin yeni hündürmərtəbəli bina tikmək istəyidir. Sakinlər deyir ki, baş verənlərə dəfələrlə etiraz etsələr də, onları dinləyən olmayıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü ilin iyul ayının 1-də "Yaşıllıqların mühafizəsi haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb.
Bundan başqa ölkə başçısı Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasda müxtəlif yerlərdə ağacların kəsilərək yerində ev tikilməsi ilə bağlı olduqca sərt çıxış edib: "Nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Vəziyyət əvvəlki illərə nisbətən daha müsbətdir, ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir".
Ağackəsmənin tam şəkildə dayandırılmasını zəruri sayan prezident deyib ki, aidiyyəti qurumlar təklif versin: "Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir".
Ölkə rəhbərliyinin bütün bu göstərişlərinə rəğmən Razim Məmmədovun icra başçısı olduğu Xətai rayonunda yaşıllıqların məhv edilməsi səngimir. Mütəmadi olaraq paytaxtın bu rayonunun sakinləri ağacların və kolların qırılması ilə bağlı mətbuata müraciətlər ünvanlamağa, şikayətlər göndərməyə davam edirlər. Görəsən, bu "yaşıl soyqırım"a qarşı "dur" deyiləcəkmi?
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41