Füzuli Ələkbərov rəqiblərinə qəzəbləndi
11:30 22-08-2014
İQTİSADİYYAT
Füzuli Ələkbərov rəqiblərinə qəzəbləndi
Keçmiş nazir ölkədən getməməkdə israrlıdır
Bu günlərdə mətbuatda belə bir məlumat yayıldı ki, ötən ilin oktyabr ayının 22-də ölkə başçısının sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən kənarlaşdırılmış Füzuli Ələkbərovun vəziyyəti son zamanlar xeyli çətinləşib. Bildirilirdi ki, sabiq nazir artıq özünü mümkün təhlükələrdən sığortalamaq qərarına gəlib.
Bunun üçün Füzuli Ələkbərovun daşınmaz əmlakının böyük bir hissəsini satışa çıxardığını, eyni zamanda biznesini xaricə köçürməyi planlaşdırdığını vurğulayan KİV-lər bildirib ki, sabiq nazirin İsmayıllı rayonunda bir neçə mülkü, torpaq sahələri, moteli və çörək zavodu var: "Əslində Füzuli Ələkbərovun nəhəng biznes şəbəkəsinə sahib olduğu artıq çoxlarına bəllidir. Belə ki, hələ 1991-ci ildə sabiq nazirin rəhbərliyi ilə "İmprotex" şirkəti yaranıb, tanınmış brendlər ölkəyə gətirilib. İlk vaxtlar şirkət Azərbaycanda və keçmiş sovet dövlətlərində yalnız ölkə daxilinə turizm turları təşkil edib. Daha sonra şirkət biznesin müxtəlif sahələrində işə başlayıb. Həmçinin "İmproteks Motors", "İmproteks Tradinq" şirkətləri də Füzuli Ələkbərova məxsusdur. Gördüyünüz kimi, sabiq nazirin biznes şəbəkəsi kifayət qədər geniş və gəlirlidir. Odur ki, Füzuli Ələkbərov kapitalını xaricə daşımağa və bununla da özünü sığortalamağa çalışır. Çünki artıq o, yuxarıların konkret hədəfindədir" - deyə yayılan məlumatlarda qeyd edilirdi.
İddialara görə, hazırda sabiq nazirin biznes imperiyasının tam nəzarətə götürülməsi istiqamətində müəyyən işlər aparılır: " Avropanın ən müasir standartlarına cavab verən "Euro-3", "Euro-4" mühərrikli "MAN" avtomobillərini ancaq istefada olan nazirin şirkəti satır. Bundan başqa, Füzuli Ələkbərovun ölkənin bir sıra bölgələrində biznes sturukturları fəaliyyət göstərir. Budur, artıq sabiq nazirin biznes strukturlarının əlindən alınması istiqamətində bəzi tədbirlərə başlanılıb".
"Unikal"ın əldə etdiyi məlumatlara görə, ortaya çıxan bu iddialar keçmiş əmək və əhalinin sosial müdafiəsi nazirini hiddətləndirib. O, medida yayılan belə məlumatları öz rəqiblərinin onu tamamilə sıradan çıxarmaq məqsədi daşıyan fitnəsi hesab edir.
Bildirilir ki, Füzuli Ələkbərov yaxın ətrafına ölkədən getmək fikrinin olmadığını bildirib. Sabiq nazir bununla onun "vurulmasına" nail olan iqtdariçi bəzi çevrələri daha çox sevindirmək istəmir.
İddialara görə, Füzuli Ələkbərov ölkədəki biznesinin əhəmiyyətli hissəsini qoruyub-saxlaya bilib. Amma bunun nə qədər davam edəcəyini söyləmək çətindir. İstisna edilmir ki, bir neçə gün əvvəl mətbuatda özünə yer alan məlum iddialar da əslində sabiq nazirə qarşı gözlənilən yeni həmlənin siqnalıdır. Ola bilsin, həmin iddialar mətbu və ictimai rəyi keçmiş nazirin biznesinin ələ keçirilməsinə hazırlamaq məqsədi daşıyır.
Növbəti mərhələdə isə Ələkbərovun bu təzyiqlər qarşısında tab gətirə bilməyib, keçmiş iqtisadi inkişaf nazirii Heydər Babayev kimi Azərbaycanı tərk etmək məcburiyyəti qarşısında qalması da istisna olunmur.
Amma görünən odur ki, Füzuli Ələkbərov asanlıfqla təslim olmamaq niyyətindədir. O, özünə rəqib hesab etdiyi dairələrin qarşısından geri çəkilməyi düşünmür. Bu prosesin necə sonlanacağını isə indidən birmənalı söyləmək çətindir. Odur ki, gözləyək. Necə deyərlər, yaşayarıq, görərik.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53