Serj Sarksyan erməni təşkilatlarını ittiham etdi
10:01 26-08-2014
İQTİSADİYYAT
Serj Sarksyan erməni təşkilatlarını ittiham etdi
Ermənistan prezidentinin sonu başladı
Serj Sarksyanın həyata keçirtdiyi siyasət tam iflas həddində çatdı. Artıq Ermənistanda onun siyasi kursuna inanan qüvəvlər demək olar ki, yoxdur və dünənə qədər müttəfiqi hesab edilən eks-prezident Robert Köçəryanda ondan imtina edib. İndi isə deyəsən Serj Sarksyan yeni günahkar axtarır və bunu hələ ki, iki qaynaqda axtarır. İlk qaynaq kimi o iddia edir ki, Ermənistanın müttəfiqi yoxdur və bu səbəbdən çıxılmaz durumdadırlar, digər tərəfdən isə erməni diaspor təşkilatları düzgün mövqe tutmayıblar.
Gəlin öncəliklə bu iddiaları onun dilindən eşidək. İşğalçı dövlətin başçısı bildirib ki, Gömrük İttifaqının üzvü olan bəzi dövlətlər Ermənistanın bu qurumda təmsil olunmasını arzulamır. Serj Sərkisyanın sözlərinə görə Gömrük İttifaqında olanlar Ermənistanı sevmir. "Gömrük İttifaqı bir ölkədən ibarət deyil və hamının sevinməməsi fikri razılaşıram. Bizim ölkə öz problemləri olan kiçik bir dövlətdir. Bu problemlərlə istənilən ittifaqa birləşmə bu ittifaqın üzvləri üçün preoblemlər yaradır. Ermənistanı Gömrük İttifaqının heç də bütün üzvləri bu təşkilatda görmək istəmir. Amma bütün üzvlərin bizi bu ittifaqda görməməsi fikri ilə razı deyiləm. Hamısı istəməsə idi, bu məsələyə veto qoyardılar".
Qeyd edək ki, Gömrük İttifaqında Rusiya, Qazaxıstan, Belarus daxildir. Serj Sərkisyan ad çəkməsə də, heç şübhəsiz, ittihamları Qazaxıstanın üzərinə yönəldib. Çünki Qazaxıstan dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən çıxışlar edib. Ekspertlər hesab edir ki, Serj Sarksyan bu açıqlaması ilə həm də sübut edir ki, Ermənistan rəhbərliyinin yürütdüyü yanlış siyasətə görə heç bir dövlət artıq Ermənistana ciddi qüvvə kimi yanaşmırlar. Həqiqətəndə bu gün Ermənistan iqtisadiyyatı tam olaraq Rusiyanın nəzarətindədir və Qazağıstan kimi nəhəng bir dövlət Ermənistana ciddi tərəfmüqabil kimi yanaşa bilməz. İndi isə keçək Serj Sarksyanın diaspor təşkilatlarını ittiham etməsinə.
Ermənistan prezidenti Serj Sərkisyan hər il ölkəni tərk edən ermənilərin sayının çox olmasına təsir edən amillərdən danışıb. Bununla da, Serj Sərkisyan Ermənistanda demoqrafik problemlərin günü-gündən böhran həddinə çatdığını etiraf edib.
Serj Sərkisyan ölkəsinin ciddi miqrasiya problemləri ilə üz-üzə qaldığını vurğulayıb.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi və erməni diasporasının Ermənistandakı erməniləri cəlb etməsi ölkədə vəziyyəti pisləşdirir.
"Məsələ ondadır ki, biz az olduğumuza görə miqrasiya problemləri Ermənitana ikiqat pis təsir edir. Diaspora və Qarabağ münaqişəsi isə Ermənistanı tərk etmək üçün əlavə stimullar yaradır. Maqnit kimi hamını özünə cəlb edən erməni diasporasının mövcudluğu köçün sürətlənməsinə stimul verir. Əgər ölkəni tərk edənlərdən hara getdiyini soruşsanız, onların Moskvada dostları və qohumları ilə biznes yaratdığını eşidəcəksiniz. Digər tərəfdən bizdə başa çatmayan müharibə var. Təhlükəsizlik problemləri səbəbindən valideynlər həyəcan keçirirlər",-deyə S. Sərkisyan söyləyib.
Qeyd edək ki, Ermənistanın Qarabağ danışıqlarında sərgilədiyi qeyri-konstruktik mövqe, rəsmi Yerevanın işğalçılıq siyasəti bu ölkəni bölgə layihələrindən kənarda qoyur. Nəticədə isə Ermənistanda iqtisadi böhran yaranır, işsizliyin miqyası idarəolunmaz səviyyəyə gəlib çatır.
Üstəgəl, Ermənistanın Rusiyadan asılılığı da ölkədə ciddi narazılıqlara səbəb olur. Çünki Kremlin hərbi, maliyyə dəstəyi də Ermənistanda əhalinin güzaranının yaxşılaşmasına yardım etmir.
Statistik məlumatlara görə hər il Ermənistanı təxminən 100 min insan işsizlik və digər sosial problemlər səbəbindən tərk edir. Bunuda yada salaq ki, dispor təşkilatlarıda eyni ittihamla Serj Sarksyanı günahlandıraraq bəyan etmişdilər ki, mövcud hakimiyyət korrupsiyaya qurşandığından əhalinin durumu acınacaqlı haldadır və buna görə də ölkəni tərk edirlər. Ekspertlər hesab edir ki, hazırda Serj Sarksyanda dispora arasında belə gərginliyin yaranması Serj Sarksyanın siyasi həyatına nöqtə qoyacaq. Çünki faktiki Ermənistanda söz sahibi diaspor təşkilatları ilə kilsədir. Və hər il xaricdən milyonlarla dollar pul məhz disporlar vasitəsi ilə gətirilir. Güman etmək olar ki, bu pullarda kəsiləcək.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53