Asim Mollazadə: "Ermənistan sanksiyalar və ciddi təzyiq olmadan Dağlıq Qarabağ nizamlanmasında mövqeyini dəyişməyəcək"
11:28 12-08-2014
CƏMİYYƏT
Asim Mollazadə: "Ermənistan sanksiyalar və ciddi təzyiq olmadan Dağlıq Qarabağ
nizamlanmasında mövqeyini dəyişməyəcək"
Ermənistan sanksiyalar tətbiq edilmədən və ciddi təzyiq olmadan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ nizamlanmasında mövqeyini dəyişməyəcək. Azərbaycanlı politoloq, Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə belə hesab edir.
A.Mollazadə bazar günü keçirilən Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün nəticələrini şərh edərkən bildirib: "Beynəlxalq ictimaiyyətdən hadisələrin gələcək inkişafını gözləyəcəyik, çünki Ermənistana sanksiyalar tətbiq edilmədən və ciddi təzyiq olmadan o, mövqeyini dəyişməyəcək. Ermənistan bütün beynəlxalq hüquq normalarını pozduğu, beynəlxalq təşkilatların qətnamələrinə əməl etmədiyi bir vaxtda bugünkü vəziyyət dəyişməyəcək və əlbəttə, belə olan halda regionda sabitlik təhdid altında olacaq".
Politoloq Serj Sarkisyanın Azərbaycanın BMT TŞ-nin Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsini tələb edən qətnamələrini yerinə yetirməməsi haqqında bəyanatını şərh edərkən vurğulayıb ki, bu, Ermənistanın növbəti təxribatçı yalanıdır, burada da başlıca məqsəd işğalçılıq siyasətini davam etdirmək və dünya ictimaiyyətini aldatmaqdır.
Digər Xəbərlər
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45