Müsavatda biabırçılıq; baqşanlıqa iddialılar dalaşdılar
07:43 21-08-2014
İQTİSADİYYAT
Müsavatda biabırçılıq; baqşanlıqa iddialılar dalaşdılar
İddialılar Qurultaya Hazırlıq üzrə təşkilat Komitəsinin iclasında əlbə-yaxa olublar
Xəbər verdiyimiz kimi, bu gün "Bizim Yol" qəzeti Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə təşkilat Komitəsinin iclası ilə bağlı xəbər yayıb. Məlumata görə, avqustun 18-də Müsavatın Qurultaya Hazırlıq üzrə təşkilat Komitəsinin iclası keçirilib.
İclas əvvəldən sona qədər qalmaqalla keçib. Başqanlığa potensial namizədlər Arif Hacılı və Qubad İbadoğlu arasında qalmaqal xeyli böyüyüb. A.Hacılı Q.İbadoğlunu "Sən QHT sektorunda milyonlar qazanırsan, partiyaya nə xidmətin keçib ki, başqan olmaq istəyirsən?" deyə ittiham edib. Q.İbadoğlu isə "sənin hansı bankda nə qədər pulun, harada villan varsa, açıb tökərəm" cavabını verib. Bundan sonra A.Hacılı Q.İbadoğlunun üzərinə hücum edib, lakin ətrafdakılar əlbəyaxa davanın qarşısını alıblar.
Daha sonra Tural Abbaslı İsa Qəmbəri Hüseyn Məlikovu müşavirlikdən çıxartmaqla partiyanı zədələməkdə ittiham edib. Başqan isə "bu mənim səlahiyyətimdir, sən münasibət bildirə bilməzsən, kim istəyirsə, partiyadan getsin" cavabını verib.
Vurğun Əyyub isə İ.Qəmbəri partiyanı dağıtmaqda suçlayıb: "Arif Hacılını sən müdafiə edirsən, əlini çəksən, o, məhv olacaq". Buna cavabında İ.Qəmbər "Quran" çıxardıb ki, partiyadan getməyəcəyinizlə bağlı əl basın. Sonda Arif Hacılının "başqan olmasam, partiyanı dağıdacam" hədəsi yenidən qalmaqala səbəb olub.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verənArif Hacılıbildirib ki, bu, tamamilə əsassız xəbərdir: "Müsavat Partiyasının Divan iclasında və ya hər hansı bir toplantısında bu səviyyədə müzakirələr aparıla bilməz. Belə müzakirələr həmin xəbəri yayanların səviyyəsinə uyğundur".
Tural Abbaslıda açıqlamasında xəbərin tamamilə uydurma olduğunu bildirib: "Müsavatda bu səviyyədə iclaslar heç vaxt olmayıb. Ola bilsin ki, iclas daxilində Hüseyn Məliklə bağlı hər hansı fikir səsləndirilib. Amma başqanı ittiham etmək xəbəri uydurmadır. Müşavirləri təyin etmək başqanın səlahiyyətindədir. O ki, qaldı namizədlər arasında yayılan xəbərə, bu da əsassızdır. Ola bilər ki, hər hansı texniki bir məsələdə fikirlər üst-üstə düşməsin. Amma bu o demək deyil ki, onlar bir-birinə qarşı belə ifadələr işlədiblər. Kiçik bir məlumat ətrafında uydurma, əsassız və şişirdilmiş bir xəbər yazıblar".
Müsavat Partiyasının Divan üzvüQubad İbadoğluda açıqlamasında partiyada davanın olması xəbərini təkzib edib: Onun sözlərinə görə, mətbuatda avqustun 18-də Müsavatın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında baş verənlər və barəsində yazılanlar həqiqəti əks etdirmir: ""Arif Hacılı ilə aramda belə bir konflikt olmayıb və əsla da ola bilməz. Bu yazılanların heç biri həqiqətə uyğun deyil. Sadəcə, bəzi insanlar belə xəbərləri məqsədli şəkildə özlərindən uydurublar. İclas keçirilib və normal şəkildə də davam edib".
Q. İbadoğlu iclasda Müsavat Partiyasının başqanı İsa Qəmbərin "Qurani-Kərim"ə and içməsi barədə yayılan xəbərə də aydınlıq gətirib: "Ümumiyyətlə, ortada Quran olmayıb. Mən nə Quran görmüşəm, nə də İsa bəyin ona and içməsini... Bu uydurma və şərdir. Məqsədli şəkildə həm partiyanın funksionerlərini gözdən salırlar, həm də qurultaya kölgə salırlar".
"Unikal"ın əldə etdiyi məlumata görə, baş verən qarşıdurma mətbuata sızandan sonra İsa Qəmbər Divan üzvlərini səhər tezdən yenidən toplayıb. Görüşün əsas məqsədi baş verən qarşıdurmanın təkzib olunması ilə bağlı olub. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, İsa Qəmbər narazı tərəflərə xüsusi tapşırıq verib ki, baş verənləri qəti şəkildə təkzib etsinlər: "Bildiyiniz kimi, son günlər Müsavat ictimai rəydə sıxışdırılmı durumdadır. Əgər partiya daxilində baş verən bu gərginlik artan xətt üzrə inkişf etsə, o zaman bütün zibillər açılacaq və nəticədə Müsavat tamamilə biabır olacaq. Ona görə də İsa Qəmbər hamını səhər tezdən qərargaha çağırıb baş verənlərin üstünü ört basdır etməyə çalışır".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53