Politoloq: "Ermənistan rəsmilərinin davranışı panikanın göstəricisi deyilsə, hakimiyyət çevrilişinə hazırlığın əlamətidir"
11:23 12-08-2014
CƏMİYYƏT
Politoloq: "Ermənistan rəsmilərinin davranışı panikanın göstəricisi deyilsə, hakimiyyət çevrilişinə hazırlığın əlamətidir"
"Azərbaycan-Ermənistan münasibətlərində indi baş verənlər normal
məntiqlə çox asan izah olunur. Rəsmi Yerevan başa düşür ki, Azərbaycanla Ermənistan arasında fərq bütün parametrlər üzrə sürətlə artır".
Bunu açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq bildirib ki, fərqdəki bu artım hərbi məsələlərdə daha çox aktuallıq kəsb edir:
"Çünki iqtisadi, siyasi və diplomatik sahədə Azərbaycanın Ermənistanı dəfələrlə üstələməsi heç kimdə şübhə yaratmır. Rəsmi Yerevan hərbi fərqin fəsadını anlayır. Onun məhz indiki dövrdə Azərbaycana qarşı hərbi təxribatlar hazırlaması məntiqlidir. Əgər Ermənistan hərbi təxribatlar hazırlamasa idi, bu öz təbii ölümünü gözləyən qocaya bənzəyərdi. Ermənistan rəhbərliyi hələ ki bu niyyətdə deyil. Son 2 ildə Ermənistan rəhbərliyi Azərbaycana qarşı hərbi təxribat hazırlamaqla məşğul idi. Ermənistan prezidenti S.Sərkisyanın Vazgen Sərkisyan adına hərbi məktəbin zabitləri ilə görüş zamanı verdiyi bəyanat Ermənistanın Azərbaycana qarşı hərbi hücumunun aydın çağırışı idi. Ermənistanın siyasətinə bələd olanlar, S.Sərkisyanı tanıyanlar buna zərrə qədər şübhə etmirlər".
M.Əhmədoğlunun sözlərinə görə, Azərbaycan hərbçiləri Ermənistanın 2 il ərzində hazırladıqları hərbi planı darmadağın etdilər: "İtkilərimiz var, amma Ermənistanın 2 illik hücum hazırlığı planının pozulması müqabilində Azərbaycanın itkiləri ən minimaldır. Ermənistan rəsmiləri dil-qəfəsə qoymadan Ermənistanın qələbəsindən danışırlar. Görüşlər, iclaslar, mətbuat konfransları buna xidmət edir. Müdafiə naziri keçmiş döyüşçülərdən müsahibə götürməyi mətbuata qadağan edib. Ancaq məqsədyönlü danışanlar mətbuata buraxıla bilərlər. Əslində ermənilər bir-birini daha yaxşı tanıyırlar. Ona görə qısa müddətli yalandan istifadə edirlər. Azərbaycan hərbçiləri ermənilərin indiki hücumunu dəf edibsə, Ermənistanın əlavə hücum-təxribatlarının da qarşısını alacaqlar. Eləcə də Azərbaycanın daha ağır silahlardan istifadə etməsinin də qarşısını heç kim ala bilməyəcək".
Politoloq hesab edir ki, Ermənistan rəsmilərindən fərqli olaraq Ermənistan əhalisi vəziyyəti düzgün başa düşüb: "Ona görə qorxur və rəsmilərdən daha real addımlar atmağı tələb edir. Son vaxtlar Ermənistanın ictimai-siyasi mühitində Azərbaycanla barışığa dair fikirlər səslənib. Populyar sosioloq A.Adıbekyan və hətta keçmiş "Qarabağ" komitəsinin üzvü A.Manuçaryan Azərbaycanla münasibətlərin normallaşmasından danışır. A.Manuçaryana görə, Levon Ayrapetyan Azərbaycan-Ermənistanın münasibətlərini normallaşdırmaq fikrində imiş və bu, kimlərəsə sərf etməyib və onu həbs ediblər. Ermənistan rəhbərliyinin bu fikirləri diqqətə almaması onun mahiyyətindən irəli gəlir. Çünki hakimiyyətdəkilər quldur, faşist və işğalçılardır. Amma təkcə onlar deyil. Keçmiş döyüşçülər də bu xislətlərinə görə S.Sərkisyandan qətiyyən fərqlənmirlər. Ermənistanda 2 vəzifəli yaranmış vəziyyətdən şəxsi mənafeləri üçün də istifadə etmək istəyir. Baş nazir O.Abramyan və müdafiə naziri S.Ohanyan Ermənistanın həmsərhəd regionlarından çıxmırlar. Əhalini sakitləşdirməklə məşğuldurlar. S.Ohanyanın ardınca O.Abramyan da Dağlıq Qarabağa gəldi".
Politoloqun sözlərinə görə, müdafiə naziri S.Ohanyan baş naziri O.Abramyanın təşkil etdiyi iclasda yeni gedişlər etdi: "Guya Azərbaycanın ən böyük təhlükəsi Mingəçevir gölünün partladılmasıdır. S.Ohanyanın hökumətin iclasında bu arqumenti səsləndirməsinin əsas səbəbi həmin iclasda baş nazir O.Abramyanı psixoloji cəhətdən üstələmək idi. O.Abramyan ayrı istiqamətdə qərarlar qəbul edə bilərdi. S.Ohanyan Ermənistan Fövqəladə Hallar Nazirliyini öz "balansına" keçirdi. Ermənistan Fövqəladə Hallar Nazirliyi ABŞ-ın yetirməsidir. S.Ohanyan hərbiləşdirilmiş struktur olan Fövqəladə Hallar Nazirliyinin O.Abramyana tabe olmasına imkan verə bilməz. S.Ohanyanın Mingəçevir SES ilə bağlı dedikləri onun səviyyəsizinin və savadsızlığının ən bariz nümunəsidir. Birincisi, Azərbaycanda bilirlər ki, Mingəçevir gölü böyük su tutumuna malikdir. Bu göldə suyun dərinliyi 100 metr olduğu halda partlayarsa, Azərbaycanın 26 rayonu ciddi fəsad görəcəkdir. Hətta ilk kilometrlərdə suyun hündürlüyü 9 metrə çata bilər. Buna görə indi Mingəçevir gölündə suyun hündürlüyü 77 metrdən yuxarı qalxmır. Bu Azərbaycanın Fövqəladə Hallar Nazirliyi tərəfindən az fəsadla idarə oluna bilən vəziyyətdir. İkincisi, Azərbaycanın Hava Hücumundan Müdafiə sisteminin mərkəzi qərargahı Mingəçevirdə yerləşir. Başqa sözlə, Mingəçevir gölünə hücum Azərbaycanın Hava Hücumundan Müdafiə sisteminin mərkəzi qərargahına hücum deməkdir. S-300 raketlərə malik Azərbaycanda Mingəçeviri vurmaq ermənilərin işi deyil. Üçüncüsü, indi müasir tankların və bəzi qurğuların özlərinin raket hücumundan müdafiə sistemləri var. Bu müasir tank və qurğulardan istifadə etməklə Mingəçevir gölünün təhlükəsizliyini asanlıqla təmin etmək olar. S.Ohanyanın Mingəçevir gölü ilə bağlı dedikləri ona görə bir dəqiqəlik effekt üçündür. Çünki S.Ohanyan Ermənistanda 3 nüvə müəssisəsinin olduğunu "unudur". Sünik vilayətindəki 2 nüvə tullantıları anbarının hər birinin partladılması ermənilərin miqrasiyasını onlarla dəfə sürətləndirəcəkdir. Metsamor AES-ə bir raket zərbəsi isə Dağlıq Qarabağdan bütün erməni qoşunlarının Ermənistana qaytarılması deməkdir. Ermənistan Mingəçevir SES-ə raket atacağı təqdirdə Azərbaycanın Ermənistanın iki nüvə tullantısı anbarına və Metsamor AES-ə raket atmaması mümkün deyil".
Ermənistanın daxili vəziyyəti, keçmiş döyüşçülərin fəallaşması, hakimiyyət uğrunda mübarizə Azərbaycanın müttəfiqlərinə çevrilir. Prezidentin baş verən proseslərin qarşısını almağa gücü yoxdur".
Fuad
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24