Vurğun Əyyub:
Vurğun Əyyub: "Qubad İbadoğlu bu tələblərə cavab verir"
Müsavat Partiyasının Divan üzvü, partiyanın tanınmış simalarından olan Vurğun Əyyub qurultayda müdafiə edəcəyi başqanlığa namizədin adını açıqlayıb.
Vurğun Əyyub nəinki dəstəklədiyi namizədin adını açıqlayıb, eyni zamanda facebook.com sosial şəbəkəsində yazdığı statusla başqan görmək istəyidi namizədin təbliğatına start verib.
Vurğun Əyyubun statusunu təqdim edirik: "Alman filosofu Karl Yaspers yazırdı. Səbr, inadcıllıq, dəyanət - siyasi xadim üçün zəruri olan xüsusiyyətlər bunlardır. Səbr - onun şəxsi incikliklərə yad olan mənəvi mövqeyi ilə bağlıdır: o həmişə ümuminin maraqlarından çıxış edir, dəlilləri götür-qoy edir və önəmli olanla önəmsiz olanı seçir. Bu səbr, gözləmə və ümidin mənasız göründüyü zaman dəyişməz olan diqqətdə özünü göstərir; o, saatlarla şikarı güdən, ancaq tülkü meşə talasına çıxan anda saniyənin bir hissəsində tüfəngi qaldırıb tuşlamalı və atəş açmalı olan pusqudakı ovçunun səbrinə bənzəyir!" Müsavat Partiyasının Başqanlığına namizəd Qubad İbadoğlu Yaspersin yuxarıda söylədiyi tələblərə tam cavab verən namizəddir".