Mirmahmud Mirəlioğlu Milli Şuranın fatihəsini verdi
13:49 23-08-2014
İQTİSADİYYAT
Mirmahmud Mirəlioğlu Milli Şuranın fatihəsini verdi
KXCP sədri Elçibəyin məzarı başında Əli Kərimli ilə məcburən yeni birlikdə qaldığını bəyan etdi
Məlum oludutu kimi, Milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin vəfatından 14 il keçir.
Ə.Elçibəy 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib. Ə.Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Azərbaycanda başlayan xalq hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan biri və ilk sədri olub.
Dünən Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin vəfatının 14-cü ildönümü münasibəti ilə Fəxri Xiyavabana yürüş keçirilib. Öncə ziyarətə gələn Milli Şuraya üzvü olduğu KXCP-çilər qatılmayıb. Bir qədər sonra isə Müsavat partiyasının yürüşü zamanı sədr Mirmahmud Mirəlioğlu da daxil olmaqla KXCP-çilər bir yerdə ziyarət ediblər. M.Mirəlioğlu açıqlamasında niyə Milli Şura ilə yox, Müsavat ilə ziyarət etmələrini belə açıqlayıb: "Biz hamıdan öncə saatı təyin etmişdik. Biz heç kəslə gəlmədik, heç kəs də bizimlə gəlmədi. Hər kəs öz təyin etdiyi vaxta gəldi. Biz ziyarət vaxtını Milli Şuradan öncə təyin etmişdik. Buna görə də, Milli Şura vaxtı bizə uyğunlaşdırılmalı idi. Bizimlə eyni vaxtda gəlsəydilər, heç bir problem olmazdı".
KXCP sədri Milli Şuradan çıxıb-çıxmadıqları barədə sualı belə cavablayıb: "Milli Şurada qalmağımın bir əsas səbəbi var. O da başlanğıcda olan münasibətlərin sona qədər bizim tərəfimizdən saxlanmasıdır. Bu mövcud təlatümlü, kövrək münasibətləri sona qədər saxlamaq lazımdı". M.Mirəlioğlu bildirib ki, ictimaiyyət Müsavat partiyası ilə ziyarət vaxtının təsadüfən üst-üstə düşməsinə istər inansın və ya inanmasın: "Biz etdiyimizi doğru sayırıq".
Ziyarət zamanı Müsavat başqanı İsa Qəmbər M.Mirəlioğluna müraciət edib jurnalistlərə nəzərdə tutaraq diqqətçəkən ifadələr işlətdi: "Qoy bizi təbii formada, birgə yol gedərkən çəksinlər. Biz bir yerdəyik, yolumuzu da birgə gedirik".
Göründüyü kimi, radikal müxalifət müxalifət partiyalır hüzn günlərində bir bir araya gələ bilmirlər. Daxildən gələn hikkə və mənəvi çürüklük onların liderlərinin məzarı başında belə vahid mövqedən çıxış etmələrinə imkan vermir. Hətta iş o yerə çatıb ki, radikallar liderlərinin məzarı başında siyasi mübarizələrini davam etdirirlər. Müxalifət daxili gərginliyi bu müstəviyə daşınması isə onlar üçün heç bir mənəvi dəfərin qalmadığını göstərir.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyammədin Orduxanlı sözügedən düşərgənin bu cür əməllərinə artıq adətkardlə olduqlarını bildirib. Onun sözlərinə görə, bu adamlar bütün dəyərləri ayaqlar altına aldıqları üçün hər şeyə gedə bilərlər. KXCP-nin Milli Şura ilə deyil, Müsavat Partiyası ilə birlikdə Elçibəyin məzarını ziyarət etməsinə gəlincə, BAXCP yetkilisi bütün bunların kökündə AXCR sədri Əli Kərimlinin xəyanətinin dayandığını bildirib: "Mirmahmud Mirəlioğlu Əli Kərimlinin kim olduğunu çox yaxşı bilir. Artıq bu o deməkdir ki, Mirmahmud Mirəlioğlu Əli Kərimlini saymır . Ümumiyyətlə, bu iki şəxs arasında münasibətlər heç vaxt yaxşı olmayıb. Əbülfəz bəyin sağlığında hər ikisi arasında münasiətlər gərgin olub. Əli Kərimli Elçibəyi aşağılmamaqla məşğul olub, Mirmahmud Mİrəlioğlu da Elçibəyi müdafiə edib. Bunu siyasətlə məşğul olan hər kəs bilir. Milli Şuraya gəldikdə isə, Rüstəm İbrahimbəoyun yaratdığı həmin şura çoxdan dağılıb və bu gün Cəmil Həsənli sanki Əli Kərimlinin bir şöbə müdüri vəzifəsini daşıyır".
N.Orduxanlı onu da bildirib ki, Əli Kərimlinin bütün fəaliyyəti boyu elədiyi xəyanətlər hamını ondan uzaqlaşdırır: "20 ildən artıqdır ki, münsibətlər bu formadadır. Siz onu bilin ki, Əli Kərimlinin Əbülfəz Elçibəyə qarşı və partiyada etdyi bütün eybəcərliyi məhs Mirmahmud Mirəlioğlunun rəhbərliyi ilə "Yurd Həqiqətləri" adlı kitabı nəşr edilib. İlk münasibətlərin korlanması Elçibəyə olan xəyantdən irəli gəlib. Əli Kərimlinin xəyanəti hamını iyrəndirdiyi üçün heç kim onun yanında dayanmaq istəmir".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53