"Ermənistana yeni can verildi"
11:30 12-08-2014
CƏMİYYƏT
"Ermənistana yeni can verildi"
Azay Quliyev: "Azərbaycan xalqı öz torpaqlarını Ermənistanın işğalından azad etmək əzmindədir"
"Hələ də Ermənistan sülhə hazır deyil". Bunu ötən gün Azərbaycan-Rusiya və Ermənistan prezidentlərinin Soçidə keçirilən üçtərəfli görüşünə münasibət bildiriən Milli Məclisin deputatı Azay Quliyev Modern.az saytına açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistanın qeyri-konstruktivliyi ucbatından Qarabağla bağlı konkret həll variantına nail olunmayıb.
"Biz görüşləri izlədik. Düzdür, o görüşün detalları ictimaiyyətə bəlli deyil. Ona görə də nəticəyə qiymət verə bilmərik. Ancaq cəbhədə hər zaman irimiqyaslı döyüşlər başlaya bilər. Bu döyüşlərin başlamasının da bütün məsuliyyəti rəsmi Yerəvanın və Sərkisyanın üzərində olacaq. Soçi görüşündə cənab Prezident İlham Əliyev açıq şəkildə qeyd etdi ki, biz Ermənistanla Dağlıq Qarabağ probleminin heç bir itki vermədən, gənclərimiz həlak olamdan sülh yolu ilə həll olmasının tərəfdarıyıq. Bu, Azərbaycanın doğrudan da xoş niyyətini bir daha göstərdi. Ancaq Ermənistan tərəfindən məsələyə yanaşmada yenə də əvvəlki arqumentlərin təkrar olunmasından başqa heç nə görmədik. Azərbaycan istənilən halda problemin sülh yolu ilə həllinə çalışıb və bundan sonra buna səy göstərəcək. Bu da bəllidir ki, Ermənistan tərəfi sülh üçün və sülh danışıqları üçün hər hansı bir ciddi əsaslar yaratmır və bu ümidi get-gedə azaldır. Ona görə də heç kim zəmanət verə bilməz ki, yenidən hərbi əməliyyyatlar başlamasın".
Deputat qeyd edib ki, Azərbaycan xalqı öz torpaqlarını Ermənistanın işğalından azad etmək əzmindədir: "Cəbhədə Ermənistanın atəşkəsi pozması zamanı yaranan gərginlik xalqımızı ayağa qaldırdı. Uşaqdan böyüyə hamə əsgər olmaq istəyir. Bunu Ermənistan yaxşı anlayır və bizdə məlumat var ki, onların hərbçiləri bir neçə bölgədə geri çəkilirlər. Ona görə də hesab edirəm ki, Rusiya prezidenti yaranmış vəziyyətə rəğmən Ermənistana başa salmalı idi ki, Azərbaycanın torpaqlarını azad etsin. Əks təqdirdə, müharibə başlaya bilər.
Bütün dünya bilir ki, Ermənistan Rusiyanın forpostudur. Ancaq təəssüf edirəm ki, bu görüşdə sanki Ermənistana yeni can verildi. Bu isə ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın imicinə böyük zərbə vurur".
Digər Xəbərlər
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45