Daha bir müxalifət birliyi parçalanma ərəfəsində
Bələdiyyə seçkilərində iştirak məsələsi Qüvvələr Birliyində fikir ayrılığı yaradıb
Uzun müddətdir ki, fəaliyyəti görünməyən Demokratik Qüvvələr Birliyində fikir ayrılığı yaranıb. Artıq tərəflərin bir araya gəlməsinin mümkün olmadığı bildirilir.
Buna səbəb kimi qurumda təmsil olunan kiçik partiyaların böyük iddialarla çıxış etməsi göstərilir. Hazırda bu təşkilatda ALP, AMİP, KXCP, AzDP kimi tanınmış partiyalar təmsil olunur və onların bələdiyyə seçkilərində iştirakı vacib hesab edir. Digər partiyalar isə seçkilərdə iştirakı məqbul hesab etmir. Qurumdan isə deyirlər ki, kiçik partiyaların seçki müqaviməti daha çox onların ortaya namizəd çıxarmaması ilə bağlıdır. Ancaq iş ondadır ki, ALP, KXCP, AMİP və AzDP seçkilərdə iştirak edəcəyini ifadə etsələr də, vahid mövqedən çıxış edə bilmirlər. Odur ki, bu partiyalar hələlik seçkilərdə təkbaşına iştirak edəcəklərini açıqlayıblar.
Məsələylə bağlı "Unikal"a açıqlama verən İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı deyib ki, seçkidə iştirak vacibdir, amma bunun üçün stimul da olmalıdır: "İslam Demokrat Partiyası olaraq bələdiyyə seçkilərində iştirak etmək, bur qurumun inkişafına öz töhfələrimiz vermək istərdik. Cəmiyyətin dindar kəsimi olaraq buna nüfuzumuz və potensialımız da yetir. Amma gəlin görək yerliözünü idarəetmə orqanı olaraq bələdiyyələrin durumu necədir? 1999-cu ildən bəri ötən müddət göstərdi ki, Azərbaycanda bələdiyyə qurumları sadəcə bir formallıq xarakteri daşıyır. Funksiyası var, amma başqalarının, daha dəqiq desək, icra hakimiyyətinin idarəçiliyindədir. Bir də qanunsuz torpaq satışı ilə məşğul olurlar. Bu da icra hakimiyyətlərinin patronajlığı altında baş verir. İndi isə torpaq da yoxdu satmağa. Xalqın yaşam şəraitinin yaxşılaşması baxımından bu qurumun heç bir rolu yoxdur və bu mənada biz bələdiyyə seçkilərinə qoşulmağı artıq enerji itkisi sayırıq. Qoy bundan hakimiyyət yönlü partiyalar yararlansınlar".
Demokratik Qüvvələr Birliyi daxilində baş verənlərə gəlincə, T.Abbaslı hər hansı bir ciddi təlatümün olmadığını bildirib. Onun sözlərinə görə, fikir ayrılıqlarının olması demokratik mühitdən irəli gəlir: "DQB - ölkəmizin indiki durumunda müxalifətdə olmağın zəruriliyini və məsuliyyətini dərk edərək, düşünülmüş addımlar atmaqdadır. Belə ki, indiki həssas məqamda Millət və Dövlət maraqları patiya və birlik maraqlarından üstünlüyünü dərk edir, düşmən olan qüvvələr arasındı barışdırıcı mövqe qoymaq niyyətindədir. Bütün müxalif qüvvələrin bir arada olması üçün yollar axtarılır. Bizim real olaraq təklifimiz isə millətçilərin, dindarların və demokratların cəmiyyətimizin ayıq və agahlığı, demokratik cəmiyyətin yaradılması üçün "fikir otağı"nın yaradılmasını zəruri hesab edir".
Göründüyü kimi, Tahir Abbaslı etiraf etməsə də, Demokratik Qüvvələr Birliyində daxili gərginlik davam etməkdədir. Ənazından seçkidə içtirakla bağlı vahid mövqedən çıxış edə bilməmələri buna əyani sübutdur.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50