Müsavatla AXCP arasında yeni savaş
11:55 20-08-2014
İQTİSADİYYAT
Müsavatla AXCP arasında yeni savaş
Radikal müxalifət partiyaları indi də hüquq müdafiəçilərinin müdafiəsi üstündə bir-birlərini qırırlar
Milli Şuranın parçalanmasından sonra Müsavat Partiyası ilə AXCP arasında yaranan gərginlik hələ də davam edir. Bir müddət öncə tərəflər barışıq elan etsələr də, münasibətlər yenidən gərginləşib.
Xüsusən də hüquq müdafiəçilərinin həbsindən sonra hər iki qurumun ayrı-ayrılıqda özfəaliyyət etməsi tərəfləri yenidən üz-üz gətirib. Belə ki, bir-birlərinin yanında oturmaq istəməyən müxaliflər alternativ qurum yaradaraq opponentlik etməyə başlayıblar. Artıq funksionerlərin söz davasına da start verilib.
"Müxalifətin son günlərdə həbs olunan hüquq müdafiəçilərinin hüquqlarının müdafiəsi ilə bağlı yeni Müdafiə Komitəsi yaratmasını məqsədəuyğun hesab etmirəm". Bunu AXCP funksioneri Gözəl Bayramlı deyib. Onun sözlərinə görə, Milli Şurada artıq son dövrlərdə həbs olunan bütün hüquq müdafiəçiləri və repressiyaya məruz qalan şəxslərin hüquqlarının müdafiəsini təşkil etmək məqsədi ilə Müdafiə Komitəsi yaradılıb və bu istiqamətdə fəaliyyətini də davam etdirir. Bu Komitənin yaradılmasında cəmiyyətin tanınmış simaları, ziyalılar, QHT nümayəndələri iştirak edib. Bu baxımdan müxalifətdə belə bir paralel təşkilatın yaradılmasına nə zərurət var, başa düşə bilmirəm? Bunu ancaq adıçəkilən komitəni yaradanlar izah edə bilər. Çünki orada elə siyasi partiyalar var ki, onlar hakimiyyətin mövqeyini müdafiə edirlər. Onlar siyasi məhbusların mövqeyini necə müdafiə edəcəklər? Mən Milli Şuranın sədri Cəmil Həsənlinin bir fikri ilə razıyam ki, artıq müxalifət düşərgəsində də müxalifətin bir xətti cızılıb və mən də onun bu fikri ilə razıyam. Bəli, 2013-cü il prezident seçkiləri zamanı müxalifətin xətti müyəyənləşdi və kimin müxalifət olduğu ortaya qoyuldu. Ona görə də mən belə tədbirlərin keçirilməsini və yaxud belə tədbirləri təşkil edənləri sözün düzü başa düşə bilmirəm".
Məsələlə bağlı "Unikal"a açıqlama verən Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı deyib ki, AXCP-nin bu məsələdə belə bir mövqe tutması yanlışdır. Fikirlərini əsaslandırmaq üçünsə G.Aslanlı prosesin ilk mərhələsindən başlayıb: "Əvvəla ondan başlayaq ki, həbs olunan vicdan və siyasi məhbusların müdafiəsi qaneedici səviyyədə deyil. Bu səbəbdən də onların müdafiə işinin birgə təşkili məsələsi gündəmə gəldi. Müsavat Partiyasının başqanı İsa Qəmbər belə bir təklif irəli sürdü. Həmin təkliflə əlaqədar siyasi partiyaların birgə müzakirələrinin aparılması məsələsi KXCP sədri Mirmahmud bəylə razılaşdırılandan sonra belə bir görüş keçirilməsi məsləhət olub. Həmin görüşə həm Milli Şura rəhbərliyi, həm AXCP dəvət olunub. Məqsəd də izah olunub ki, burada müxalifətin yox, siyasi qüvvələrin bir araya gəlməsidir. İstədik ki, siyasi məhbusların birgə müdafiəsini təşkil edək".
Müsavat yetkilisi onu da deyib ki, hazırda siyasi məhbusların müdafiəsi istiqamətində iş gedir. Onun sözlərinə görə, kimsə bunu bəynmirsə, özü bilər: "Biz bu işin siyasi qüvvələrin birlikdə həyata keçirməsinin tərədarıyıq. İndi kim nə deyir, desin, biz bunara əhəmiyyət vermirik. Onsuz da Azərbaycan xalqı hansı partiyanın əsl müxlifət olduğunu yaxşı bilir. Ona görə də başqalarının verdiyi qiymət önəmli deyil".
Maraqlı məqamlardan biri də odur ki, avqustun 18-də Ziyalılar Birliyinin ofisində siyasi qüvvələr, gənc fəallar və ictimai xadimlər son həbslərlə bağlı tədbir keçirib. Tədbirdə qərara alınıb ki, iyulun sonu avqustun əvvəlində həbs edilən hüquq müdafiəçiləri Leyla Yunusun, Rəsul Cəfərovun, konfliktoloq Arif Yunusun və hüquqşünas İntiqam Əliyevin Müdafiə Komitəsi təsis olunsun. Komitənin sədri professor Cəmil Həsənli, müavini, hüquqşünas Vidadi Mirkamal seçilib. Qərara alınıb ki, komitə bütün siyasi-ictimai qurumlarla koordinasiyalı şəkildə işləyərək tədbirlər planı hazırlasın.
Əslində, Milli Şuranın eyni məqsədə xidmət edən yeni bir komitəni yaratması Müsavatla ACXP arasında müharibə elanı deməkdir. Doğrudur, hələlik iki qurum arasında söz savaşı hələki aşağı səviyyədədir, amma payızda aylarından etibarən gərginliyin daha da artacağı şübhəsizdir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53