Əli Bayramovdan 3 milyonluq villa etirafı
10:04 26-08-2014
İQTİSADİYYAT
Əli Bayramovdan 3 milyonluq villa etirafı
"Unikal"ın "Aqrolizinq"in keçmiş sədrinin "Vorovski"dəki villası barədə məlumatı təsdiqini tapdı
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçmiş sədri Əli Bayramov vəzifədən çıxarılandan sonra da gündəmdən düşmür.
Qurum sədri vəzifədə olduğu müddətdə həyata keçirdiyi mənimsəmələrlə gündəmə gəlirdisə, indi də o dövrdə yığdığı pullar hesabına aldığı milyonluq villaları ilə mətbuatın gündəmindən düşmür.
Amma Əli Bayramov vəzifədə olduğu dövrdə kimi, yazılanları təkzib edə bilməyib. Belə ki, "Aqrolizinq" şefi 3 milyonluq villanın ona məxsus olduğunu etitaf edib. "Bəzi qüvvələr məni şərləmək istəyirdi, ancaq bu, alınmadı. Allah hər şeyi görür". Bu sözləri publika.az-a açıqlamasında "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçmiş sədri Əli Bayramov bildirib. Ə.Bayramov ölkədən qaçması və ya həbs olunması barədə yayılmış məlumatların hamısının yalan və uydurma olduğunu deyib: "Yalandan yazdılar ki, guya mən dövlətin əmlakını yeyib dağıtmışam, ölkədən qaçmışam, prokuror məni tutub dama basıb və sairə. Hamısı yalan idi. Heç dövlətin əmlakını yemək olar? Dövlətin əmlakını yedinsə, demək sonun çatıb. Vaxtilə bizdə də olub ki, bir neçə adam gübrə sataraq dövlətin əmlakını mənimsəyiblər. Daha sonra onların hamısını tutub həbsə atıblar. Hətta, şəxsən özüm vaxtilə şübhələndiyim adamların işini yoxlatdırmışam, işlərində əskiklik çıxdığı üçün adlarını prokurorluğa vermişəm ki, tədbir görsünlər. Dövlətin əmlakı yerində olmalıdır. İndi də bəzi qüvvələr aranı qızışdırmaq və ajiotaj yaratmaq istəyirlər. Ancaq onların istəyi heç vaxt baş tutmayacaq. Yazırlar ki, Əli Bayramov "Aqrolizinq"i yeyib dağıtdı, sonra gedib özünə villa aldı. Bunu yazanlar düşünmür ki, mənim evim neçənci ildə alınıb? İndiyədək yaşadığım bir villadır, o da "Vorovski"də yerləşir. Həmin evin sənədi də var. Mən o evdə yaşayanda heç "Aqrolizinq" təşkilatı yaranmamışdı. "Aqrolizinq" təşkilatı 2004-cü il oktyabrın 23-də yaradılıb. Mən isə 2003-cü ildən bəri o evdə yaşayıram. Övladım isə hələ çox uşaqdır. Heç mənim övladımın "Zaparoji"si də yoxdur. Övladım uşaq olduğu üçün maşın sürə bilmir".
Göründüyü kimi, Ə.Bayramovun bu açıqlamasında "Vorovski"də yerləşən villanın ona məxsus olduğunu bildirib. "Unikal" qəzeti onun "Vorovski"dəki qiyməti bir neçə milyon manat olan villasnın fotosunu xeyli əvvəl dərc etmişdi. O zaman vəzifə başında olan Əli Bayramov bu kimi faktları gizlətməyə çalışırdı. İndi isə etiraf etmək məcburiyyənində qalıb.
Məlum olduğu kimi, "Aqrolizinq" ASC-nin sədri Əli Bayramov vəzifədən çıxarılandan sonra onun həbs olunması məsələsi gündəmə gəlib. Belə ki, onun işdən çıxarılmasından sonra Hesablama Palatası "Aqrolizinq" ASC-də dövlət büdcəsindən ayrılan vəsaitlərin talanması ilə bağlı üzə çıxardığı faktları cinayət işinin qaldırılması üçün Baş Prokurorluğa göndərib. Hazırda prokurorluqda bu məsələ ilə bağlı genişmiqyaslı istintaq başlayıb. "Aqrolizinq" ASC-də büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntularına görə, Əli Bayramovdan hesab sorulması şübhəsizdir. Çünki o, 10 il kənd təsərrüfatının inkişafı üçün büdcədən ayrılmış vəsaitlərin talan edilməsində xüsusi fəaliyyət göstərib və milyonlarla dövlət vəsaitinin mənimsənilməsinə birbaşa rəhbərlik edib. İndi isə vəzifədən sakit getməklə canını qurtarmağa çalışır. Hazırda Türkiyədə müalicə aldığını bildirsə də, onun tezliklə ölkəyə qaytarılaraq, məsuliyyətə cəlb olunması şübhəsizdir. Villa məsələsi isə keçmiş ASC rəhbərini daha ağır duruma salıb. Belə ki, onun vəzifədə olduğu dönəmdə qazandığı milyonları başqa hara sərf olunduğu araşdırılır. Yəqin ki, qarşıdakı günlərdə Əli Bayramovun növbəti villaları barədə məlumatlar gündəmə çıxacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20