Müsavatdan kütləvi istefalar başlayır
14:35 16-08-2014
İQTİSADİYYAT
Müsavatdan kütləvi istefalar başlayır
İsa Qəmbərin yürütdüyü yanlış və şəxsi maraqlara söykənən siyasət intellectual şəxslərin partiyanan getməsinə səbəb olub
Məlum olduğu kimi, son günlər Müsavat Partiyasından və AXCP-dən partiyanın üzdə olan şəxslərinin istefaları davam edir. Həm AXCP, həm Müsavatdan gedənlərun rəhbər şəxslərin olması qurum ətrafında qalmaqallara da səbə olub.
Bir neçə gün öncə tanınmış filosof, siyasi analitik Niyazi Mehdi 1992-ci ildən üzvü olduğu Müsavat partiyasının sıralarını tərk edib. Bu barədə məlumatı onun özü verib. N.Mehdi deyib ki, o, xeyli müddətdir ki, Müsavatla əlaqələrini tam kəsib: "Bilirsiniz, mən xeyli vaxtdır Müsavatla əlaqələri kəsmişəm, deməli, onun üzvü də deyiləm. Sadəcə, bunu elan etməyi lazım bilməmişdim. Ancaq son zamanlar, xüsusi ilə siyasi gərginliklər vaxtı görürəm ki, siyasi kimliyimlə bağlı qeyri-müəyyənlik var və bu bəzən mənə problem yaradır. Məsələn, Zərdüşt Əlizadə bir müsahibəsində məni divan üzvü adlandırır, bəzi jurnalistlər mənə Müsavatın daxili mətbəxindən suallar verir". N.Mehdi fürsətdən istifadə edib, jurnalistləri bundan sonra Müsavatın daxili işi ilə bağlı ona hər-hansı sual ünvanlamamağa çığırıb: "Sizin vasitəniz ilə elan etmək istəyirəm: əziz jurnalistlər, mən siyasi analitik olaraq qalıram, demokratiyaya xidmət etməkdə davam edirəm, ancaq nə vətəndaş cəmiyyəti sahəsındə, nə seçkilərdə və ümumiyyətlə heç bir sahədə praktiki siyasətlə məşğul olmuram. Ona görə də, əziz jurnalistlər, bir də mənə sualla Müsavatın siyasətini daxıldən bilən adam kimi müraciət etməyin. Çünki Müsavatın üzvü deyiləm ki, onun içində gedən müzakirələrdən də xəbərim olsun".
Qeyd edək ki, Niyazi Mehdi milli ədəbiyyat və estetik mədəniyyət tarixini müasir elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə tədqiq edir. Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olur. Dövri mətbuatda müntəzəm çıxış edir. İngilis dilindən elmi tərcümələri var. Niyazi Mehdi 1992-cü ildən 2003-cü ilə kimi Müsavat Partiyasının konseptual məsələlər üzrə başqan müavini və divan üzvü olub.
Məsələylə bağlı "Unikal"a açıqlama verən tanınmış tərcüməçi yazar Nadiq Quliyev N.Mehdinin istefasını doğru addım kimi dəyərləndirib. Onun sözlərinə görə, heç bir perspektivi olmayan və xalqın gələcəyinə zərədən başqa heç nə vəd etməyən müxalifət düşərgəsində təmsil olunmaq gərəksizdir: "Mən həmişə Niyazi Mehdi kimi ağıllı, intellektual, ziyalı şəxslərin hansısa partiya çərçivəsinə sığmasına təəccüb etmişəm. Niyazi müəllim filosofdur, onun Azərbaycan fəlsəfi fikrinin inkişafında, fəlsəfə tariximizin yaşamasında və davam etməsində mühüm rolu var. Belə bir adamın daim şablon fikirlər səsləndirən, konyuktura əsiri olan adamların içərisində nə işi ola bilər axı? Amma Niyazi Mehdi də hamımız kimi bir vətəndaş olduğundan, ölkənin ictimai-siyasi problemlərinə biganə qala bilmədiyindən rəğbət bəslədiyi siyasi partiyalardan birinə üzv ola bilərdi. Bəlkə də, onu dəvət ediblər, hətta israrla xahiş ediblər və o da münasibətləri pozmamaq üçün dostlarının qəlbini qırmayıb. Niyazi Mehdi özünün dediyinə görə, Müsavatla əlaqələrini 2003-cü ildən kəsib, ancaq bunu elan etməyi nədənsə lazım bilməyib. O vaxta qədər Müsavat başqanının konseptual məsələlər üzrə müavini olub. Diqqət edin: 2003-cü il məhz İsa Qəmbərin prezident seçkilərində rüsvayçı şəkildə məğlub olduğu və ondan sonra, heç bir ciddi tədbir görməyən Müsavat partiyasının məntiqi olaraq bütün perspektivini itirdiyi ildir. Məncə, həmin məğlubiyyətdən sonra o partiyada ən azı sədr dəyişikliyi olmalıydı. Bunu o partiyanın ətrafında birləşən fanatlar dərk etməsələr də, Niyazi bəy kimi adamlar dərhal başa düşüblər. Doğrudur, İsa Qəmbər başda olmaqla bütün müsavatçılar o seçkilərdə qələbə qazandıqlarını söyləyirlər. Anacaq bunlar boş sözlərdir, qələbə çalan hakimiyyətdə olur, müxalifətdə yox. 2003-cü ildən bu yana heç bir perspektivi olmayan partiyada yalnız siyasi bəsirəti olmayanlar, hansısa korporativ maraqlar güdənlər, bir də hansısa müəmmalı qüvvələr qarşısında gizli öhdəliyi olanlar qala bilərlər. Açığı, həmin məğlubiyyət gecəsi evinə gedən İsa Qəmbər bir daha geri qayıtmasaydı, Müsavatın durumu indikindən daha yaxşı ola bilərdi. Xristianlar adətən belə durumlarda monastırı seçirlər, amma bizdə monastır olmadığından evdə də oturmaq olardı".
Qeyd edək ki, son dövrlər Müsavat başqanı İsa Qəmbərin şəxsi maraqlarını təmin etmək üçün atdığı addımlar partiya ierarxiyasında ciddi narazılıq yaradıb. Niyazi Mehdi kimi abırlı adamlar isə səs-küysüz getməyi üstün tuturlar. Amma görünən odur ki, Müsavatdakı az-çox intellektual adamlar kütləvi şəkildə partiyanı tərk edəcəklər.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53