Azərbaycan sınaq qarşısında
10:02 26-08-2014
İQTİSADİYYAT
Azərbaycan sınaq qarşısında
Qısa müddətli müharibə hər şeyi həll edə bilər
Son günlər Dağlıq Qarabağ məsələsi yenidən masalar üzərinə gətirilib və hələ ki, Rusiya kifayət qədər aktivlik göstərir. Bu arada Rusiya mətbuatında sistemli şəkildə təhlilli yazılar dərc olunur və iddia olunur ki, Rusiya Dağlıq Qarabağ ətrafında işğaı olunmuş rayonların Azərbaycana qaytarılması üçün real addımlar atır.
Analitiklər hesab edir ki, hazırda Rusioya istənilən halda Azərbaycanla münasibhətləri qaydaya salmaq və bununlada Avrasiya İttifaqının sərhədlərini genişləndimək istəyir. Çünki Ukrayna hadisələrindən sonra ABŞ konkret addımlar atmağa başlayıb və hazırda Rusiyanın təcrid olunması prosesinə hazırlıq görülür. Belə bir ərəfədə Rusiya Azərbaycanda da mövqelərini itirməklə razılaşmayacaq. Deməli Azərbaycandan tərəflər konkret mövqe tələb edəcəklər. Elə politoloq Vəfa Quluzadə də bu fikirdədir:" ABŞ dünyanın ən güclü ölkəsidir və bir qayda olaraq potensialının hamısından istifadə etmir. Həlledici məqamda isə, tam gücünü qoyur. Indi bu nəhəng oyanıb və NATO-da bu nəhəngin bir hissəsidir. Azərbaycan balans siyasəti dövründə özünü daha konfortlu hiss edirdi. Indi isə vəziyyət dəyişib və seçim qarşısındayıq. Hər dəfə seçim anı gələndə təhlükə də yaxınlaşır. Istənilən halda Azərbaycan qərb seçimi etməlidir. Qərb isə Azərbaycanı Rusiya təhlükəsindən qorumalıdır. Rusiyada keçirilən Xəzəryanı dövlətlərin sammitində də Rusiya tələb edəcək ki, Xəzərin səthi ümumi olsun və sərhəd olmasın. Çünki, belə olduqda Rusiyanın hərbi donanması istənilən kimi hərəkət edir. Qarşıda gərgin döyüş var və ümid edirəm ki, Azərbaycan bu döyüşdən salamat çıxacaq".Maraqlıdır, bəs Azərbaycan bu təzyiqlərə duruş gətirə biləcəkmi? İlk növbədə bunu qeyd etmək lazımdır ki, hələ ki, Azərbaycan Rusiyanın heç bir şərtinə əməl etməyib və Rusiya ordu hissələrinin Azərbaycanda yerləşdirilməsi təklifini, Avrasiya İttifaqına qoşulmaq tələblərini qəbul etməyib. Bunun qarşılığında Avropa İttifaqı ilədə məsafəli hərəkət edir. Yəni maksimim dərəcədə tərəflərlə eyni məsafədə dayanır. Amma durum get-gedə çətinləşir və başqa problemli məsələdə budur ki, Azərbaycan sona qədər ABŞ və Avropaya inana bilmir. Çünki istər Gürcüstanda, istərsə də Ukraynada baş verənlər təsdiqlədi ki, Avropa və ABŞ öz maraqlarını nəzərə alır və rus hərb maşınının qarşısına güc çıxartmır. Çünki Avropanın Rusiyadan enerji aslılığı var və buna görə öz maraqlarını önə çıxardır. Buna görə qarrant verilə bilinməz ki, Azərbaycan birmənalı şəkildə Avropaya üz tutarsa bunun qarşılığını ala bilcəək. Buda sirr deyil ki, istər Avropada, istəsədə ABŞ-da elə güclər var ki, Ermənistana daha yaxındırlar və hər fürsətdə Azərbaycana zərbə vurmağa çalışırlar. Buna görə də birmənalı olaraq tərəflərdən birini seçməyə dəyməz. Ekspertlər bunu da hesab edir ki, bu gün Azərbaycan Avropa üçün enerji məsələsində əvəzsiz partnyordur və Azərbaycan tərəfi bundan maksimum yararlanmalıdır. Yəni Rusiya-Avropa münasibətləri gərginləşdikcə Avropanın Azərbaycan qazına ehtiyacı daha da artacaq. Azərbaycan isə bundan maksimal şəkildə yararlanmaqla bitərəfliyini qoruyub saxlamalıdır. Əslində son bir neçə ay ərzində Avropa Azərbaycana qarşı bir loyalıq nümayiş etdirir ki, bununda kökündə enerji məsələləri durur. Amma əsas problem bu gün Rusiya olaraq qalır. Rusiya Dağlıq Qarabağ problemini qabartmaqla yanaşı, Azərbaycanda dini və milli azlıq məsələlərində problemləri qızışdıra bilərlər və bununla bağlı bir neçə dəfə xəbərdarlıq edilib. Amma analitiklər hesab edir ki, indiki məqamdan Azərbaycan daha fərqli yolla çıxa bilər. Söhbət Dağlıq Qarabağ müharibəsinə başlamaqdır. Son bir ay ərzində atəşkəsin ciddi şəkildə pozulması zamanı aydın oldu ki, Ermənistan ordusu aciz duruma düşdü. Buna görə də hesab edirlər ki, Azərbaycan qısa müddətli müharibə ilə Dağlıq Qarabağ problemini həll etməklə regionda yaranmış durumu öz xeyrinə dəyişə bilər. Digər tərəfdən unutmaq lazım deyil ki, artıq İran-Avropa münasibətləri qaydasına düşür və İraz qazının Azərbaycana məxsus kəmərlə Avropaya
daşınması məsələsidə aktuallaşır ki, Azərbaycan bundan da yararlana bilər.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53